Məhkəmə qərarları › İş №2(5-88)-14/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-14/2026

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-14/2026 08.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün X2 hər ay 246.00 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdırıb belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələbinə əsasən xitam verilməlidir.

3. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

4. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki tərəflər arasında mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, daha sonra isə iddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir.

5. Məhkəmə qeyd edir ki, hazırki halda tərəflər arasında aliment ödənilməsi ilə bağlı münasiətlər məhkəmə qərarı əsasında deyil, mediasiya barışıq sazişi ilə təsdiq edildiyindən, məhkəmənin barışıq sazişi ilə təsdiq edilmiş alimenti arıtırılmasına baxmaq səlahiyyəti yoxdur.

6. Hazırki halda, məhkəmə hesab edir ki, iddiaçı alimentin arıtılması tələbi ilə deyil, aliment alınması tələbi ilə bağlı mediasiya və məhkəməyə müraciət etmək hüququna malikdir.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçıya aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar