Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1031/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 6254,53 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat və 33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 435 saylı əmrlə “administrator” vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-cü il tarixli 536 saylıəmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin - OBA mağazasında çalışdığı zaman, xx.xx.2021-ci ilvə xx.xx.2022-ci tarixlərində aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4247 manat 16 qəpik və 3835 manat 68 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləğlər özəksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6254 manat 53 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-7276/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi dair iş üzrə icraat iddia icraatına keçirilmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək cavabdehin icraatla əlaqədar məlumatlı olmasını nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini və qiyabi qətnamə ilə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə cavabdehə təqdim edilmişdir. Lakin qətnamədən narazı qalan cavabdeh etiraz məzmunlu ərizə verərək icraatın təzələnərək işə yenidən baxılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraat təzələnmiş, lakin cavabdeh məhkəmə iclası barəsində qanunla nəzərdə tutulmuş qaydada (sms bildiriş, mobil telefon vasitəsilə, sifarişli poçt) məlumatlanmasına baxmayaraq iclasda iştirak etməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. İddiaçının nümayəndəsi isə elektron qaydada ərizə ilə müraciət edərək iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2020-ci il tarixdə Cavabdeh ərizə ilə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək satıcı-kassir vəzifəsində işə düzəldilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli 551 saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi qərara alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq satıcı-nəzarətçi kassir vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC-nin idarə heyətinin sədrinin xx.xx.2022-ci il tarixli 70 №-li əmrinin surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh Şıxəli oğlundan tələb olunması qərara alınmış və "Təbii itki norması" satış dövriyyəsinin 0.49 % faizi müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 6254,53 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğunuz maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır, 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsi xahiş olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli 2659 №-li və xx.xx.2022-ci il tarixli 2064 №-li əmrin surətindən müəyyən olunur ki, inventarizasiya komissiyası “Oba-3 Mkr”-də növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupu yararatmışdır. İddiaçı MMC-nin İnventarizasiya komissiyasına İltizamnamənin surətindən müəyyən olunur ki, Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsinddə olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Yoxlama işçi qrupu tərəfindən öhdəsində olan yoxlanılmış mallardan, tərəfindən təkrar nəzarət qaydasında tam olaraq yoxlanıldı. Komissiya üzvlərinə və yoxlama işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazılığı və iradı olmadığını bildirmişdir. “İnventarizasiya Nəticələrinə” dair xx.xx.2021-ci ilvə xx.xx.2022-ci tarixlərində aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4247 manat 16 qəpik və 3835 manat 68 qəpik çatışmamazlıq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli imtina aktından müəyyən olunur ki, 14 iyul 2022 ci il tarixli, 116-li əmr ilə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-3MKR2 (275) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Şıxəli oğlunun iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Şıxəli oğlu inventarizasiyamn aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsa da iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 199-cu maddəsinin a) bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Əmək Məcəlləsinin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 215-ci maddəsinə əsasən qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinə xx.xx.2020-ci il tarixindən satıcı-nəzarətçi kassir vəzifəsində çalışmış, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh “Oba-3 Mkr” (275) mağazası üzrə maddi məsul şəxs olmuşdur. Cavabdehin iştirakı ilə inventarizasiya komissiyası yaradılmış, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə mağazada inventarizasiya keçirilmiş, xx.xx.2021-ci il tarixli inventarizasiyanın nəticələri ilə (xx.xx.2022) cavabdeh tanış olmuş, “nəticələr mənim iştirakım ilə keçirildi, çıxarılan nəticə ilə razıyam” qeydi ilə cavabdeh müvafiq aktı imzalamış, lakin digər nəticələri imzalamaqdan, əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmiş, bu hal komissiya üzvləri tərəfindən müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmçinin iddiaçı tərəfindən “təbii itki normaları haqqında” daxili əmrlə keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrdən “təbii itki norması” satış dövriyyəsinin 0,49 % kimi müəyyən olunaraq cıxılmış və ümumi zərər müəyyən edilmişdir. Həmçinin məhkəmə işəgötürən tərəfindən aşkarlanan pozuntuların, iddiaçının mediasiyaya müraciət etmə və məhkəmədə iddia qaldırma tarixlərini də diqətə alır, lakin iddia müddətinin tətbiq edilməsi məsələsini məhkəmənin təşəbbüsundən kənar olmasını və yalnız qanunla cavabdeh tərəfin ərizəsi əsasında tətbiqinin mümkünlüyünü də nəzərə alır. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki halları və əmək qanunvericiliyin müvafiq tələbini rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 6254,53 manat vurulmuş ziyanla bağlı tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq məhkəmə xərclərinin də cavabdehə aid edilməsini qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 6254,53 manat pul, 60 manat mediasiya xərci və ödənilmiş 33 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-1031/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1031/2025
30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver