Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(5-134)-255/2026 24.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, kiçik sahibkarlı fəaliyyəti ilə məşğul olaraq təzə bazarda kənd təsərrüfatı məhsulları (kartof və soğan) sataraq ərzaq məhsullarının satışından əldə etdiyi gəlirlə ailəsini dolandırır. Müxtəlif vaxtlarda cavabdeh onun yanına gələrək kartof və soğanı nisyə almış, pulunu da vaxtlı vaxtında vermişdir. Bundan sonra ona inamı yaranmışdır. Sonuncu dəfə cavabdeh Yadigar onun yanına gəlmiş və yüksək məbləğdə kartof və soğanı ondan nisyə almış və tezliklə pulu verəcəyinə söz vermişdir. O, da aralarında olan etibara, onun hər dəfə iddiaçıdan alver etməsini və maddi durumumunu nəzərə alıb ona nisyə kənd təsərrüfatı məhsulları vermişdir. O, aldığı kənd təsərrüfatı məhsulların pulunu qismən versə də bu günədək qalan 2004 (iki min dörd) manat pulu qaytarmamışdır. Cavabdehin bu hərəkətləri onun maddi vəziyyətimi kəskin surətə pisləşmişdir. O, dəfələrlə cavabdehə telefon əlaqəsi saxlayıb ondan borclu qaldığı pulu ödəməsini tələb etsə də o, hər dəfə bəhanələr gətirərək ona borclu qaldığı pulu ödəməkdən yayınmışdır. Cavabdeh ona 2004 manat borcu vardır. Buna görə də Cavabdeh 2004 manat və dövət rüsumu olaraq ödədiyi 40.4 manat olmaqla, ümumilikdə 2044.40 (iki min qırx dörd manat qırx qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyil, belə ki, iş materiallarına iddianı təsdiq edən heç bir sübut əlavə edilməmiş, cavabdeh barədə məlumatlar göstərilməmişdir. Belə ki, cavabdehə aid məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi,şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bundan başqa həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: -150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); - 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №2(5-134)-255/2026
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(5-134)-255/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver