Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(5-164)-38/2026 13.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4,011 manat 52 qəpik (dörd min on bir manat əlli iki qəpik) məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun və bank xidmət xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olan iddiaçı, Rusiya Federasiyasından cavabdehə sonuncunun “KAPİTAL BANK" ASC-də olan kart hesabı vasitəsi ilə 01 noyabr 2024-cü il tarixdə 12.000 rubl (199,56 manat), 23 noyabr 2024-cü il tarixdə 11.000 rubl (172,63 manat), 30 dekabr 2024-cü il tarixdə 16.700 rubl (251,39 manat), 03 fevral 2025-ci il tarixdə 16.200 rubl (262,69 manat), 21 fevral 2025-ci il tarixdə 16.000 rubl (291,02 manat), 03 mart 2025-ci il tarixdə 14.000 rubl (250,44 manat), 06 mart 2025-ci il tarixdə 14.000 rubl (252,37 manat), 13 mart 2025-ci il tarixdə 22.000 rubl (410,07 manat), 07 aprel 2025-ci il tarixdə 56.000 rubl (1.045,23 manat), 14 aprel 2025-ci il tarixdə 23.500 rubl (450,99 manat), 27 aprel 2025-ci il tarixdə 21.000 rubl (405,83 manat) və 28 aprel 2024-cü il tarixdə 1.000 rubl (19,3 manat) olmaqla, cəmi 223.400 rubl (4.011 manat 52 qəpik) borc vermişdir. Hal-hazırda isə cavabdeh iddiaçıya həmin borcu qaytarmaq istəmir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, cavabdeh iddiaçının qardaşı qızıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçıə tərəfindən cavabdehə 01 noyabr 2024-cü il tarixdə 12000 Rusiya rublu (199,56 manat), 23 noyabr 2024-cü il tarixdə 11000 Rusiya rublu (172,63 manat), 30 dekabr 2024-cü il tarixdə 16700 Rusiya rublu (251,39 manat), 03 fevral 2025-ci il tarixdə 16200 Rusiya rublu (262,69 manat), 21 fevral 2025-ci il tarixdə 16000 Rusiya rublu (291,02 manat), 03 mart 2025-ci il tarixdə 14000 Rusiya rublu (250,44 manat), 06 mart 2025-ci il tarixdə 14000 Rusiya rublu (252,37 manat), 13 mart 2025-ci il tarixdə 22000 Rusiya rublu (410,07 manat), 07 aprel 2025-ci il tarixdə 56000 Rusiya rublu (1045,23 manat), 14 aprel 2025-ci il tarixdə 23500 Rusiya rublu (450,99 manat), 27 aprel 2025-ci il tarixdə 21000 Rusiya rublu (405,83 manat) və 28 aprel 2024-cü il tarixdə 1000 Rusiya rublu (19,30 manat) olmaqla, cəmi 223400 Rusiya rublu (4011,52 manat) məbləğində pul köçürülmüşdür. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 01 noyabr 2024-cü il tarixdə 12000 Rusiya rublu (199,56 manat), 23 noyabr 2024-cü il tarixdə 11000 Rusiya rublu (172,63 manat), 30 dekabr 2024-cü il tarixdə 16700 Rusiya rublu (251,39 manat), 03 fevral 2025-ci il tarixdə 16200 Rusiya rublu (262,69 manat), 21 fevral 2025-ci il tarixdə 16000 Rusiya rublu (291,02 manat), 03 mart 2025-ci il tarixdə 14000 Rusiya rublu (250,44 manat), 06 mart 2025-ci il tarixdə 14000 Rusiya rublu (252,37 manat), 13 mart 2025-ci il tarixdə 22000 Rusiya rublu (410,07 manat), 07 aprel 2025-ci il tarixdə 56000 Rusiya rublu (1045,23 manat), 14 aprel 2025-ci il tarixdə 23500 Rusiya rublu (450,99 manat), 27 aprel 2025-ci il tarixdə 21000 Rusiya rublu (405,83 manat) və 28 aprel 2024-cü il tarixdə 1000 Rusiya rublu (19,30 manat) olmaqla, cəmi 223400 Rusiya rublu (4011,52 manat) məbləğində pul köçürülmüş, cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, o, öz üzərinə götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 60,60 manat və bankın xidmət haqqına görə 0,40 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 4011,52 manat, ödənilmiş dövlət rüsumuna görə 60,60 manat və bankın xidmət haqqına görə 0,40 manat, cəmi 4072,52 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 4011 (dörd min on bir) manat 52 (əlli iki) qəpik, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat 60 (altmış) qəpik və bankın xidmət haqqına görə 40 (qırx) qəpik, cəmi 4072 (dörd min yetmiş iki) manat 52 (əlli iki) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(5-164)-38/2026
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-164)-38/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver