Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-728/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyası barədə ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı alimentin minimum əmək haqqına indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə baxılmasından imtina edilməlidir.
4. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməlidir, belə ki, qanunvericiliyin tələbinə əsasən aidiyyat qaydalarının pozulması yolverilməzdir.
5. Hazırki iş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək sabit pul məbləğində tutulan aliment indeksləşdirilməsi haqqına ərizəsinin tam olaraq təmin edilməsini, Cavabdeh, onun himayəsində saxlanılmış övladı xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağının saxlanılması üçün 147 manat alimentin indeksləşdirilərək ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarını nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, aliment Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(002)-1340/2019 saylı qətnaməsinə əsasən tutulmuşdur. AR MPM-nin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Bu səbəbdən hazırki ərizə ilə tələbkar Qaradağ Rayon Məhkəməsinə müraciət etməlidir.(§2)
6. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
5. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tutulan alimentin indeksasiya edilməsi ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsi maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.
6. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi alimentin indeksasiyası ilə bağlı olduğunu nəzərə alaraq ərizənin iddia icraatı qaydasında baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyatı üzrə məhkəməyə icra icraat qaydasında müraciət etmək hüququ ərizəçiyə izah olunur.
7. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 152, 232, 263-264 və 269-cu maddələrinə əsasən məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı alimentin minimum əmək haqqına indeksasiya olunmasına dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı ərizə ilə bağlı ikinci dəfə aidiyyatı üzrə məhkəməyə icra icraat qaydasında müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova