Məhkəmə qərarları › İş №2(5-136)-214/2026

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(5-136)-214/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(5-136)-214/2026 16.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və vurulmuş ziyan» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, ona dəymiş 1.600 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın, həmçinin dövlət rüsumu kimi ödənilmiş 66 manat pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən səndər sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, hazırki iddia ərizəsində iddia tələbi qismində müqavilənin ləğv edilməsi göstərilsə də, müqavilənin ləğv edilməsi haqqında cavabdehə təklif verilməsini, yəni mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilsədə, pretenziyanın məhz Cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Bundan başqa İddiaçı iddia ərizəsində mülkiyyətində olan ** RB *** dövlət qeydiyyat nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD markalı avtomobili Cavabdeh alqı-satqı müqaviləsinə əsasən 34280 manata satdığını və sonuncunun həmin pulu hər ay 853 manat ödəmək şərtilə 2028-ci ilin sonunadək ödəməli olduğu göstərilmişdir. Daha sonra iddianın məzmununda iddiaçı qeyd etmişdir ki, cavabdehə müqavilə üzrə ödənilməli olan 853 manat pulu göndərdiyini, lakin cavabdehin həmin pulun yalnız 253 manatını notariusdakı depozit hesabına yatırdığını, qalan 600 manatını isə mənimsədiyi qeyd edilmişdir. Bundan başqa elektron məhkəmə sistemi vasitəsi ilə İddiaçı əmlak məlumatları yoxlanınlan zaman BYD DESTROYER 05 PLUG-İN HİBRİD markalı avtomobil İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir. Halbuki əldə olunan razılaşmaya görə ödəniş məhz cavabdeh tərəfindən həyata keçirilməlidir. Beləliklə iş materiallarında olan iddia ərəizəsinin məzmunu ilə iddiaçının xahişini müqayisəli tədqiq etdikdə, cavabdehə qarşı yönələn iddia tələbinin qeyri-müəyyən formada olduğu müəyyən edilir. Eyni zamanda iş materiallarına əlavə olunan whatsapp tətbiqi vasitəsilə aparılan yazışmaların İddiaçı ilə Cavabdeh arasında mövcud olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi:**********) və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2026; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və vurulmuş ziyan» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 67 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi:**********) və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2026; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar