Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-157/2026 04.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, İddiaçı işitrakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsindən irəli gələn pul tələbi və dəymiş ziyanın tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsindən irəli gələn pul tələbi və dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat avtomobil icarəsindən yaranmış borcun tutulması və avtomobilin ön farası, arxa farası, arxa buferi və ödənişi alınan, lakin düzəldilməyən 50 manatlıq dəmir hissə üzrə təmir xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icaslında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəyə verilmiş, cavbdeh tərəfindən müvafiq icarə haqqı ilə bağlı ödənişlər yerinə yetirilmədiyindən hazırki borcu yaranmışdır. Həmçinin icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinə cavabdeh tərəfindən müvafiq zərər vurulmuş, lakin onun tərəfindən həmin ziyan aradan qaldırılmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən iddia tələbi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh hazırda yaşaması və qeydiyyatda olması barədə məlumatı yoxdur. Bu səbəbdən iddia ərizəsindən cavabdehin ünvanı kimi onun kirayədə yaşadığı lakin dəqiq məlumatlı olmadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsini qeyd etmişdir. Həmçinin iddia tələbinin qiyməti barədə verilən suala cavab olaraq bildirmişdir ki, icarə müqaviləsi üzrə ödənilməyən qalıq borcu dəqiq bilsə də, nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı tam məlumatlı olmadığından və həmin ziyanın məbləğini hər hansı mütəxəssis rəyi ilə müəyyən etdirmədiyindən sadəcə qeyd olunan predmetləri iddia ərizəsində sadalamışdır. İddia tələbinə münasibətdə ödədiyi məbləğ isə 1400 manat icarə müqaviləsindən irəli gələn pul tələbinə dair olmuşdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmənin baxış iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 10-1.1-ci maddəsinə əsasən, Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasə, Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İddia ərizəsinə dair tələblər: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarı: 13-cü bəndinə əsasən, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. 17-ci bəndinə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 35 manat pul X1 İdarəsi tərəfindən İddiaçı (FİN: xxxxxxx) qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Beləki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olmayaraq xx.xx.2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı özünə aid şəxsiyyət vəsiqəsini iddia ərizəsinə əlavə etsə də, Cavabdeh məxsus şəxsiyyət vəsiqəsini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarını (seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin X2) iddia ərizəsində göstərməmişdir. Məhkəmə qeyd etməyi vacib bilidr ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin ünvanı ilə bağlı imperativ tələbin qeyd olunmaması ilə bağlı qeyd edir ki, cavabdehin ünvanının iddia tələbində düzgün göstərilməməsi müvafiq məhkəmə bildirişlərinin mülki iş üzrə tərəfə göndərilməməsi ilə nəticələnəcədir ki, bu da özlüyündə şəxsin müdafiə hüququnun pozulmasına gətirib çıxaracaqdır. İddia ərizəsində cavabdehin ünvanı “Bakı şəhəri Bakıxanov qəsəbəsi” kimi ümumi göstərilmişdir. Cavabdehin şəxsiyyət vəsiqə məlumatlarının olmaması da məhz hazırki mülki iş üzrə cavabdehin ünvanla bağlı hazırda qeyd olunan halların məhkəmə tərəfindən aradan qaldırılmasına imkan vermir. Həmçinin məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olan digər hala da qiymət verərərk, bildirir ki, iddia tələbi verilərkən iddianın qiyməti iddiaçı tərəfindən göstərilməlidir. Bu tələb MPM-in 112-ci maddəsindən irəli gəlir. Belə ki, MPM-in 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Həmçinin iddia tələbinə nəzər yetirildikdə iddia tələbinin qiymətləndirilən iddia tələbi olması müəyyən olunur. İddiaçı iddia əeizəsində icarə müqaviləsindən irəli gəllən öhdəliyin cavabdeh tərəfindən pozulması ilə bağlı 1400 manat məbləğində borcunun yaranmasını dəqiq göstərsə də, icarəyə verilmiş nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarını və tələb olunan məbləği dəqiq göstərməmişdir. Bu hal həm qeyd olunan prosessual qanunvericiliyin pozulması ilə nəticələnməklə bərabər iddia ərizəsinin məhkəməyə verilməsi zamanı ödənilməli olan dövlət rüsumunun da tam məbləğinin müəyyən edilməsini istisna edir. Yekunda məhkəmə iddiaçıya izah etməyi zəruri bilir ki, iddia ərizəsi ilə bağlıı qeyd olunan nöqsanlar aradan qaldırıldıqdn sonra yenidən iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsindən irəli gələn pul tələbi və dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 35 manat pul X1 İdarəsi tərəfindən İddiaçı (FİN: xxxxxxx) qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(5-152)-157/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-157/2026
04.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver