Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(5-150)-84/2026 11.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Saatlı rayon Notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər Saatlı rayon Notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evimə dair verilmiş 19 noyabr 2025-ci il tarixli tutmanın yönəldilməsi barədə İcra qeydi ləğv olunsun, mənə şişirdilərək cavabdehlər tərəfindən qanunsuz hesablamaqla artıq məbləğ olaraq yazılmış 67397,46 AZN əsas borc, faiz borcu və 3369,87 AZN dəbbə pulu, ümumilikdə 70767,33 AZN borc məbləği düzgün hesablanıb, banka ödədiyim məbləğlər əsas məbləğdən düzgün çıxılmaqla, ilkin müqavilə şərtlərinin bərpa edilməsi barədə qətnamə qəbul ediloməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X3, cavabdehlər Saatlı rayon Notariat ofisinin və Bank "xxxx" ASC-nin nümayəndələri məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehlər qismində Saatlı rayon Notariat ofisivə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti qeyd edilmiş, ərizənin “xahiş etdi” hissəsində isə cavabdehlərə yönələn tələbin nədən ibarət olmasını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə tələb düzgün olmadığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 cavabdehlər Saatlı rayon Notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı X3 tərəfindən xx.xx.2026-cı il tarixində Saatlı Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə geri qaytarılsın. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(5-150)-84/2026
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-150)-84/2026
11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver