Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-67/2026 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Abbasova (Teymurova) Fəxrəndə Tahir qızının nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və maraqlı şəxs Sabunçu Rayon İcra Şöbəsinə qarşı qanunsuz hərəkətsizlik nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Abbasova (Teymurova) Fəxrəndə Tahir qızının nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və maraqlı şəxs Sabunçu Rayon İcra Şöbəsinə qarşı qanunsuz hərəkətsizlik nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-215/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin hərəkətsizliyi qanunsuz hecsab edildiyinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 4500 manat kredit+2500 manat faiz=7000 manat (kredit və faiz borcu), 2 uşağın müalicəsi və s. xərcləri =5000 manat, aliment borcuna görə 9800 manat, ümumilikdə: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ziyan əvəzi olaraq 16.800 (on altı min səkkiz yüz) manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İşdən görünür ki, Abbasova (Teymurova) Fəxrəndə Tahir qızı atası Nümayəndə notarial qaydada təsdiq edilmiş etibarnamə verməklə, onun adından ərizələr, şikayətlər göndərməyi, göndərilən sənədləri onun əvəzinə imzalamağı, iddia ərizəsini, şikayətlərin imzalanması, adından ərizə verməyi, imza etməyi və s. hərəkətlər etməyi etibar etməsinə baxmayaraq, hazırkı iddia ərizəsi etibarnamə verən şəxsin adından deyil, Nümayəndə adından verilmiş və cavabdehdən tutulmasını xahiş etdiyi pul məbləğlərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda hazırda irəli sürülən tələb üzrə iddiaçı qismində nümayəndənin özü deyil, Abbasova (Teymurova) Fəxrəndə Tahir qızı göstərilməklə, nümayəndə tərəfindən yalnız iddia ərizəsinin iddiaçının əvəzinə imzalamasına yol verilir. Bundan başqa nümayəndə öz adından iddia qaldırmaqla, özünün məcburi köçkün olmasına istinad edib, hazırkı iddia üzrə ödənilməli olan rüsum məbləğini ödəməkdən azad olunduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Lakin qeyd edildiyi kimi hazırda iddiaçı qismində Nümayəndə deyil, Abbasova (Teymurova) Fəxrəndə Tahir qızı çıxış etməli olduğundan, sonuncunun iddiası üzrə atasının məcburi köçkün statusuna malik olması əsası ilə rüsum ödəməkdən azad edilməsi yolverilməzdir. İşdə Abbasova (Teymurova) Fəxrəndə Tahir qızının məcburi köçkün statusuna malik olmasını təsdiq edən sənəd mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunun dərəcələri ayrı-ayrılıqda müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, əsl iddiaçı Abbasova (Teymurova) Fəxrəndə Tahir qızı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Abbasova (Teymurova) Fəxrəndə Tahir qızının etibarnamə əsasında nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Abbasova (Teymurova) Fəxrəndə Tahir qızının nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz hərəkətsizlik nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(5-98)-67/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-67/2026
08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver