Məhkəmə qərarları › İş №2(5-162)-221/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-221/2026

17.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-221/2026 17.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ona evdə yaşamaq hüququnun verilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı Tərtər şəhəri, Ədalət Paşayev küçəsi bina 8, mənzil 12-də yerləşən evdə yaşamasını nəzərə alaraq, yenə də həmin ünvanda yerləşən evdə yaşamaq hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı Tərtər şəhəri, Ədalət Paşayev küçəsi bina 8, mənzil 12də yerləşən evdə yaşamasını nəzərə alaraq, yenə də həmin ünvanda yerləşən evdə yaşamaq hüququnun təmin edilməsi tələb etsə də, iddianın giriş hissəsində iddia ərizəsi deyil, ərizə kimi qeyd etmiş, iddia tələbinin nədən ibarət olması, eləcə də xahiş etdi hissəsində tələbi aydın şəkildə göstərməmişdir. Bununla yanaşı İddiaçı iddia tələbinə X1 qəbzi əlavə etməmişdir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə ödənilməli dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixdən 100 manat məbləğində nəzərdə tutulmuşdur. Hazırki iddia 03 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı rüsumu “X1” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə uyğun olaraq ödəməmişdir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə ödənilməli dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixdən 100 manat məbləğində nəzərdə tutulmuşdur. Hazırki iddia 03 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı rüsumu “X1” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə uyğun olaraq ödəməmişdir ki, bu da iddianın geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “X1” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Eləcə də, Azərbaycan Respublikası MPM-də dəyişiklik edilməsi haqqında” 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən MPM-ə 108.3-cü maddə əlavə edilmiş, həmin maddədə dövlət rüsumunun yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi nəzərdə tutulmuş və həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Eləcə də iddiaçı iddia ərizəsində cavabdeh barəsində Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində göstərilən tələblərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Tərtər şəhəri, Ədalət Paşayev küçəsi bina 8, mənzil 12-də yerləşən evdə yaşamasını nəzərə alaraq, yenə də həmin ünvanda yerləşən evdə yaşamaq hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar