Məhkəmə qərarları › İş №2(5-147)-25/2026

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-147)-25/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(5-147)-25/2026 12.03.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18600 manat pulun və 147 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Naftalan şəhər sakini kimi tanımışdır. O, mağazada işləyən vaxtlar cavabdeh bəzən ondan borca pul almış, sonra isə qaytarmışdır. 2024-ci ilin oktyabr ayında Fərid ona yaxınlaşaraq Gəncə şəhərində qəza keçirdiyini, bu səbəbdən ona təcili 6600 manat pul lazım olduğunu, həmin pulu isə 10 gün müddətində kredit götürərək qaytaracağını demişdir. O da, həmin pulu nağd şəkildə cavabdehə vermişdir. 1 həftə sonra Fərid ona yenidən yaxınlaşmış və banka 12000 manat kredit borcu olduğunu, həmin borcunu 3 gün müddətində bağlayaraq, oradan yenidən kredit götürərək onun borcunu əvvəlki borcla birlikdə tam geri qaytaracağını demişdir. O da Fəridə 12000 manat əlavə pul vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Fərid ona heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin ona ümumilikdə 18600 manat ödənilməmiş borcu qalmaqdadır. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh onun pulunu qaytarmamış, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, cavabdehin bu hərəkətlərindən Naftalan şəhər polis şöbəsinə müraciət etmiş, orada cavabdeh borcunu səmimi etiraf etmiş və ödənişə dair iltizam imzalamışdır. Həmçinin Naftalan şəhər polis şöbəsindən ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh uzun müddətdir tanıyır. Fərid əvvəllər dəfələrlə ondan borc pul almış, lakin qısa müddət ərzində geri qaytarmışdır. Bu səbəbdən ona etibarı tam olmuşdur. 2024-cü ilin oktyabr ayında Fərid yenidən ona yaxınlaşaraq qəza keçirdiyini və təcili 6600 manat pula ehtiyacının olduğunu bildirmişdir. Fərid həmin pulu ona 10 gün müddətində qaytaracağına söz vermişdir. O da, Fəridə tam inandığı üçün ona həmin məbləği vermişdir. Lakin Fərid dediyi vaxt pulu ona geri qaytarmamışdır. Ondan pulunu geri istəyəndə isə bildirmişdir ki, hazırda onun banka 12000 manat kredit borcu vardır. Əgər onu bir dəfəyə tam şəkildə banka ödəyərsə, bank ona yenidən 25000 manat kredit verəcəkdir. O da, həm 6600 manatı, həm də 12000 manatı ona dirdəfəlik qaytaracaqdır. Fəridin sözlərinə inanmış və ona əlavə 12000 manat pul vermişdir. Razılaşmalarında verilən pulların qarşılığında cavabdehdən hər hansı faiz məbləğinin alınması nəzərdə tutulmamışdır. Lakin Fərid sözünü tutmamış və borcundan ona heç bir məbləğ ödəməmişdir. Əlaqə saxlayan zaman isə müxtəlif bəhanələr gətirərək məsələni uzatmışdır. O, dəfələrlə Fəridin evində olmuş və borcunu ailəsinə bildirmişdir. Hətta Fəridin anası Naftalan şəhərində yerləşən evlərini sataraq borcu ödəyəcəklərini desə də, buna əməl etməmişlər. Daha sonra məlum olmuşdur ki, Fəridin ailəsi Naftalan şəhərində yerləşən torpaq sahələrini sataraq, borcu bağlaması üçün pulu Fəridə versə də, Fərid həmin pulu ona verməmişdir. Sonuncu dəfə Fəriddən borcunu tələb etdikdən sonra Naftalan şəhər polis şöbəsinə şikayət etmiş, orada araşdırma aparılaraq Fəridin izahatı alınmışdır. Bu zaman Fərid borcunu qəbul etmiş və hər ay hissə-hissə olmaqla qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçını əvvəldən tanımış, ondan bir neçə dəfə borc pul götürmüş, sonra borcunu qaytarmişdır. 2024-cü ilin oktyabr ayında ilk olaraq iddiaçıdan 6500 manat pul borc almışdır. İddiaçı həmin məbləği onun bank kartına göndərmişdir. Həmin vaxtdan 10-15 gün keçdikdən sonra isə o, iddiaçıdan əlavə 12000 manat deyil, 9000 manat nağd şəkildə borc almışdır. Daha əvvəldən isə iddiaçıya 1000 manat borcu olmuşdur. Həmin pulları isə anası xəstə olduğu üçün onun müaliclərinə xərcləmişdir. Bu isə o deməkdir ki, əsl həqiqətdə onun iddiaçıya 16500 manat borcu olmuşdur. Borcundan isə ümumilikdə 4500 manatını geri qaytarmışdır. Həqiqətdə iddiaçıya 12000 manat borcu qalmaqdadır. Lakin yekun olaraq iddiaçıya 14100 manat borcunun olduğunu etriaf edir və həmin məbləği də hər ay 200-300 manat olmaqla hissəhissə ödəməyə hazırdır. Polis şöbəsində vermiş olduğu izahatda iddiaçıdan 18600 manat borc aldığını, borcundan 4500 manat qaytardığını, yekun olaraq iddiaçıya 14100 manat borcunun olduğunu qeyd etmişdir. Lakin borcunun 18600 manat yazmasının səbəbi onun iddiaçıya 2 il ərzində faizlərə görə vurduğu ziyanı da nəzərdə tutması olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2026-cı il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK1-13 nömrəli material üzrə hər hansı cinayət hadisəsi mövcud olmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ, həmçinin müraciətçiyə aralarında olan pul mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən Naftalan şəhər polis şöbəsində imzalanmış iltizamdan və cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı 18600 manat pul aldığını etiraf etmiş, həmin borcdan 4500 manatını geri ödədiyini, hazırda isə qalıq 14100 manat pulu aylıq 300 manat olmaqla ödəyəcəyini bildirmişdir. CD-ə əlavə edilmiş və tərəflər arasında WhatsApp sosil şəbəkəsində aparılmış danışıqlara məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, iddiaçı cavabdehə onun 18600 manat borcunun olduğunu yazmış, cavabdeh isə həmin məbləğdə borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış pul münasibətləri yaranmış, İddiaçı müəyyənləşdirilmiş pul məbləğlərini, yəni 6600 manat və 12000 manat pulu Cavabdeh qaytarmaq şərtilə verdiyini, cavabdeh isə 6500 manat və 9000 manat pul vəsaitlərini borc olaraq aldığını qeyd edir. Cavabdeh aldığı məbləğin ümumilikdə 4500 manat hissəsini geri qaytardığını bildirsə də, iddiaçı bunu qəbul etmir və cavabdehin ona hər hansı bir məbləğ qaytarmadığını bildirir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 18600 manatın geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddianın qismən, yəni 14100 manat miqdarında təmin edilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər üç min manatdan çox olan borc müqaviləsinin yazılı formasına riayət olunmadığı üçün mübahisə əsassız varlanmaya dair müddəalar əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və s. Məhkəmə işin araşdırılan faktiki hallarına, eləcədə iş materiallarına əlavə edilmiş sübutlara əsasən cavabdehin iddiaçıdan 18600 manat məbləğində pul almış olması qənaətinə gəlir. Belə olan halda, hazırda qaytarılmalı olan məbləğin müəyyən edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə ödənişin edilib-edilməməsi aydınlaşdırılmalıdır. Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Beləliklə sübutetmə vəzifəsinin bölgüsü baxımından, iddiaçının cavabdehə 18600 manat pul vəsaiti verməsi sübut olunsa da, cavabdehin iddiaçıya 4500 manat qaytarması sübut olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 147 manat məbləğində dövlət rüsumu ödəilmişdir. Odur ki, iddia təmin edildiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18600 manat pul vəsaiti və 147 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar