Azərbaycan Respublikası adından Qətnamə Yardımlı rayonu İş № 2(5-165)-113/2026 13.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSI Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdeh Cavabdeh zaminlik üzrə onun hesabından cavabdehin kredit borcuna görə tutulan 1578 manat və dövlət rüsumu olaraq ödənilmiş 36 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə “Finca Azerbaijan” X1-Kredit bank təşkilatının Masallı filialı arasında bağlanmış ##.##.2011-ci il tarixli ************** nömrəli kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” Məhdud Məsuliyyətli QBKT hesabından illik 34 faiz olmaqla 12 ay müddətinə 2500 ABŞ dollar cavabdeh tərəfindən götürülmüş, o isə cavabdehə zamin durmuşdur. Cavabdeh krediti ödəmədiyindən Yardımlı rayon məhkəməsinin ## ##### 2013-cü il tarixli 2(038)-108/2013 tarixli məhkəmə əmrinə əsasən borclular Yardımlı şəhəri S,İsmayılov küçəsi ev 22 ünvanında yaşayan Cavabdeh və Yardımlı şəhəri S.İsmayılov keçəsi ev 17 ünvanında yaşayan İddiaçı ## ###### 2011-ci il tarixli, ************** №-li kredit müqaviləsi üzrə yaranmış 711 ABŞ dolları əsasən borc, 41 ABŞ dolları 20 sent faiz borcu, 524 ABŞ dolları 77sent cərimə, cəmi 1276 ABŞ dolları 97 sent məbləğində pul, həmin məbləğin məhkəmə icra edildiyi gün olan Azərbaycan manatının məzənnəsi ilə və 20 manat dövlət rüsumu alınaraq “Finca Azerbaijan” X1-Bank kredit təşkilatının xeyirinə ödənilməsi qət edilmişdir. Yardımlı rayon İcra və Probasiya şöbəsinin ## ######## 2023-cü il tarixli ******/****-**-* saylı məktubuna əsasən, Yardımlı rayon məhkəməsinin 2(038)-108/2013 ##.##.2013 tarixli sənədin icrası ilə əlaqədar, kreditin ödənilməsi onun iş yerinə “51X2 Yol İstismarı” MMC-ə əmək haqqından tutulması üçün yönəldilmişdir. ##.##.2026-cı il JV211-1 /*-*-***/**** saylı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “51X2 Yol İstismarı” MMC-nin məktubundan göründüyü kimi, 2024-cü il ###### ##25-ci il dekabr dövründə 1578 manat onun əmək haqqından tutularaq “Finca Azeribaijan” Məhdud Məsuliyyətli QBKT hesabına ödənilmişdir. Cavabdeh Cavabdeh onun xeyirinə ödədiyi pulların qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ona görə də məcbur olub, məhkəmədə pulun alınmasına dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. ## #### 2026-cı il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Cavabdeh qeydiyyatda olduğu Yardımlı şəhəri, S.İsmayılov küçəsi ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Yardımlı RİHB-nın Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Yardımlı Rayon Məhkəməsinin ## ##### 2013-cü il tarixli, *(***)-***/**** saylı məhkəmə əmrindən görünür ki, borclular Yardımlı şəhəri S.İsmayılov küçəsi ev 22 ünvanında yaşayan Cavabdeh və Yardımlı şəhəri S.İsmayılov küçəsi ev 17 ünvanında yaşayan İddiaçı ## ###### 2011-ci il tarixli, ************** №-li kredit müqaviləsi üzrə yaranmış 711 ABŞ dolları əsas borc, 41 ABŞ dolları 20 sent faiz borcu, 524 ABŞ dolları 77 sent cərimə, cəmi 1276 ABŞ dolları 97 sent məbləğində pul, həmin məbləğin məhkəmə əmrinin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə və 20 manat dövlət rüsumu alınaraq “Finca Azerbaijan” X1-Bank kredit təşkilatının xeyrinə ödənilməsi əmr edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “** №-li Yol İstismarı” MMC-nin ##.##.2026-cı il tarixli, **-*/*-*-***/**** nömrəli məktubundan görünür ki, borclu MMC-nin fəhləsi İddiaçı əmək haqqından yanvar 2024-cü il - dekabr 2025-ci il dövründə 1578 manat tutularaq “Finca Azerbaijan” MM QBKT-nin hesabına və 5 manat məbləğində icra ödənişi tutularaq Yardımlı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 6 manat dövlət rüsumu ödəmişdir. ##.##.2026-cı il tarixli, **** nömrəli qəbzdən görünür ki, iddiaçı İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 472.1-472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 1578 manat və məhkəmədə iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(5-165)-113/2026
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-165)-113/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver