Məhkəmə qərarları › İş №2(5-166)-215/2026

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-166)-215/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(5-166)-215/2026 12.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X1 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 12 mart 2026-cı il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 37.40 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda oğlu Allahverdi Hüseynovu işə düzəltməkdə köməklik edəcəyini vəd edərək iddiaçıdan 7390 manat məbləğində pul almışdır. vədinə əməl etmədiyinə və onu aldatdığına görə Cavabdeh barəsində etdiyi şikayət əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılmış, 21 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ondan aldığı pulun 5650 manat hissəsini qaytarmış, qalan 1740 manat pulu 2023-cü ilin oktyabr ayının 5-nə kimi iddiaçıya ödəyəcəyinə söz versə də ödəməmişdir. Dəfələrlə tələb etdiyinə baxmayaraq heç bir nəticə olmamışdır. İddiaçı işləmir, maddi vəziyyəti çətindir. Ona görə də pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etdiyini, tələb olunan pulun 2026-cı ilin iyun ayının sonunda tam şəkildə ödəyəcəyini qeyd etdi və buna dair müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq olunan xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Yevlax Rayon Məhkəməsinin hesabına 37.40 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq olunan 21 oktyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Yevlax rayonunun Yədili kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 2023-cü ilin fevral ayında Cavabdeh işə düzəltmək adı ilə ondan 7390 (yeddi min üç yüz doxsan) manat pul aldığını, lakin indiyənədək vədinə əməl etmədiyini, etibarından sui-istifadə edərək və aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin qərarın nəticə hissəsində toplanmış HK-1/2161 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi və inzibati iş üzrə icraatın açılmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda oğlu Allahverdi Hüseynovu işə düzəltməkdə köməklik edəcəyini vəd edərək iddiaçıdan 7390 manat məbləğində pul almışdır. Lakin cavabdeh öz öhdəliyinə əməl etməmişdir. Həmin puldan 5650 manat iddiaçıya qaytarmış, qalıq 1740 manat pulu isə qaytarmamışdır. Nəticədə, cavabdehin İddiaçı 1740 manat borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1740 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 396-cı maddəsinə əsasən, öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyrimüqavilə öhdəliklərinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1740 manat və dövlət rüsumu olaraq ödədiyi 37.40 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar