Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-621/2026 02.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlu İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iddia ərizəsi nəzərdə tutulmuş formada tərtib edilməmişdir, iddiaçı ərizəsini icra icraatı qaydasında təqdim etməlidir, həmçinin iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.2013 -cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyyə edilməsi üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimenti ikinci tərəf Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq birinci tərəf İddiaçı ödəməsinə dair könüllü razılıq olmuşdur, yəni tərəflər arasında aliment münasibətlərinə dair qüvvədə olan barışıq sazişinin mövcud olmasına baxmayaraq aliment tələbi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il 15 saylı qərarının 8.4-3-cü bəndinə əsasən Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə electron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet üzərindən şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(5-159)-621/2026
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-621/2026
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver