Məhkəmə qərarları › İş №2(5-159)-492/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-492/2026

12.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-492/2026 12.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi” ilə məhkəmədə iddia qaldıraraq Şəmkir Rayon Məhkəməsinin e-2(076)-3555/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 260 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə yaçadıqları müddətdə xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2- (076)- 1513/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəmkir Rayon Məhkəməsinin e-2-(076)-3555/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2024-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək salanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etmiş əlavə olaraq bildirir ki, cavabdeh hal-hazırda işləyir və alimenti ödəməkdə çətinlik çəkmir. İddiaçı iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ilk yazılı etirazında bildirir ki, iddiaçı düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı ümumiyyətlə məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən əvvəl mediasiya prosesindən keçməli olduğu halda mediasiyaya müraciət etmədən, bir başa alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 2024-cü il qətnaməsi ilə aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, aliment müəyyən edildikdən sonra heç yerdə işləmədiyini həmiçinin 200 manat alimenti çətinliklə ödədiyini qeyd etmişdir. Cavabdeh, iddiaçının alimentin məbləğinin artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməməli, alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğunu və hazırki vəziyyətdə mülki işə baxılmasının mümkün olmadığını vurğulamışdır. Odur ki, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı iş üzrə xx.xx.2021-ci il tarixli 327479 nömrəli etibarnamə əsasında Cavabdeh nümayəndəsi qardaşı X5 etiraz ərizəsini müdafiə edərək əlavə olaraq bildirir ki, qardaşı Cavabdeh hal-hazırda günəmuzd fəhlə işləyir və buna rəğmən alimentin ödənilməsində heç vaxt gecikməyə yol verməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilən xüsusatlardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiasının mahiyyəti indeksasiya xarakteri daşıyır və hazırki tələbin mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia tələbinin əsası kimi minimum əmək haqqının artmasını əsas götürmüşdür, belə ki, xərclər artdığından artıq uşaqların saxlanmasında çətinlik çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Beləliklə, İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası icra icraatı qaydasında həll edilməli olduğundan, həmçinin, iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edildiyindən mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya izah edilməlidir ki, icra icraatı qaydasında məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o, tələblə əlaqədar müvafiq qaydada məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar