Məhkəmə qərarları › İş №2(5-150)-56/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-56/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-56/2026 17.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1317,77 manat əsas borc, 168,89 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1524,53 manat borcun və 35,25 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 15 may 2023-cü il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və şərtləri ilə razı olduğunu təsdiq (aksept) etməklə, bu müqavilənin bağlanmış olduğu hesab edilərək Cavabdeh 36 ay müddətinə, illik 26,50% faiz dərəcəsi ilə 2700 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və iddiaçıya 17 dekabr 2025-ci il tarixə 1317,77 manat əsas borcu, 168,89 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1524,53 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi cəhdləri (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1317,77 manat əsas borcun, 168,89 manat faiz borcunun, 37,87 manat cərimənin, cəmi 1524,53 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,25 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 may 2023-cü il tarixli “Ərizə-Anket”, 01U/21 saylı “Oferta Müqaviləsi” və Cavabdeh göndərilmiş SMS mətni çıxarışından görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15 avqust 2023-cü il tarixdə Cavabdeh 524375KDPEV1008 saylı debet kart verilmiş, 12786nkBKXb/23 saylı müqavilə ilə, illik 26,50% dərəcəsində, 14 avqust 2026-cı il tarixədək ödəliməsi nəzərdə tutularaq, 2700 manat kredit xətti açılması təklif edilmiş və həmin tarixdə təsdiqlənərək onun kart hesabına köçürülmüşdür. İşdə olan 17 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 12786nkBKXb/23 saylı kredit xətti üzrə “X1” Açıq Səhmdar Cəmiyyətinə 1317,77 manat əsas borcu, 168,89 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1524,53 manat borcu vardır. İşdə olan 30 oktyabr 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 30 oktyabr 2025-ci il tarixə olan 1317,77 manat əsas borcun, 122,83 manat faiz borcunun, 18,11 manat cərimənin, cəmi 1458,71 manat borcun iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmiş və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, 15 may 2023-cü il tarixli ərizə-anket əsasında Cavabdeh 36 ay müddətinə, illik 26,50% faiz dərəcəsi ilə 2700 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və iddiaçıya 1317,77 manat əsas borc, 168,89 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1524,53 manat borcu yaranmışdır. Ona görə də, “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1317,77 manat əsas borcun, 168,89 manat faiz borcunun, 37,87 manat cərimənin, cəmi 1524,53 manat borcun alınıb onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, iddiaçı tərəf cavabdehə 30 oktyabr 2025-ci il tarixdə bildiriş ünvanlamış və həmin bildirişdə Cavabdeh 1317,77 manat əsas borcun, 122,83 manat faiz borcunun və 18,11 manat cərimənin, cəmi 1458,71 manat borcun qaytarılması tələb edilməklə üç iş günü müddətində müqavilənin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı faiz borcu hesablanarkən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 30 oktyabr 2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1317,77 manat əsas borcu, 122,83 manat faiz borcunu, 37,87 manat cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 1317,77 manat əsas borc, 122,83 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1478,47 manat alınıb iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 17 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,25 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 may 2023-cü il tarixli kredit razılaşması əsasında açılan kredit xətti üzrə 1317,77 manat əsas borc, 122,83 manat faiz borcu, 37,87 manat cərimə, cəmi 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat 47 (qırx yeddi) qəpik alınıb iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar