Məhkəmə qərarları › İş №2(5-150)-62/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-62/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-62/2026 10.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 14 qramlıq qızılın və ya 2800 manat pulun, 49 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 14 qramlıq qızılın və ya 2100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, özü qızıl mağazasında işləyir. 15 ildir ki, qızıl alqı-satqısı ilə məşğuldur. Saatlı rayonu, Qaranur kənd sakini Cavabdeh anası ilə birlikdə onun yanına xx.xx.2025-ci il tarixdə gələrək ondan toy dəsti istəmişlər və bildirmişlər ki, 25 yanvar 2025-ci il tarixdə toy mərasimimdi və toydan sonra isə gətirib pulunu qaytaracaqdır. Əvvəllər də nisyə mal verir və gətirib qaytarmışlar. O, də onlara inanıb 14 qramlıq toy dəsti vermişdir. Qızıllar - sep, qolbaq, sırğa və üzük dəsti olmuşdur. Həmin qızılları 1850 manata razılaşmışlar. Lakin, Rəvan nə qızılları gətirmiş nə də ki pulu gətirmişdir. Belə olan halda indiki dövr üzrə mənə 2800 manat məbləğində ziyan dəymişdir. Rəvanın ondan mal alması ilə bağlı Whatsapp səs yazıları var və həmin faktı təsdiq edəcək şahidləri də var. Həmin puldan ödəniş etməmiş, ödəməkdən müxtəlif bəhanələr edərək yayınır. Cavabdeh borcu hal-hazıradək ödəməmiş bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hesab edir ki, mülki qanunvericiliyin göstərilən müddəaları baxımından mənimlə cavabdeh arasında bağlanmış şifahi formalı alqı-satqı müqaviləsi hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və mənə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X1 imzası ilə təsdiq olunmuş rəydən görünür ki, İddiaçı Saatlı Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində adları göstərilən əmlakların təqribi bazar qiyməti 2100 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından göründüyü kimi, İddiaçı Cavabdeh 14 qramlı qızıl-zinət (sep, qolbaq, 1 cüt sırğa və üzük) əşyalarını nisyə satmışdır. İşdə olan diskdəki səs yazısından müəyyən olunur ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş və borcu qaytarmaq üçün ona vaxt verilməsini xahiş etmişdir. Ona görə də iddiaçının cavabdehdən satdığı qızılları və ya dəyərini tələb etməkda haqlıdır. Məhkəmə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qiymətləri ilə bağlı qeyd edir ki, Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X1 imzası ilə təsdiq olunmuş rəyi mötəbər sübut kimi qəbul edilməklə, həmin rəydə göstərilən qızıl-zinət əşyalarının hazırki bazar qiyməti real olaraq dəyərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 14 qramlıq 1 ədəd komplekt (sep, qolbaq, 1 cüt sırğa və üzük) və həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmasa əmlakın dəyəri 2100 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 49 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 41 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 14 qramlıq 1 ədəd komplekt (sep, qolbaq, 1 cüt sırğa və üzük) və həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmasa əmlakın dəyəri 2100 manat pul alınaraq İddiaçı verilsin. İddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar