Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(5-136)-81/2026 19.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçıinin Cavabdeh qarşı içməli suya yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İİddiaçıinin Cavabdeh qarşı içməli suya yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçıinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia ərizəsinə əlavə olunmuş sənədləri ona geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçıinin Cavabdeh qarşı içməli suya yaranmış borcun tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev İş № e-2(023)-81/2026 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Qazax Rayon Məhkəməsi xx.xx.2026-cı il Qazax şəhəri Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçıinin Cavabdeh qarşı içməli suya yaranmış borcun tutulması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 12:00-da başladı. Ərizəni və iş materiallarını nəzərdən keçirib, həmin iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti xx.xx.2026-ci il tarixdə saat 12:10-da qurtardı. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(5-136)-81/2026
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(5-136)-81/2026
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver