Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-897/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı dəbbə və cərimə faizlərinin silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış gündəlik 0,6 faiz dəbbə pulunun qanunsuz və əsassız hesab edilməsi, hesablanmış dəbbə və cərimə faizlərinin silinməsi, borcun əsas kredit və qanunauyğun faizlər əsasında yenidən hesablanması, artıq hesablanmış məbləğin borcdan çıxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Məhkəmənin mövqeyi: Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə daxil olmuş daha əvvəlki iddia ərizəsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(5-94)-757/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı dəbbə və cərimə faizlərinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək eyni tələblər barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi icraata qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa mülki iş məhkəmənin icraatında olduğundan Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı dəbbə və cərimə faizlərinin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(5-94)-897/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-897/2026
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver