Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(5-151)-35/2026 27.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 741.4 AZN əsas borcun və dövlət rüsumuna görə ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, sənədlərin, həmçinin iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, sənədlər, həmçinin iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin - Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə iddia ərizə verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinin hesabına (qəbz № **********) ödənilmiş dövlət rüsumu məbləği – 30 (otuz) manat “X1” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-151)-35/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-151)-35/2026
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver