Məhkəmə qərarları › İş №2(5-150)-46/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-150)-46/2026

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(5-150)-46/2026 12.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızı, İddiaçı Xaliq qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Xaliq qızı Cavabdeh qarşı mülki hüquq pozuntularında irəli gələn öhdəliklər üzrə maddi ziyanın ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsini iddiaçı və ya ona səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Göründüyü kimi, qanun iddia ərizəsinin forması və məzmununda “iddia ərizəsinin” imzalanmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi imzalanmamışdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin imzalanması iddia ərizəsinin forma və məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, iddia ərizəsi imzalanmırsa bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş 2500 manat maddi ziyanın ödənilməsini tələb edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir və bu məğləğ hazırkı iddia tələbi üçün 45 manat təşkil edir. Lakin, iddiaçının dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, iddaçı 30 manat dövlət rüsumu ödəmişdir ki bu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən müəyyən edilən məbləğdən azdır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı iddia ərizəsinin forma və məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə (iddia ərizəsinin imzalanması) və 152.1.5-i maddəsinin tələbinə əməl etməmişdir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, məhkəmədə hər hansı bir mülki iddia qaldırılarkən yuxarıda istinad edilən qaydalara riayət edilməlidir. Bununla bağlı çətinlik yaranarsa istənilən vəkil bürosunun köməyindən istifadə etməklə iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Xaliq qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Xaliq qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar