Məhkəmə qərarları › İş №2(5-93)-387/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-387/2026

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-387/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimli Toğrul Salman oğlu, İddiaçı Nümayəndə Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Nümayəndə Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qismində qeyd edilmiş Nümayəndə iddia ərizəsində bildirmişdir ki, Binəqədi rayonu, X6 küçəsi 3/33 ünvanında yerləşən 47 saylı mənzil X2 məxsus olmuş, həmin şəxs tərəfindən ona verilmiş notarial etibarnamə əsasında həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Nümayəndə Cavabdeh mənzilə dəymiş maddi zərərə görə 827.10 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, ekspert rəyinin “Caspian Valuation” şirkətinə ödənilmiş 200 manat məbləğin cavabdehdən tutulması və məhkəmə xərclərinin cavabdehe aid edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, təxminən 4-5 ay əvvəldən etibarən Cavabdeh məxsus yuxarı mərtəbədə yerləşən mənzildən davamlı olaraq su szıması baş vermiş, bu hal nəticəsində aşağı mərtəbədə yerləşən mənzilə ciddi maddi zərər vurulmuş, tavan və divarlar islanmış, mənzildə normal yaşayış şəraiti pozulmuş, cavabahə dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem aradan qaldırılmamışdır. Həmçinin qeyd olunan məsələ ilə bağlı mənzil sahibinin yaxın qohumu tərəfinədn bu məsələ ilə bağlı şirkət dəvət edərək yoxlanış aparılmış və həqiqətən ona məxsus olan mənzildən su sızması müəyyən edilmişdir. Məsələ ilə bağlı “Caspian Valuation” qiymətləndirmə şirkətinə müraciət edilmiş, şirkətin təqdim etdiyi ekspert rəyinə əsasən, mənzilə dəymiş maddi zərər 827.10 (səkkiz yüz iyirmi yeddi manat on qəpik) məbləğində qiymətləndirilmiş və əlavə ekpert rəyinin hazırlanması üçün xx.xx.2026-cı il tarixli, 247316 nömrəli qəbz əsasında 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində Nümayəndə göstərilmiş və iddia ərizəsi onun tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X3 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ərizədə göstərilən ziyan dəymiş mənzil X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Halbuki, iddia ərizəsinə X4 tərəfindən Nümayəndə verilmiş notarial etibarnamənin surəti əlavə edilmiş, onun yaxın qohumu olması barədə sənəd və ya sonuncunun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olması barədə sənəd və ya order əlavə edilməmişdir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 69, 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Nümayəndə Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbz №**********) iddiaçıya geri qaytarılsın. İddiaçıya iddia ərizəsini özü imzalamaqla və ya ərizəyə nümayəndənin onun yaxın qohumu və ya vəkili olması barədə zəruri sənədləri əlavə etməklə təkrarən məhkəməyə müraciət edə biləcəyi izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar