Məhkəmə qərarları › İş №2(5-166)-73/2026

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-166)-73/2026

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(5-166)-73/2026 25.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X6 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair işə 25 fevral 2026-cı il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 (yedd min) manat və ödədiyi dövlət rüsumu müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılaraq ona məxsus 7000 (yedd min) manat pul vəsaitinin ələ keçirilməsi nəticəsində maddi ziyana uğramışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)-201/2022 saylı qərarında təsdiq edildiyi kimi, cavabdehlər əvvəlcədən əlbir olub, onun etimadından sui-istifadə etmiş, guya oğlunu xarici gəmiçilik şirkətində işə düzəldəcəklərini vəd edərək, müxtəlif bəhanələrlə ondan ümumilikdə 7000 manat pul almış, lakin nə vəd edikləri işi yerinə yetirmiş, nə də pulu geri qaytarmışlar. Bu əməllərinə görə Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü ilə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər, daha sonra bu hökm Şəki Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin cinayət işində o, zərərçəkmiş şəxs kimi tanınmış və ondan aldadıcılıq yolu ilə alınmış məbləğin 7000 manat olduğu məhkəmə aktlarında açıq şəkildə göstərilmişdir. Bu günə qədər cavabdehlər tərəfindən ona dəymiş maddi ziyan ödənməmişdir. Buna görə də cavabdehlərin ona qarşı dələduzluq etdikləri, onun zərərçəkmiş şəxs olmağı və 7000 manat ziyanın məbləği artıq cinayət hökmü ilə təsbit olunmuş faktlar kimi bu iş üzrə yenidən ehtiyac duyulmur. İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilmiş, lakin bildirişlər ünvana çatmadığı üçün məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər cavabdehə məlumat verilməsi üçün yaşayış yeri üzrə nümayəndəliyə göndərilmiş, Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2026-cı il tarixli 5-9-2/2-14/2026 nömrəli məktubuna əsasən məhkəmə bildirişlərini cavabdehə çatdırmaq mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147.1-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2026-cı il tarixli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 91 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(107)-201/2022 nömrəli qərarın təsviri və əsaslandırıcı hissəsindən görünür ki, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(063)-29/2021 nömrəli hökmünə əsasən Cavabdeh2 tanışı Cavabdeh1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə Ucar rayonu Məlikballı kənd sakini İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun oğlu X1 gəmiçilikdə işə düzəldəcəyini vəd edib inandıraraq 29 noyabr 2019-cu il tarixdə İddiaçı məxsus Ucar rayonu Məlikballı kəndində yerləşən evində 7000 (yeddi min) manat pulu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin 29 mart 2021 -ci il tarixli 1 (024)-06/2021 nömrəli hökmü ilə Cavabdeh2 qəti olaraq təyin edilmiş 1 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Cavabdeh2 qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 16 dekabr 2021-ci il tarixdən hesab edilməsi, digər cinayət işi üzə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması,Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtan hesablanması, Cavabdeh1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Cavabdeh1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 üzərinə qoyulmuş vəzifələrinin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı tərəfindən təqdim edilmiş danışıqların qeydə alınması barədə mikrokartın cinayət işinin materiallarında saxlanılması, ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxs Cavabdeh2 qöstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 360 (üç yüz altmış) manat, ibtidai istintaqda təqsirləndirilən şəxs Cavabdeh1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 60 (altmış) manat məbləğində pulun ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(107)-201/2022 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh1 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-29/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar elan olduğu andan qanuni qüvvəyə minmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(102)-993/2023 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh1 dələduzluq edərək İddiaçı 5700 manat pulunu mənimsəmişdir. İddiaçı dəymiş ziyan ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 manat pul, eyni zamanda ödənilmiş 91 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 manat məbləğində pul, dövlət rüsumu olaraq ödənilmiş 91 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar