Məhkəmə qərarları › İş №2(5-144)-10/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-10/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-10/2026 22.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli, 00320-0271-02 saylı kredit müqaviləsi üzrə 456,83 manat əsas, 0,00 manat faiz, 835,49 manat cərimə borcu olmaqla, cəmi 1292,32 manat borcun və 32 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. "Lombard” fəaliyəti ilə məşğul olan fərdi sahibkar (VÖEN **********) İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalanmış kredit verilməsi haqqında 00320-0271-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 40% dərəcəsi ilə hesablanmaqla 944 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxanda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biridə gecikdirilmiş borc nəticəsində cərimə borcun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq göndərməyinə baxmayaraq cavabdeh borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin İddiaçı 19.11,2025-ci il tarixinə kimi 456,83 AZN əsas, 0.00 AZN faiz, 835,49 AZN cərimə borcu olmaqla, cəmi 1292,32 AZN borcu mövcuddur. Yuxarıda göstərdiklərim iddia ərizəmə əlavə etdiyim - Kredit müqaviləsinin əsli, kassa məxaric orderinin əsli, ödəniş cədvəlinin əsli, dövlət rusumunun ödənilməsi barədə qəbz, kreditin alınması barədə ərizənin əsli, VÖEN, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti və maliyyə arayışı ilə sübuta yetirilərək öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki məcəllənin 386.1 ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki məcəllənin 442 ci maddəsinə əsasən öhdəliyin icra edilməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlər ipozmaqla icra edilməsi) başa düşülür. Mülki məcəllənin 445.1 ci maddəsinə əsasən icranı gecikdirilmiş borclu gecikmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş mümkünsüzlüyün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki məcəllənin 445.2 və 445.2.2 ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilmətnəsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki məcəllənin 445.3 cü maddəsinə əsasən borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlamasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Mülki məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlamasına baxmayaraq öhdəliyi icra etməzsə,o icranı xatırlatma üzrə gecikdirmiş sayıhr.Mülki məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 23.1-ci ci fəslinə əsasən mülki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılır. Mülki məcəllənin 284.1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, komersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, "Lombard” fəaliyəti ilə məşğul olan fərdi sahibkar (VÖEN **********) İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalnamış kredit verilməsi haqqında 00320-0271-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 944 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş saylı ödəniş cədvəlindən və xx.xx.2025-ci il arayışından görünür ki, fərdi sahibkar (VÖEN **********) İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalnamış kredit verilməsi haqqında 00320-0271-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 944 manat məbləğində kredit verilmişdir. Hazırda Cavabdeh İddiaçı 19.11,2025-ci il tarixinə kimi 456,83 AZN əsas, 0.00 AZN faiz, 835,49 AZN cərimə borcu olmaqla, cəmi 1292,32 AZN borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı 456,83 manat əsas, 0,00 manat faiz, 835,49 manat cərimə borcu olmaqla, cəmi 1292,32 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 00320-0271-02 saylı kredit müqaviləsi üzrə 456,83 manat əsas, 835,49 manat cərimə borcu olmaqla, cəmi 1292,32 manat borc və 32 manat dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 00320-0271-02 saylı kredit müqaviləsi üzrə 456,83 manat əsas, 835,49 manat cərimə borcu olmaqla, cəmi 1292,32 manat borc və 32 manat dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar