Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-77/2026 27.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndələri X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi, əgər həmin dövr üçün geri tarixlə xəstəlik vərəqəsi texniki və ya digər səbəblərdən açıla bilməzsə, günahkar tərəf müəyyən edilməsi və ona dəyən maddi zərərin tam ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndələri X4, X3 iddia tələbini qəbul etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. 06 oktyabr 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindənfərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizama salma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. İddiaçı iddia tələbində xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi tələbini qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi, əgər həmin dövr üçün geri tarixlə xəstəlik vərəqəsi texniki və ya digər səbəblərdən açıla bilməzsə, günahkar tərəf müəyyən edilməsi və ona dəyən maddi zərərin tam ödənilməsi tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi, əgər həmin dövr üçün geri tarixlə xəstəlik vərəqəsi texniki və ya digər səbəblərdən açıla bilməzsə, günahkar tərəf müəyyən edilməsi və ona dəyən maddi zərərin tam ödənilməsi tələbi ilə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi, əgər həmin dövr üçün geri tarixlə xəstəlik vərəqəsi texniki və ya digər səbəblərdən açıla bilməzsə, günahkar tərəf müəyyən edilməsi və ona dəyən maddi zərərin tam ödənilməsi tələbi mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Qusar rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Xəstəlik vərəqəsinin açılmaması ilə bağlı hüquqların bərpası və ödənişlərin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında geri tarixlə xəstəlik vərəqəsinin açılmasını təmin edilməsi, əgər həmin dövr üçün geri tarixlə xəstəlik vərəqəsi texniki və ya digər səbəblərdən açıla bilməzsə, günahkar tərəf müəyyən edilməsi və ona dəyən maddi zərərin tam ödənilməsi tələbi ilə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. SƏDRLİK EDƏN:ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(5-141)-77/2026
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-77/2026
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver