Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-231/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X1 onun xeyrinə maddi ziyana görə 2880 (iki min səkkiz yüz səksən) manat və tərəfindən ödənilmiş 48.8 (qırx səkkiz tam onda səkkiz) manat dövlət rüsumunun, cəmi 2928.8 (iki min doqquz yüz iyirmi səkkiz tam onda səkkiz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “Changan Qiyuan A06 Plig-in-Hibrid» minik markalı 77YG054 dövlət qeydiyyat nişanlı avtomaşınımla xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev adına Mərkəzin yaxınlığında dayandığı zaman Cavabdeh idarə etdiyi «Chery Tiggo» minik markalı 77AE798 dövlət qeydiyyat nişanlı avtomaşını ilə idarə etdiyi avtomaşının arxa hissəsindən vuraraq avtomaşınına xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu barədə Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən xx.xx.2025-ci il il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokola əsasən hazırda cavabdeh olan Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra idarə etdiyi həmin avtomaşını təmir etdirmək üçün ustaya təhvil vermişdir. Hal-hazırda avtomaşının təmiri başa çatmışdır, lakin təmir müddətində təxminən 36 gün (xx.xx.2025-ei ildən xx.xx.2025-ci ilədək) müddətində avtomaşını idarə edə bilmədiyindən qazancından qalmışdır. Nəticədə cavabdehin təqsiri üzündən xeyli miqdarda maddi (hər gün təxminən 80-100 manat) ziyana düşmüşdür. Eyni zamanda da “Lizinq Müqaviləsi”nə əsasən aldığı avtomaşının hər ay 1203 manat kreditini və ailənin maddi ehtiyaclarını ödəyə bilməmişdir. Həmin vaxtdan (xx.xx.2025-ci ildən) avtomaşının təmiri başa çatanadək işləmədiyi 36 gün müddətində cavabdeh tərəfindən ona 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan dəymiş olacaqdır. Belə hesab edir ki, idarə etdiyi avtomaşının cavabdehin təqsiri üzündən işləməməsi nəticəsində ona 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan dəydiyinə görə həmin maddi ziyan onun tərəfindən ödənilməlidir. Eyni zamanda da ödədiyi 48,8 (qırx səkkiz tam onda səkkiz) manat dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :
1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
6. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
9. İşin faktiki hallarından görünür ki, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclasına iddiaçı və cavabdehin vəkil və nümayəndəsi gəlmişlər, lakin iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmə hazırlıq iclası təxirə salınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixinə təxirə salınmış, məhkəmə tərəfindən növbəti məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi təqdim edilmiş, həmçinin sms bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 50 (əlli manat) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi: **********, tarix: xx.xx.2026, saat: 14:47) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli manat ) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi: **********, tarix: xx.xx.2026, saat: 14:47) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva