Məhkəmə qərarları › İş №e-2(001)-1002/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1002/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1002/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2848,88 manat əsas borc, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq X7 ilə 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 avqust 2024-dək X1 banka 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2848,88 manat əsas borc, 2544,06 manat faiz borcu, 202,98 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024cü il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6784,12 manat borcu vardır. X1 banka 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 202,98 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 101,49 manat məbləğində tələb olunur. X3 xx.xx.2015ci il tarixində vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, 1995 № li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 1 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş X3 barədə xx.xx.2016-cı il tarixli, 2V-27 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş - X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 miras əmlakdan bərabər hissələrdə irs almışdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu İri Sığorta edənlərlə İş Üzrə Departamentinin xx.xx.2016-cı il tarixli, 99/02/03-537 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Beynəlxalq Bankın Sabunçu filialındakı bank hesabında olan 2500.0 manat məbləğində müavinətdən ibarətdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, “Yelo Bank" ASC ona və anası Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia qaldırmışdır. Bildirir ki, Bankın vərəsəlik haqqında şəhadətnaməni vəkil sorğusu əsasında Abşeron rayon 1 saylı notariusundan xx.xx.2024-cü il tarixdə almasına istinadı həqiqəti əks etdirmir. Belə ki, həmin cavabdan görünür ki, sorğuya cavab kimi yalnız vərəsəlik şəhadətnaməsi təqdim edilmişdir, halbuki iş materiallarına Bank tərəfindən atası X1 ölüm haqqında şəhadətnaməsi də əlavə edilmişdir, lakin bu sübutun alınma mənbəyi göstərilməmişdir. Üstəlik ödəniş cədvəlindən görünür ki, atası F.Kərimov xx.xx.2015-ci ildə vəfat etməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixə kimi ödənişlər aparılmışdır. Qeyd edir ki, atası F.Kərimovun ölüm haqqında şəhadətnaməsi və vərəsəlik şəhadətnaməsinin surəti onun tərəfindən banka 2016-cı ildə təqdim edilmiş və ödənişlər aparılmışdır. Lakin sonradan ödənişlərin edilməsinə baxmayaraq, Bank atasının ölüm haqqında şəhadətnaməsi əlində ola-ola bilərəkdən atasına və zamin X4 qarşı borcun tutulması tələbinə dair xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 600/2021 saylı qətnaməsi ilə iddia cavabdeh X5 qarşı hissədə təmin edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-600/2021 saylı qərardadı ilə 'Yelo Bank" ASC-nin iddia ərizəsi X2 münasibətdə baxılmamış saxlanılmış, onun atasının hüquqi varisi kimi işə cəlb edilməsi barədə ərizə geri qaytarılmış, Banka bu barədə cavabdeh X1 varislərinə qarşı ayrıca iddia qaldırmaq hüququ izah edilmişdir. Göründüyü kimi, həm onun tərəfindən müvafiq sənədlərin 2016-cı ildə banka verilməsindən, həm də təqdim edilmiş sənədlərə baxmayaraq, bankın Abşeron Rayon Məhkəməsində iddia qaldırması zamanı onun və anasının X1 vərəsələri olmaları barədə məlumat iddiaçıya məlum olmuş, lakin bütün bu illər ərzində bank hərəkətsiz qalmış, bununla da hazırda ona və anası Cavabdeh2 qarşı iddia qaldırmaq hüququnu itirmişdir. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-ekspertizasının rəyi ilə tamamilə razı deyil, ekspert hər hansı elmi sənədə və metoda istinad etmədən, rəyi əsaslandırmadan, cədvəldə müəyyən infomasiyaları yazmaqla yekunda absurd nəticəyə gəlmişdir. Göstərilənləri əsas tutaraq, iddia müddətinin tətbiq edilərək, hazırki iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" İKB ASC (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli saylı kredit müqaviləsindən görünür ki, bank sonuncuya 10000 manat məbləğində 36 ay müddətə illik 30 faiz dərəcəsi ilə kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 2848,88 manat əsas, 2544,06 manat faiz, 202,98 manat cərimə borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1188,2 manat, cəmi 6784,12 manat məbləğində borcu yaranmışdır. AZ-İ seriyalı 777087 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2, oğlu Cavabdeh1dur və onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondur İri Sığortaedənlərlə İş Üzrə Departamentinin xx.xx.2016-cı il tarixli 99/02/03-537 saylı məktubuna əsasən Azərbaycan Respublikası Beynəlxalq Bankın Sabuçu filialındakı ********************2 hesab nömrəsində olan 2500 manat məbləğində müavinətdən ibarətdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 cə Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə X1 borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda barəsində məhkəməyə veriləcəyi barədə xəbardar edilmişdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 11-2-1-0-79-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh X1 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə: - əsas borc üzrə - 6692,41 manat; - faiz borcu üzrə - 3180,42 manat. xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla: - əsas borc üzrə - 2947,59 manat; - faiz borcu üzrə - 3180,42 manat; - faiz borcu 5% ilə - 1214,67 manat. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-600/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X3 və X5 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi X2 münasibətdə baxılmamış saxlanılmış, Cavabdeh1 adlı şəxsi etibarnamə ilə təmsil edən vəkil-nümayəndə X6 cavabdeh X1 ölməsi ilə əlaqədar onun oğlu Cavabdeh1 hüquq varisi kimi işə cəlb edilməsi barədə ərizəsi geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-600/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdeh X5 qarşı kredit borcunun tutulması barədə iddia tələbi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 86,83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından müəyyən edilir ki, bankla X3 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada kredit müqavilələri bağlanılmış, bank müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirsə də, X3 müqavilələrin şərtlərinə əməl etməmişdir. Həmçinin müəyyən edildi ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh1dur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 101,49 manat məbləğində cərimənin ödənilməsini tələb edir. İddia müddətinə gəlincə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-Z-1-0-79-15 nömrəli kredit müqaviləsi üzrə 2848,88 manat əsas, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-Z-1-0-79-15 nömrəli kredit müqaviləsi üzrə 2848,88 manat əsas, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar