Məhkəmə qərarları › İş №2(5-137)-84/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(5-137)-84/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(5-137)-84/2026 22.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdeh "xxxx" MMC-yə "qanunsuz hesablanmış faiz və cərimənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qanunsuz hesablanmış faiz və cərimənin ləğv edilməsi tələbi barədə iddia qaldıraraq artıq hesablanmış 1107,0 manatdan artıq hesablanmış faiz və cərimənin borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki,iş üzrə cavabdeh "xxxx" MMC–nin hüquqi ünvanı (Bakı şəhəri, Sabunçu rayonu, Bağlar (Albalılıq qəsəbəsi, ev 465K) Qəbələ rayonunda qeydə alınmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə “qanunsuz hesablanmış faiz və cərimənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 32,60 (otuz iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar