Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-87/2026 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta şirkəti və "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta şirkəti və "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin iddia ərizəsinin forma və məzmun barədə tələblərinə riayət edilmədiyindən (MPM, maddə 152.1.1.), eləcə də müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən verildiyindən (MPM, maddə 152.1.5.) iddia ərizəsi geri qaytarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir .
4. İddiaçı öz iddia ərizəsində iki cavabdeh qeyd etmişdir: Cavabdeh2 Sığorta şirkəti və "xxxx" ASC.
5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin qeydiyyat yeri ilə bağlı verilmiş sorğudan görünür ki, cavabdeh "xxxx" ASC-nin qeydiyyatı ünvan 2-dur.
6. Cavabdeh2 Sığorta şirkətinin rəsmi mövcudluğu və ünvanı ilə bağlı İddiaçı tərəfindən heç bir məlumat iddia ərizəsində qeyd edilməmişdir. Məhkəmə tərəfindən də Cavabdeh2 Sığorta şirkətinin mövcudluğu ilə bağlı rəsmi məlumat aşkar edilməmişdir.
7. Məhkəmə həmçinin hazırkı iddia ərizəsinin MPM-in 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsi barədə aşağıdakıları qeyd edir.
8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olur ki, iddiaçının qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsidir.
9. İddia ərizəsindən məlum olur ki, iddiaçı onun bildirməsinə görə avtomobilinə yol qəzası nəticəsində (iddiaçı qəza tarixini xx.xx.2025-ci il kimi qeyd etmişdir) dəymiş ziyana görə sığorta şirkətindən ona dəymiş ziyanı tələb edir.
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
11. Hazırkı iddia ərizəsinin məzmunundan iddiaçı ilə sığorta şirkəti arasında hansı sığorta müqaviləsinin olması müəyyən edilməsə də, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi iddiaçı tərəfindən sığorta şirkətindən qəza nəticəsində avtomobilinə dəymiş zərərin tələb edilməsi ilə bağlıdır, bu isə iddiaçının şəxsi tələbatını ödəmək üçün sığorta şirkətinin xidmətindən istifadə edən şəxs, yəni istehlakçı kimi qəbul edilməsinə əsas vermir.
12. Belə olan halda, hazırkı iddia ərizəsi MPM-in 36.9-cu maddəsinin təsiri altına düşmür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
14. MPM-in 45.1-ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
15. Göründüyü kimi, iddiaçının maddi ziyanın ödənilməsi barədə iddia tələbini irəli sürdüyü cavabdeh "xxxx" ASC-nin rəsmi qeydiyyatı ünvan 2 ünvanıdır. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iddia ərizəsi üzrə qanunla başqa aidiyyət müəyyən edilmədiyindən, məlum olur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ərazi aidiyyəti qaydalarına riayət edilməmişdir.
16. MPM-in 149.2-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir:
17. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
18. Hazırkı iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbinin forma və məzmunu ilə bağlı MPM-in 149.2.3-cü maddəsinin tələblərinə, ümumiyyətlə, riayət edilməmişdir.
19. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut da əlavə edilməmişdir.
20. MPM-in 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
21. 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
22. MPM-in 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
23. MPM-in 152.1-ci maddəsinə görə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:
24. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;
25. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
26. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta şirkəti və "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin iddia ərizəsinin forma və məzmun barədə tələblərinə riayət edilmədiyindən (MPM, maddə 152.1.1.), eləcə də müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən verildiyindən (MPM, maddə 152.1.5.) iddia ərizəsi geri qaytarılmalıdır.
28. MPM-in 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
29. Odur ki, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmadığı izah edilir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta şirkəti və "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova