Məhkəmə qərarları › İş №e-2(001)-1024/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1024/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1024/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 380 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 380 manat tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsinə əsasən sonuncuya kombi alınması üçün 18 ay müddətinə illik 25%-lə 1170 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 380,54 manat cərimə borcu mövcuddur. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə borc haqqında məlumat verilmiş və qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Ona görə də Cavabdeh cəriməyə görə 380,54 manat borcun, kredit müqaviləsinin surətinin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 6 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, bank borcalana kombi alınması üçün 18 ay müddətinə qaytarmaq, illik 25 % ödəmək şərti ilə 1170 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə 18 ay ərzində hər ay bərabər hissələrdə geri qaytarılır. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1170 manat, faiz borcuna görə 245,06 manat olmaqla cəmi 1415,06 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-xx.xx.2021-ci il tarix aralığı nəzərə alındıqda LPO İddiaçı ASC-yə borcu qalmamışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 380,54 manat cərimə borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2016-cı il tarixli xəbərdarlığından müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsinə əsasən, borcalan xx.xx.2015-ci il tarixədək aldığı borcu qaytarmağı öhdəsinə götürmüş, iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışa əsasən Cavabdeh LPO İddiaçı ASC-yə borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, müqavilə öhdəliklərini icra edən cavabdehdən cərimə borcuna görə 380 manat tələb edən iddiaçı xx.xx.2015-ci il tarixdə müddəti bitən müqaviləyə əsasən 5 ildən sonra hansı əsaslarla cərimə hesablamaqla cavabdehdən tələb etməsini sübuta yetirə bilmədiyindən iddia tələbi əsassızdır təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məhkəmə xərcləri onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 3611NF saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 380 manat, məhkəmə xərclərinə görə 36 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar