Məhkəmə qərarları › İş №e-2(001)-1086/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1086/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1086/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********90nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 2070.11 AZN, faiz borcuna görə 23.23 AZN olmaqla, cəmi 2093.34 AZN borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 40.94 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1086/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin cavabdeh X4 qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və s. qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6rasında bağlanmış BPM**********90 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 22 faizlə 32 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ № 872728 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2022-ci il tarixində vəfat etdiyi müəyyən edilmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 242 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən X3 vəfatı ilə bağlı xx.xx.2023-cü il tarixində vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. “Elektron notariat” X2 çıxarışa əsasən Cavabdeh X3 vərəsəsi olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********90 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 2070.11 AZN, faiz borcuna görə 23.23 AZN olmaqla, cəmi 2093.34 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 40.94 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-38684/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tələb etdikləri faiz borcu şəxsin vəfat etdiyi tarixədək olan faiz borcudur. Mərhumdan miras əmlakı kimi avtomobil qalmışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. "xxxx" ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 32 ay müddətinə illik 22% ödəmək şərtilə 2500 manat məbləğində kredit verməyi borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 2070,11 manat əsas, 23,23 manat faiz borcu vardır.

9. Naxçıvan şəhəri 2 saylı Nikah evi tərəfindən verilən AZ-İ seriyalı, 872728 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində ölmüşdür.

10. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh, ölmüş X3 qanun üzrə vərəsəsi qismində tanınmış, şəhadətnamə verilən əmlak Naxçıvan DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD801437 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********7847, mühərrikin nömrəsi 4062D53003407 və buraxılış ili 2005-ci il olan Qaz 31105 120 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

11. "xxxx" ASC tərəfindən borclu X3 vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan 2090,34 manat əsas kredit borcunun 7 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

12. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 40,94 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 32 ay müddətinə illik 22% ödəmək şərtilə 2500 manat məbləğində kredit vermişdir.

14. X7 xx.xx.2022-ci il tarixində ölmüş, ölümündən sonra Naxçıvan şəhəri 3 saylı Notariat ofisində 4 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

15. “Elektron notariat” X1 çıxarışa görə Cavabdeh, ölmüş X3 qanun üzrə vərəsəsi qismində tanınmış, şəhadətnamə verilən əmlak Naxçıvan DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD801437 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********7847, mühərrikin nömrəsi 4062D53003407 və buraxılış ili 2005-ci il olan Qaz 31105 120 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

16. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə vəfat etmə tarixinə 2070,11 manat əsas, 23,23 manat faiz borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun mirası qəbul etmiş vərəsəsindən tutulmasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

19. 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

22. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

27. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

29. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

31. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

34. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

36. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X7 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalandan Qaz 31105 120 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini miras əmlak kimi qəbul etmişdir.

37. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qəbul etdiyi miras aktivi həcmində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən miras aktivinin həcmi miras passivindən az olmadığından iddia təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

42. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

44. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

45. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 2070,11 manat, faiz borcuna görə 23,23 manat olmaqla, ümumilikdə 2093,34 (iki min doxsan üç manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti, 40,94 manat məbləğində dövlət rüsumu, 0,4 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 2070,11 manat, faiz borcuna görə 23,23 manat olmaqla, ümumilikdə 2093,34 (iki min doxsan üç manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti, 40,94 (qırx manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar