Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(5-161)-18/2026 15.01.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilərək artırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilərək artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsi ilə təyin edilmiş məbləğin dəyişdirilərək Cavabdeh xx.xx.2018-il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X3 yetlkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 260 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğinin tutulması və onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, cavabdehə qarşı hazırkı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi üçün mediasiya institutuna müraciət etməlidir. 29 mart 2019-cu il tarixdə qəbul olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aiddir. 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin medasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunda nəzərdə tutulan hallarla bağlı mediasiya prosesinə xitam verildiyi halda iddiaçı “ilkin mediasiya prosesinin davam etdirilə bilməsi ilə bağlı sənədi təqdim etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual: 149-cu maddəsinə əsasən iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatdır. 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonar ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilərək artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilərək artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-161)-18/2026
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(5-161)-18/2026
15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver