Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-60/2026 12.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 6000 manat pulun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə Cavabdeh qapı qonşusudur və uzun müddət onunla mehriban qonşuluq münasibətində olmuşdur. Xeyli vaxt idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi və bu səbəbdən əməliyyat olunmalı idi. Həmin vaxt yəni, 2023-cü ilin avqust ayında əməliyyat xərclərini qarşılamaq üçün ondan 6000 min manat borc pul istəmiş və o da çox yaxın münasibətləri olduğu üçün Cavabdeh 6000 manat borc pul vermişdir. Daha sonra, bir neçə dəfə pulunu istəsə də xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətə düşdüyündən pulu qaytara bilmədiyini, lakin hissə hissə də olsa ödənişləri edəcəyinə söz vermişdir. Ancaq bu günə qədər heç bir ödəniş etmədiyindən və ödənişlərdən yayındığından borc olaraq verdiyi 6000 manat pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edib izahatında göstərmişdir ki, İddiaçı həqiqətən ona 6000 manat pul vermişdir. Hazırda maddi imkanı olmadığı üçün həmin pulu qaytara bilmir. Səhhətində yaranmış problemlərlə əlaqədar ötən məhkəmə proseslərində iştirak edə bilməmişdir. Lakin, iddiaçının ona qarşı olan pul tələbinə dair iddiasını qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatları və işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2026-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 6000 manat borc və 80 manat ödənilmiş dövlət rüsumu, cəmi 6080 manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 manat borc və 80 manat ödənilmiş dövlət rüsumu, cəmi 6080 (altı min səksən) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(5-150)-60/2026
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-60/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver