Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-592/2026 11.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh rəsmi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddiaçı tərəfindən mövcud iddia ərizəsi ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmayan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən məhkəməyə ərizə verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: 9848, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, tarix: xx.xx.2026-cı il, ödəniş: rüsum) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(5-96)-592/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-592/2026
11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver