Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-45/2026 11.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Mahmudova Türkan Şahlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 300 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır. Şirvan şəhərində onunla bir küçədə Samir adlı şəxs yaşayır. Hal-hazırda o, Rusiyadadır. Samir bütün əmlakını, evini Şirvan şəhəri, M.Hüseynzadə küşəsi, ev 17-də yaşayan Əlişirin adlı şəxsə tapşırmışdır. Samirin evinə Əlişirin nəzarət edir. Ona heç bir xəbərdarlıq etmədən 12 noyabr 2025-ci il tarixində Əlişirin onun hasarını 40 metr, söküb dağıtmışdır. O, bu barədə Əlişirinlə söhbət etmişdir. Əlişirin ona heç bir cavab verməmişdir. Əlişirinin öz hasarı hər bir tərəfdən açıq olmuşdur. Samir bütün evin işlərini Əlişirinə tapşırmış, o, dəfələrlə hasarın hörülməsini Əlişirinə desə də, sonuncu heç bir tədbir görməmişdir. O, bu barədə Şirvan Şəhər Polis şöbəsinə məlumat vermişdir. Lakin heç bir tədbir görülməmişdir. O, bu barədə 102 xidmətinə də məlumat vermişdir. Onlar da heç bir tədbir görməmişlər. 30 noyabr 2025-ci il tarixində səhər saat 04:00 radələrində görmüşdür ki, onun həyətində çoxlu sayda küçə itləri var, həmin sahibsiz itlər onun həyətinə girərək onun toyuqlarını, digər ev quşlarını tutub öldürmüşlər. Həmin vaxt vəhşi itlər onun 300 manatlıq ev quşlarını məhv etmişlər. O, həmin 300 manat ziyanı ona zərər vuran Əlişirindən tələb edir. 12 noyabr 2025-ci il tarixindən 12 dekabr 2025-ci il tarixə kimi onun hasarı sökülmüş halda qalmışdır. Həmin vaxtlar ərzində ona və ailəsinə ziyan dəymiş, onlar çox narahat olmuşlar. Hasarın hörülməsi barədə Əlişirin heç bir tədbir görməmiş, hasar uçmuş halda qalmışdır. Onun şikayətlərindən sonra Əlişirin sonradan hasarı hörmüş, həmin müddət ərzində onun ev heyvanlarına 300 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iddiаçı İddiaçı yuxarıda göstərilən məzmunda izahat vermiş, cavabdeh tərəfindən dəymiş zərərə görə 120 manat məbləğində pulun ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
4. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, usta kimi işlədiyi evin sahibi o, işə başlamamışdan qabaq iddiaçı ilə hasarın sökülməsi ilə bağlı razılığa gəlmiş, lakin sonradan iddiaçı bundan imtina etmişdir. Məhkəməyə iddia tələbinin qismən etiraf edilməsi ilə bağlı ərizə ünvanlayaraq baş vermiş hadisə ilə əlaqədar iddiaçıya 120 manat ziyan vurulduğunu hesab etdiyini bildirmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları.
7. İddiaçı X1 tərəfindən ev quşlarının tələf olduğunu göstərən fotoşəkillər məhkəməyə təqdim edilmişdir.
8. Şirvan şəhər polis şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:02-də DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda Şirvan şəhəri M.Əsədov küçəsində yaşayan İddiaçı ***-***-**-** saylı nömrədən zəng edərək, qonşusu ilə hasarının uçması ilə bağlı aralarında münaqişə olması barədə məlumat vermişdir.
9. Şirvan şəhər polis şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:42-də DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda Şirvan şəhər M.Əsədov küçəsi ev 30-da yaşayan İddiaçı ***-***-**-** saylı nömrədən zəng edərək, qonşusu ilə aralarında münaqişə olmasını bildirmişdir.
10. İddiaçı Şirvan şəhər Polis Şöbəsində xx.xx.2025-ci il tarixli verilmiş izahatdan görünür ki, təxminən iyirmi gün qabaq onun icazəsi olmadan onun 40 metr uzunluqda olan 11 daşdan olan hasarını usta uçurub yeni hasar tikmək üçün beton tökmüşdür. Həmin gündən dünən (yəni dekabr 4-dən) tikdiyi evin özünə aid hissəsini tutmuşdur. Dekabr ayının 30-da səhər 4 radələrində hasar olmadığı üşün təxminən 9 it həyətinə girərək toyuq, qaz və ördəklərini boğub öldürmüş, bir neçəsi də, yox olmuşdur. Həmiin gün həmin usta təxminən saat 10 radələrində həyətə gələndə o, ustanı aparıb toyuqları və yaraladıqlarını göstərmişdir. Təxminən ona 200 manat ziyan vurduğunu demişdir. Sonra hasarın hörülməsini demişdir. Buna baxmayaraq hasar dekabrın 4-nə kimi hörülməmişdir. İki dəfə o, öz nəvəsini götürüb onun qapısına getmişdir. Hasarın hörülməsi üçün ona Aybəniz demişdir ki, “pulumuz yoxdur daş almağa. Nə vaxt Rusiyadan pul gələcək onda daş alıb hörəcəyik”. Nəhayət o, polis şöbəsinə şikayət verərək ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.
11. Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, onu Abduləli qonşuda işləyərkən narahat edir. Abduləli ev sahibi ilə razılaşdıqdan sonra onlara gedib narazılıq yaradır. O da işlərini davam edə bilmir. İzahatını nəzərə alıb tədbir görülməsini xahiş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. İddiaçıya məxsus olan hasarın cavabdeh tərəfindən sökülməsi nəticəsində iddiaçıya maddi ziyan dəymiş, iddiaçı bu ziyanı 300 manat qiymətləndirmiş, cavabdeh isə ziyanın 120 manat hissəsini etiraf etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddə. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
d) Məhkəmənin mövqeyi:
15. Hazırda iddiaçı məhkəməyə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ev heyvanlarının tələf olması ilə bağlı sübutlar təqdim etsə də, bununla bağlı dəymiş ziyanın 300 manat olması sübuta yetirilməmişdir. Ona görə də məhkəmə cavabdehin qismən etirafını nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh tərəfindən etiraf edilən həcmdə (120 manat) təmin edilməlidir.
16. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
17. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddia tələbini yazılı qaydada qismən etiraf etmişdir. İddiaçı ziyanın daha artıq olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, buna görə də cavabdehin iddia tələbini qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur.
18. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 120 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
19. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə hissə:
20. Şərh olunanlara əsasən və MPM-in 119, 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nərmin Abbasova