Məhkəmə qərarları › İş №e-2(001)-1114/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1114/2024

26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1114/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Salam oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Salam oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərə görə Cavabdeh1 1.539.000 (bir milyon beş yüz otuz doqquz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Salam oğluna ödənilməsi, vurulmuş maddi zərərə görə Cavabdeh2 330.000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Salam oğluna ödənilməsi, iddia qaldırılması üçün ödənilmiş 1.724,50 (min yeddi yüz iyirmi dörd manat 50 qəpik) manat dövlət rüsumunun məhkəmə xərci kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara qarşı qaldırılmış iddia tələblərinin həcminə mütənasib surətdə tutulub İddiaçı Salam oğluna ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mamedov X15 Federasiyası vətəndaşdır, lakin daimi olaraq Estoniya Respublikasında yaşayır və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla yanaşı iddiaçı Azərbaycan Respublikasında da sahibkarlıq fəaliyyəti həyata keçirir. İddiaçı əvvəlcə Estoniya Respublikasından Azərbaycan Respublikasına dondurulmuş balıq və balıq hissələri ixrac etməyə başlayıb. Bundan sonra o, Estoniya Respublikasınadan yük avtomobilləri alaraq Azərbaycan Respublikasına göndərib və burada yüklərin daşınması işini təşkil edib. Həmin sahibkarlıq fəaliyyətlərini həyata keçirməklə yanaşı İddiaçı Azərbaycan Respublikasında daha bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - təmirsiz evlər/mənzillər alıb, onları təmir etdirib və onların satışını həyata keçirməyə başlayıb. İddiaçı Azərbaycan Respublikasındakı işlərini həyata keçirmək üçün bacısı oğlu - iş üzrə Cavabdeh1 özünə köməkçi götürüb, bu məqsədlə onu Azərbaycan Respublikasında yaratdığı hüquqi şəxslərin direktoru təyin edib, onunla əmək müqaviləsi bağlayıb və ona əmək haqqı ödəyib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əcnəbilərin Azərbaycan Respublikasında daşınmaz əmlak əldə etməsinə yol verilmədiyini, buna görə də iddiaçının Azərbaycan Respublikasında əldə etmək istədiyi daşınmaz əmlakların formal olaraq cavabdehlərin adına sənədləşdirilməsinin məqsədəuyğun olmasına və iddiaçının istədiyi vaxt həmin əmlakları ona qaytaracaqlarına inandıraraq iddiaçının Azərbaycan Respublikasında əldə etdiyi daşınmaz əmlakların özlərinin cavabdehlərin adına sənədləşdirilməsinə nail olublar. Bundan başqa Cavabdeh2 iddiaçıya Göranboy şəhərində əlverişi yerdə yerləşən və 25.000 ABŞ dollarına satılan yarımçıq tikilini almağı təklif edib. İddiaçı bununla razılaşaraq bacısı Cavabdeh2 adına formal olaraq sənədləşdirilməklə özü üçün ev almaq məqsədilə bacısı Cavabdeh2 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti verib. Cavabdeh2 həmin pula Goranboy şəhəri, Yeni Yaşayış massivi, 58-ci kvartal ünvanda yerləşən yarımçıq tikilini alıb. Bundan sonra iddiaçı köhnə şəriki X9 Goranboy şəhərində müvafiq tikilini aldığını bildirirək, balıq satışından əldə edilən və iddiaçının payına düşən vəsait hesabına həmin evin təmir olunmasını xahiş edib. X13 da onun xahişini yerinə yetirərək iddiaçının vəsaiti hesabına həmin evin inşasını başa çatdırıb və onu təmir etdirib. İddiaçı Estoniya Respublikasından iddia ərizəsində qeyd edilən nəqliyyat və yük-qoşqu vasitələrini alaraq Azərbaycan Respublikasına göndərib, onun adına hüquqi şəxs yaradılmasını xahiş edib və həmin nəqliyyat vasitələrinin və qoşqularının həmin hüquqi şəxsin adına sənədləşdirilməsini xahiş edib. Lakin Cavabdeh1 iddiaçını aldadaraq həmin nəqliyyat vasitələrini və qoşqularını şəxsi əmlakı kimi öz adına sənədləşdirib. İddiaçının bundan xəbər tutmaması üçün Cavabdeh1 özü ilə şirkət arasında nəqliyyat vasitələrinin və qoşqularının icarəyə verilməsi barədə müqavilə bağlayıb və yük avtomobilləri üçün yol vərəqələrini şirkətin adından verib. İddiaçının etibarından istifadə edən cavabdehlər onun vəsaiti hesabına alınmış daşınmaz əmlakları, yük avtomobillərini və yeni daşınmaz əmlak alınması üçün iddiaçının verdiyi pul vəsaitlərini əldə etdikdən sonra həmin əmlakları və pul vəsaitlərini iddiaçıya qaytarmaqdan imtina edərək ona maddi zərər vurublar. Hesab edir ki, maddi zərərin həcminin müəyyən edilməsi zamanı təkcə iddiaçının vəsaiti hesabına əldə olunmuş əmlakların ilkin dəyəri deyil, hazırkı bazar dəyəri nəzərə alınmalıdır. Belə ki, ötən müddət ərzində infilyasiya və digər sosial - iqtisadi amillərin təsiri altında həmin daşınmaz əmlakların real bazar dəyəri xeyli artıb və cavabdehlərin həmin əmlakları qaytarmaqdan imtina etməsi iddiaçının həmin əmlakların real bazar dəyəri həcmində əldən çıxmış faydadan məhrum edib. Bu hallar çoxsaylı yazılı sənədlər, cavabdehlərin səs yazıları, şahid ifadələri və s. ilə təsdiq olunur. Cavabdeh1 təklifi ilə iddiaçı Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün xx.xx.2018-ci ildə həmin cavabdehin təsisçi qismində iştirak etdiyi "xxxx" MMC-ni təsis edib. Cavabdeh iddiaçının Estoniya Respublikasından göndərdiyi balıq məhsullarını bu şirkətin adından qəbul edərək satışını həyata keçirir və əldə olunan pul vəsaitini məhz bu şirkətin adından bank köçürmələri yolu ilə iddiaçıya göndərirdi. xx.xx.2019-cu ildə iddiaçı Azərbaycan Respublikasında "xxxx" MMC-ni təsis edib. O, Cavabdeh1 həmin şirkətə direktor təyin edib. İddiaçının Azərbaycan Respublikasında öz vəsaitləri hesabına əldə etdiyi və cavabdehlərin tövsiyyəsi ilə onların adına sənədləşdirdiyi daşınar və daşınmaz əmlaklar aşağıdakılardan ibarətdir: Əmlakın H a z ı r k ı real S/s Daşınmaz əmlakın adı adına Alış qiyməti bazar dəyəri sənədləşdirildiyi Bakı şəhəri, Badamdar qəsəbəsi cavabdehin adı 168000 1 Abbasqulu Abbaszadə küçəsi, ev Cavabdeh1 292.000 manat manat 17 mənzil 25 Bakı ş., Mərdəkan qəsəbəsi, 1922 86000 2 Cavabdeh1 280.000 manat nömrəli fərdi yaşayış evi manat Bakı şəhəri, 7-ci MKR, ev 7C, 150.000 3 Cavabdeh2 230.000 manat mənzil 113 manat Goranboy şəhəri, Yeni Yaşayış 85.000 4 Cavabdeh2 100.000 manat massivi, 58-ci kvartal, sənədsiz ev manat Yük avtomobilləri və qoşquları: Ə m l a k ı n adına H a z ı r k ı real S/s Nəqliyyat vasitəsinin adı sənədləşdirildiyi Alış qiyməti bazar dəyəri cavabdehin adı “Volvo FH yük” markalı 99-NF- 690 35000 avro 1 dövlət qeydiyyat nişanlı yük Cavabdeh1 (həmin 80.000 manat avtomobili - 27 aprel 2018-ci il dövrün “Krone Yarımqoşqu” markalı 90- 25000 avro 2 ZC-690 dövlət qeydiyyat nişanlı Cavabdeh1 (həmin 60.000 manat nəqliyyat vasitəsini - 27 aprel dövrün 2018-ci il məzənnəsi “Krone SDR 27 yarımqoşqu” 19000 avro 3 markalı **-ZF-*** dövlət qeydiyyat Cavabdeh1 (həmin 60.000 manat nişanlı nəqliyyat vasitəsi - 14 dövrün noyabr 2019-cu il məzənnəsi “Krone SDR 27 yarımqoşqu” 22000 avro 4 markalı **-ZX-*** dövlət qeydiyyat Cavabdeh1 (həmin 54.000 manat nişanlı nəqliyyat vasitəsi - 19 may dövrün 2021-ci il məzənnəsi “Scania R420 yük” markalı 99- 27000 avro 5 DP-906 dövlət qeydiyyat nişanlı Cavabdeh1 (həmin 74.000 manat yük avtomobili - 19 may 2021-ci il dövrün məzənnəsi “Krone SDR 27 yarımqoşqu” 30000 avro 6 markalı **-ZX-*** dövlət qeydiyyat Cavabdeh1 (həmin 70.000 manat nişanlı nəqliyyat vasitəsi - 16 iyun dövrün 2021-ci il məzənnəsi “Volvo FH yük” markalı 99-NC- 50000 avro 7 490 dövlət qeydiyyat nişanlı yük Cavabdeh1 (həmin 110.000 manat avtomobili - 16 iyun 2021-ci il dövrün “X34 1841 yük” markalı **-BH-*** 27000 avro 8 dövlət qeydiyyat nişanlı avtomobil - Cavabdeh1 (həmin 70.000 manat 18 avqust 2021-ci il dövrün məzənnəsi Volkswagen Jetta markalı, 90- HT- 12.000 9 905 dövlət qeydiyyat nişanlı Cavabdeh1 15.000 manat manat avtomobil Cavabdeh1 idarə etdiyi pul vəsaitlərinin və əmlakların faktiki sahibinin Faxrat Mamedov olmasını etiraf etməsinə dair səs yazısı da sübut kimi məhkəməyə təqdim ediləcək. Belə ki, Fərhadın evlərini təmir edən şəxs X26 iddiaçıya zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusufov küçəsindəki binada münasib qiymətə mənzil satıldığını və həmin binanın yüksək vəzifəli şəxs tərəfindən inşa etdirildiyini deyib. Faxrat Mamedov həmin binanın həqiqətən qeyd edilən vəzifəli şəxsin şirkəti tərəfindən inşa etdirilib - etdirilmədiyini yoxlamaq və hər hansı problem olub-olmadığını müəyyən etməklə bağlı araşdırma aparmağı Cavabdeh1, o isə öz növbəsində Vəkil1 xahiş etmişdir. Vəkil1 araşdırma nəticəsində həmin binanın qeyd edilən vəzifəli şəxsə heç bir aidiyyəti olmadığını müəyyən edir və Cavabdeh1 bu barədə Whatsapp proqramı vasitəsilə məlumat verir. Cavabdeh1 də Whatsapp proqramı vasitəsilə bu məlumata görə Vəkil1 öz minnətdarlığını bildirir və idarə etdiyi bütün pul vəsaitlərinin və əmlakların dayışı İddiaçı aid olduğunu bildirir. Bundan başqa Cavabdeh1 iddiaçının növbəti təmirsiz mənzili alıb, təmir etdirdikdən sonra satmaq istədiyini bildikdə ona Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Azinko” şirkəti tərəfindən inşa edilmiş yeni tikili binada sahəsi 165 kvadrat metr olan mənzili və həmin binanın zirzəmisində yerləşən 3 ədəd avtomobil dayanacağını-qarajı alacağını bildirərək 2021-ci ilin sonlarında iddiaçının dostu və iş üzrə şahid Vəkil1 Xeybər oğlundan Bakı şəhərində yerləşən “Elit” ticarət mərkəzinin qarşısında iddiaçının verdiyi 220.000 ABŞ dollar məbləğində pulu digər şahid Vilayət Abdullayevin yanında alıb. Lakin həmin pulu aldıqdan sonra Cavabdeh1 nə qeyd etdiyi mənzili və qarajları alıb, nə də həmin pul vəsaitini qaytarıb. Bununla o, iddiaçıya əlavə olaraq 220.000 ABŞ dolları həcmində maddi zərər vurub. Cavabdeh1 yuxarıda qeyd edilən hərəkətləri ilə iddiaçıya 1.165.000 (bir milyon yüz altmış beş min) manat və 220.000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğində maddi zərər vurub. xx.xx.2023-cü il tarixə Mərkəzi Bankın ABŞ dollarının manata olan məzənnəsinə əsasən 1 ABŞ dolları - 1,70 manatdır. Həmin məzənnə ilə 220.000 ABŞ dolları 374.000 manata bərabərdir. Beləliklə, Cavabdeh1 iddiaçıya vurduğu maddi zərər cəmi 1.539.000 (1.165.000 + 374.000) manat təşkil edir. Digər Cavabdeh2 iddiaçıya 330.000 (üç yüz otuz min) manat maddi zərər vurub. İddiaçının hər iki cavabdehə qarşı zərər vurulması ilə bağlı maddi tələbinin ümumi məbləği - 1.869.000 (1.539.000 + 330.000) manatdır. “Dövlət rüsumu” haqqında qanuna əsasən həmin məbləğdə iddia tələbi üçün 1.724,50 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Salam oğlu iddia tələbini müdafiə edərək, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərə görə Cavabdeh1 1.539.000 (bir milyon beş yüz otuz doqquz min) manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi, vurulmuş maddi zərərə görə Cavabdeh2 330.000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 1.724,50 (min yeddi yüz iyirmi dörd manat 50 qəpik) manat dövlət rüsumunun məhkəmə xərci kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara qarşı qaldırılmış iddia tələblərinin həcminə mütənasib surətdə tutulub ona ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib göstərmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, lakin Estonyada yaşayır. Cavabdehlər bacısı və bacısı oğludur. İddiaçı Estoniyadan yük maşınları göndərirdi və onlar Azərbaycanda cavabdehlərin adına rəsmiləşdirilirdi. Cinayət işi başlanmış, həmin materiallarda cavabdehlərin izahatları var. Borclarını etiraf edirlər, lakin əmlakları qaytarmaqdan imtina edirlər. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, 2020-ci ildən sonra iddiaçı Cavabdeh1 ilə prinsipə düşmüş və bu söz söhbətlər başlamışdır. Cavabdeh “One Style” şirkətin təsisçisi və direktoru olmuş və həmin əmlakları almağa onun öz imkanı vardır. Digər cavabdeh isə Cəfərzadənin anası, iddiaçının bacısıdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barıədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddinın heç bir hüquqi əsası yoxdur. Əmlaklar cavababdehlərə məxsusdur. O, həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbinə əsasən Cavabdeh1 iddiaçıya 1.539.000 manat, Cavabdeh2 isə 330.000 manat maddi ziyan vurmuşdur. Bu onunla əsaslandırılır ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 25, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1922 nömrəli fərdi yaşayış evi, "Volvo FH yük" markalı, 99-NF690 dövlət qeydiyyat nişanlı yük avtomobili, "Krone Yarımqoşqu" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "Scania R420 yük" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "Volvo FH yük" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, "X34 1841 yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, Volkswagen Jetta markalı, 90- HT-905 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən Cavabdeh1 alınmış, ünvan 1 ünvanında yerləşən 113 saylı mənzil və Goranboy şəhəri, Yeni Yaşayış massivi, 58-ci kvartalda yerləşən sənədsiz ev isə Cavabdeh2 adına alınmış, bununla da həmin əmlakların iddiaçı tərəfindən müəyyənləşdirilmiş dəyərləri iddiaçıya qaytarılmadığından ona maddi ziyan vurulmuşdur. Bundan əlavə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Azinko" şirkəti tərəfindən inşa edilmiş yeni tikili binada mənzil və 3 ədəd qaraj alması adı ilə Faxrat Mamedova məxsus həmin dövrün məzənnəsi ilə 374000 manat təşkil edən 220000 ABŞ dollar pulu alıb ona maddi ziyan vurmuşdur. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 1096-ci (mülki hüquq pozuntuları (delikt)) maddələrinə istinad edilmişdir. Tələblə bağlı qeyd edilməlidir ki, Cavabdeh1 bacısı ilə birgə "xxxx" MMC-ni təsis etmişdir. O, bu şirkəti təsis etdikdən bir il sonra iddiaçı "xxxx"MMC-ni təsis etmişdir. Hər iki şirkəti Şamil idarə etmiş, birgə bizneslərini bu iki şirkətdən həyata keçirmişlər. Əldə etdikləri gəlirləri müəyyən müddətlərdən sonra bölüşdürmüşlər. Belə ki, iddiaçı əldə etdiyi gəlirlər hesabına Azərbaycan Respublikası ərazisində kifayət qədər əmlak almışdır. Gəlirlərin böyük hissəsini isə Pribaltikada yerləşən şirkətinin hesabına köçürmüşdür. Cavabdeh1 isə həmin biznesdən əldə edilmiş gəlir hesabına özünə mənzil və nəqliyyat vasitələri almışdır. Şamil tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 25, xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1922 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə, "Volvo FH yük" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2018-ci il tarixdə, "Krone Yarımqoşqu" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə, Volkswagen “Jetta” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə, "Scania R420 yük" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdə, "Krone SDR 27 yarımqoşqu" markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-cil tarixdə, "Volvo FH yük" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdə, "X34 1841 yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alğı-satqı yolu ilə satın almışdır və hazırda da onun mülkiyyətindədir. Lakin həmin avtomobillər və evlər faktiki olaraq Cavabdeh1 (Volkswagen Jetta markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil istisna olmaqla) sahibliyində deyildir. ünvan 1 ünvanında yerləşən 113 saylı mənzil isə Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixdə alqı-satqı yolu ilə satın alınmış və hazırda da onun mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 80-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən qeyd edilən əmlakların onun tərəfindən alınmasını, onun mülkiyyətində olmasını və ya ona qaytarılmalı olmasını təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə edilməmiş, yalnız şahid ifadələri ilə həmin halların təsdiq ediləcəyi qeyd edilmişdir. Hesab edir ki, iddia tələbi heç bir halda əsaslı deyildir, yəni təmin edilə bilməz. Bununla belə məhkəmə iddianı əsaslı hesab edərsə, bu halda iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, baxmayaraq ki, iddiaçı iddia tələbinin hüquqi əsasını deliktlə əsaslandırmışdır, iddia ərizəsindən görünür ki, iddia tələbi faktiki olaraq əsassız varlanma qaydasında tələb etməyə istiqamətlənmişdir. Yəni, iddiaçı belə hesab edir ki, cavabdehlər onun hesabına əmlaklar əldə edərək ona maddi ziyan vurmuşlar, lakin fərz etsək ki, həmin "ziyan" həqiqətən vurulub, bu halda belə qeyd edilən məbləğ yaxşı halda əsassız varlanma qaydasında tələb edilə bilər.Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda iddiaçının cavabdehlərə qarşı olan iddia tələbinin rədd edilməsi əsaslarından biri də iddia müddətinin ötürülməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4 və 373.5-ci maddələrinin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə xüsusi iddia müddətlərinə də şamil edilir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarma hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməs' ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi uçun riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xususı ilə huquqı müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericilik "müddət" anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" iddia tələbinin əsassız olması ilə yanaşı, həmçinin iddia müddətinin ötürülməsi nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəkil1 Xeybər oğlu ifadəsində göstərmişdir ki, o, İddiaçıla şərikdir. 2018-ci ildə şirkət quraraq balıq satışı ilə məşğuldurlar. Avropadan gətirib Azərbaycanda və Rusiyada satışını təşkil edirik. Cavabdeh1 onların işçisi olub, ona tapşırıqlar verilib, o da öz növəbsində icra edib. Şamil Fakhratın bacısı oğludur, gətirdi şirkətə dedi kasıb ailənin oğludur, onlarla işləsin. O, həmçinin bildirmişdir ki, İddiaçı Cavabdeh1 ilə aralarında heç bir şəriklik olmamış, o, işçi olmuş və əvvəllər 500 manat, sonradan isə 1000 manat əmək haqqı ilə təmin edilmişdir. Fakhrat birgə bizneslərində əlavə özünə maşınlar alırdı, həmin maşınların satışından Şamilə faiz verirdi. Şamilin aylıq qazancı 2000-3000 manata yaxın olurdu. İddiaçı əmlaklarını o almış, Şamilə isə etibar etdiyinə görə onun adına rəsmiləşdirilmişdir. Mərdəkanda bağ almış, ümumi sahəsi 24-25 sot, onun12 sotu Fakhrata digər hissəsi isə ona aiddir. 220.000 ABŞ dollarını Şamilə şəxsən özü vermiş, ümumilikdə müxtəlif vaxtlarda Şamilə 1.000.000 manata yaxın pul vermişdir. Nərimanovda ev almaq məqsədi ilə Fakhrata məxsus 250.000 ABŞ dolları onda olub. Evi almalı idi, sonra məlum oldu ki, Şamil evi almayıb və buna görə aralarında mübahisələr yaranmağa başlamışdır. Şamil Fakhratla oturub hesabat aparmaqdan yayınmışdır. O, ifadısində həmçinin bildirmişdir ki, Cavabdeh1 "xxxx" şirkətin işçisi olmuş, lakin həmin şirkətin baş direktoru və təsisçisi Şamil olmuşdur. O, isə həmin şirkətin rəhbəri olmuşdur. Lakin ştatda adı “direktor” kimi qeyd olunmuşdur. 2022-ci ilin yanvar ayının 13də omu Şamil təsisçisinin qərarına əsasən direktor vəzifəsinə təyin edib. İmzanın kimə məxsus olmasından xəbəri olmamış, Şamil həbsdə olanda isə şirkət 2 il müddətinə fəaliyyətini dayandırmışdır. O, sənəd üzrə Şamilin işçisi olmuşdur. "xxxx" şirkəti İddiaçıdur, ora direktor Şamil təyin olunmuşdur. İfadəsində həmçinin göstərmişdir ki, "xxxx" MTK-dan mənzili Vilayətdən Fakhrat üçün o almışdır. Şamil ümumiyyətlə danışıq proseslərində iştirak etməyib. Sonuncu günü gəlib notariusa pulu o vermiş və Şamilin adına rəsmiləşdirmişdir. Sonradan güya Vilayət pulu tam ödəməməsinə görə "xxxx" MTK ilə mübahisə yaranmışdır. İddiaçı nə vaxtsa aldatmışlar ki, xarici vətəndaş olduğuna görə öz adına əmlak ala bilməz, ona görə də Şamilə etibar etdiyindən əmlaklar onun adına alınmışdır. "xxxx" şirkətin adından maşınlarla bağlı heç bir müqavilə yoxdur. O, həmin "xxxx" MMC şirkətinin şərikidir, həmin şirkəti Fakhrat təsis etmiş, Şamilə şirkət açmasını demişdir. Mərdəkan qəsəbəsindəki torpağı o, özünə aid olan hissəsini öz adına, İddiaçı məxsus olan hissəsini isə Şamilin adına rəsmiləşdirmişdir. Maşınlardan xəbəri var, lakin onunla heç bir əlaqəsi yoxdur. Alqı-satqılarında iştirak etməmişdir. Ha-hazırda 4 maşın qalıb, bu günədək isə 7-8 maşın satılıb. 220.000 ABŞ dolları məbləində pul isə Fakhrata məxsus pul olub, özü Estoniyada idi. Aralarında danışıb razılaşmışlar, o, müdaxilə etməmiş, sadəcə fikrini bildirmiş ki, həmin evi almağı məsləhət bilmir. Həmin pul ev alqısatqısından və balıq satışından yiğılmış pullar olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Mamedov Faxratın tanışıdır. Onun bütün işlərini o görmüşdür. Cavabdehləridə tanıyır, bacısı və bacısı oğlunu, əvvəllər kirayə yaşamışlar, sonradan isə 7-ci mikrorayonda o, Faxrata satdığı evdə yaşamağa başladılar, o, özüdə həmin binada yaşayır. Faxrat Estoniyada olduğu zaman onun üçün 28000 ABŞ dollarına Goranboyda ev alıb, evi təmir etdirmiş, təmirə təxmini 25000 manat pul xərcləmişdir. (bütün xərcləri dəftərdə qeyd etmişdir). Şamilin ailəsi çox kasıb olmuşlar, onlara pulu o verirdi. Balıq məhsullarının, kartofun, ətin satışından qalan pullar onda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2018-ci ildə o, Badamdarda 168000 manata Fakhrata ev satmışdır. Şamili evi rəsmiləşdirəndə tanımış, o vaxta kimi tanımamış, mənzili onun adına almışlar. 2021-ci ilin oktyabr-noyabr aylarında gəlmiş Vəkil1 (Faxratın şəriki) ofisinə, 220000 ABŞ dolları verdiş, dedi Şamilə verməlidir. Bir yerdə getdik Şamilnən görüşdük, Azinko binasından mənzilin alınması üçün Faiq pulu verdi Şamilə. Mülki iş materiallarında olan: - X10 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə etdiyi xx.xx.2022-ci il tarixli müraciətindən görünür ki, o, 254.000 manat və 110.000 ABŞ dolları məbləğində pulun, və 159.000 avro dəyərində əmlakını dələduzluq yolu ilə ələ keçirmiş Cavabdeh2 və oğlu Cavabdeh1 barəsində tədbir görməklə onları cinayət məsuliyyətinə cəlb edilmələrini və ona vurduqları ziyanı və ələ keçirdikləri mülklərinin geri qaytarılmasını xahiş etmişdir. - Vəkil1 Xeybər oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, Farxad Mamedovu 2018-ci ildən tanıyır. Sonradan da birgə şərikliyi yaranıb. Onlar balıq emalı və satışı ilə məşğul olurlar. Birgə şirkətləri "xxxx" MMC adlanır. MMC təsis olunanda MMC-nin direktoru Farxadın bacısı oğlu Şamil olmuşdur. O, hazırda şirkətin direktoru vəzifəsində çalışır. Həmin MMC-ni 2018-ci ilin sonlarında təsis etmişlər. X31 Federasiyasının vətəndaşı olmaqa, Estoniya Respublukasında yaşayır və sahibkkarlıq fəlaiyyəti ilə məşğuldur. Tallin şəhərində balıq şirkəti var. Faxrad Azərbaycanda doğulub böyüdüyünə görə tez-tez ölkəyə gəlirdi. Bu minvalla o, Bakıda onun köməkliyi ilə "xxxx" MMC-ni təsis etmiş və bacısı Cavabdeh2 oğlu Cavabdeh1 həmin MMC-yə direktor vəzifəsinə təyin etmişdir. Faxrad Bakıda olduğu müddətdə əldə etdiyi gəlirləri hesabına və xaricdən idxal olunan məhsulların maya dəyəri ilə bilkidə nəğdləşdirib, Fəxrada Bakı şəhərindən bir neçə yerdə Cavabdeh1 adına evlər almışdır. Belə ki, ünvan 3 ünvanda yerləşən 135 kv.metr sahəsi olan 25 nömrəli mənzili Vilayət Abdullayevdən 168.000 manata almışdır. Həmin mənzili Farxadın xahişi ilə Şamilin adına rəsmiləşdirmişlər. Mənzilə görə ödənilmiş 168.000 manat vəsait Faxrada məxsusdur. Məzilin Şamilin adına rəsmiləşdirməkdə səbəb isə mənzilin alqı-satqısının baş tutduğu vaxt Faxradın həmin vaxt Azərbaycanda olmaması olmuşdur. Həmin alqı-satqı Nərimanov rayonu, Təbriz küçəsində yerləşən notariusda rəsmiləşdirilmişdir. Məlumat üçün onu da bildirmişdir ki, həmin mənzili Faxrad alarkən alqısatqının baş tutacağı gün ölkədə olmayacağını əvvəlcədən bilirdi və hətta bu rəsmiləşdirməni özünün ölkə azisində olacağı gündə həyata keçirməsini istəyirdi. Lakin onun şahidliyi ilə bacısı oğlu Şamillə apardığı şifahi danışıq zamanı sonuncu mənzilin onun adına rəsmiləşdirilməsini dayısı Faxraddan xahiş etdi və bildirdi ki, ölkəyə gəldikdə istədiyi vaxt mənzili geri öz adına rəsmiləşdirə bilər. Şamilin bu vədindən sonra Faxrad onunla razılaşdı və mənzil Şamilin adına rəsmiləşdirildi. Digər mənzil Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində, iki mərtəbli, 4 otaqlı villası olan 12 sot torpaq sahəsini Faxradın vəsaiti hesabına o, hazırda Türkiyədə yaşayan, azərbaycanlı, ixtisasca həkim olan Fərəh adlı xanıma 86.000 manat pul ödəməklə almışdır. Bu alqı-satqı da eyni notariat ofsində rəsmiləşdirilmişdir. Sözü gedən torpaq sahəsinin Şamilin adına rəsmiləşdirilməsinə səbəb Azərbaycan Respublikası qanunlarına görə xarici vətəndaşı ölkə razisində torpaq sahəsini almaq hüququna malik olmaması olmuşdur. Bundan başqa bilildiyinə görə, Faxrad Mamedov ünvan 4 ünvanda yerləşən 200 kv.metr sahəsi olan 3 otaqlı 113 nömrəli mənzili şəriki İlqardan 110.000 ABŞ dolları pulun müqabilində almış və Faxrad bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 ilə mənzilin rəsmiləşdirilməsi ilə bağlı aparılan söhbətlərdə o, iştirak etmiş və onların arasında razılaşma belə olmuşdur ki, bacısı Afət ya mənzilin pulunu Faxrada ödəyəcək, ya da sonuncunun dediyi vaxt mənzili rəsmiləşdirəcəkdir. Bunadan başqa onun təklifi və köməkliyi ilə Faxrad Mamedov ölkə ərazisində fəaliyyət göstərən şirkəti üçün yük daşıma işlərinin aparılması məqsədi ilə xaricdən 9 ədəd nəqliyyat vasitəsi alaraq, gömrük rüsumları ödənməklə ölkəyə göndərmişdir. Həmin ərəfələrdə X20 təsis etdiyi şirkətdə direktor vəzifəsində çalışırdı. Ölkə xaricindən alınmış nəqliyyat vasitələrinin invoys sənədlərinin Faxradın təsis etdiyi Şamilin direktoru olduğu şirkətin adına planlaşdırsa da, Şamil əsil niyyətini gizlədərək Faxradı inandırmişdır ki, həmin nəqliyyat vasitələri şirkətin adına göndərilərsə, vergi, gömrük və eyni zamanda gələcəkdə satmaq niyyəti olduqda əlavə lüzumsuz xərclərə səbəb olacaqdır. Şamil inandırmışdır ki, nəqliyyat vasitələri alınandan sonra şirkətin adına deyil, fiziki şəxs adına göndərilməlidir. Ona görə də Faxrad Estoniya Respublikasından “Mercedes” Bens Aktros-1841 nömrəli yəhərli dartıcısı olan **- BH-*** d.q.n.-lı yük avtomobilini 27.000 avroya, Furqon refrejatorlu **-ZX-*** d.q.n-lı yük avtomobili 22.000 avroya, “Skayner” R 420 markalı yəhərli dartıcı olan **-DP-*** d.q.n-lı yük avtomobili 27.000 avroya, FTXF-105 ınarkal **-EY-*** d.q.n-lə yük avtomobilin 19.000 avroya, iki ədəd Volva markal, avtomobili 64.000 avroya aldığı nəqliyyat vasitələrini Şamilin verdiyi yalan vədə görə onun adına göndərərək rəsmiləşdirmişdir. Bundan əlavə, Faxrad Mamedov 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində bir mənzil və bir yük avtomobili sataraq əldə etdiyi 220.000 ABŞ dolları pulun müqabilində hündür mərtəbəli yaşayış binasından 4 otaqlı mənzil almaq istəmiş ve bu barədə niyyətini ona və bacısı oğlu Şamilə bildirmişdir. Həmin ərəfədə Faxrad həmin vəsaiti, yəni 220.000 ABŞ dolları ona vermişdir ki, saxlasın. Həmin vaxt Şamil dayısı Faxrada bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində təxminən 165 kvadrat metr sahəsi olan 4 otaqlı təmirsiz mənzil satılır. Faxrat, mənzillə bağlı ondan xahiş etmişdir ki, həmin evin harada yerləşməsi və yerləşdiyi ərazidə evlərin qiyməti ilə maraqlansın. O, həmin evə gedib, evin «Azinko» şirkətinin Əliyar Əliyev küçəsində inşa etdiyi hündürmərtəbəli yaşayış binasında olduğunu görmüş və hətta dəqiqləşdirmək üçün Şamillə əlaqə yaradıb həmin mənzilin «Azinko»nun inşa etdiyi binadan olub-olmadığını dəqiqləşdirmişdir. Onun təsdiqindən sonra o, həmin binada mənzillərin qiyməti ilə maraqlanmış və 165 kvadrat metr 4 otaqlı mənzilin 220.000 ABŞ dollara sərfəli olduğunu Faxratla telefonda bildirmişdir. Bir neçə gün sonra Faxrat ona dedi ki, 220.000 ABŞ dollar pulu Şamilə versin və mənzili öz adına sənədləşdirsin. Bunun üçün o, həmin vəsaiti şəxsiyyət vəsiqəsi ilə birlikdə «Elit» ticarət mərkəzinin qarşısında Şamillə görüşüb ona vermişdir. Bu hadisədən iki gün sonra Faxrat ona Şamilin həmin mənzili aldığı xəbərini vermiş və bildirmişdir ki, Şamilə ona mənzilin alqı-satqısına dair müqaviləni və maliyyə arayışını təqdim edəcək. Şamil isə həmin gündən etibarən müxtəlif bəhanələr gətirərək gah mənzili onun adına deyil, öz adına rəsmiləşdirdiyini, gah da mənzili şirkətdən deyil, birbaşa mənzilin sahibindən aldığını, mənzil sahibinin isə xaricdə olduğunu bildirmişdir. Sonralar Şamil, mənzilin «AZİNKO»nun inşa etdiyi mənzli olduğunu bir daha təsdiq etmişdir. Farxadın xahişi ilə o, şirkətə getmiş, səlahiyyətli şəxslərlə görüşmüş və həmin binada nə Faxradın, nə onun, nə də Şamilin adına ev rəsmiləşdirilmədiyini öyrənərək, bu barədə Faxrada bildirmişdir. O və Faxrad tam əmin olmuşlar ki, Şamil dələduzluq yolu ilə Faxradın ona olan etibarından sui-istifadə edərək 220.000 ABŞ dollar pulu ələ keçirmişdir. - - Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında göstərmişdir ki, X17 onun dayısıdır. O, Rusya Federasiyasının vətəndaşı olsa da Estoniyada biznes fəaliyyəti ilə məşğuldur. Dayısı Estoniyadan Azərbaycana dondurulmuş balıq, balıq hissələri göndərir. Farxad həmin məhsulları orada olan şirkətinin adından göndərirdi. 2017-ildə dayısı ona təklif etmişdir ki, Azərbaycana yük avtomaşınlarla göndərdiyi balıq məhsullarına nəzarət etsin, anbarlara yerləşdirilməsi və sonradan anbardan satışa buraxılması, satışdan əldə olunan pulların yığılıb dayısının Estoniya bank hesabına göndərilməsini təmin etsin. O, təklifi ilə razılaşmışdır. Onun vəzifəsi əsasən gələn balıq məhsullarının gömrük bəyənnaməsini təşkil edib, məhsulların saxlanması üçün anbarla tapmaq və satılan məhsulların pulunun alınıb, yığılmasına nəzarət etmək olub. Lakin o, dayısının şirkətində rəsmi işçi olmayıb. Sadəcə o, dayısının etibar olunmuş nümayəndəsi kimi həmin işlərə nəzarət etmişdir. Respublikaya göndərdiyi malların alıcılarınıdayısıözütapırdı.Həmin vaxtlarda dayısı ilə onun arasında hər-hansı şərik və ya gördüyü işlərə görə pul verəcəyi söhbətıləri olmamışdır. Lakin dayısı verdiyi tapşırıqları vaxtı-vaxtında və tez, həmdə səmərəli icra etdiyi üçün ona təklif etmişdir ki, yük avtomaşınları almaq istəyir və yük daşıma biznesi ilə məşğul olmaq üçün onu da özünə şərik götürür. Razılaşmışlar ki, Azərbaycanla bağlı bütün məsələləri o, həl edəcək. Sifarişlər tapıb yük avtomaşınlarını yüklərin daşınmasına cəlb edəcək. Yük daşımaya görə sifarişçilərlə qiymətləndirməni o aparacaq və vaxtaşarı dayısı ilə hesablaşacaq. Yük daşıma zamanı sürücünün əmək haqqısı, avtomaşının təmiri ilə bağlı xərclər nəzərə alınmaqla təmiz gəlir əldə olunurdu, həmin pullar dayısının tapşırığı əsasında onun hesabına köçürülürdü və ya avtomaşın ünvana çatdıqda və həmin vaxt digər xarici ölkədə hesablaşma aparıldıqda dayısı özü nəzarət edib həmin pulların hesabına köçürülməsini təmin edirdi. Azərbaycanda da əldə olunmuş ümumi gəlirdən pullar yığılırdı və həmin pullara ev alınıb təmir olunduqdan sonra satılıb əlavə olaraq bu biznes fəaliyyətindən də pul əldə olunurdu. O, özü pulun sərfiyyəti haqda müstəqil qərar verən şəxs olmayıb. Həmişə dayısı ilə məsləhətləşib onun razılığı ilə pulların hara köçürülməsini, kiminlə hesablaşılmısını təmin edirdi. Hər dəfə dayısı tapşırıq verəndə ki, kimlərə və hansı məbləğdə pullar verilməlidi, o, özündə qeydlər aparmaqla dediyi şəxslərə pulları çatdırırdı. Qeyd etdiyi kimi dayısı ilə Bakı şəhərində təmirsiz mənzillər alıb, təmir etdirərək satıb qazanc əldə edirdi. Belə mənzillərin təmiri ilə təxminən 2018-ci ildən başlamışlar. Bir neçə mənzil alıb, təmir etdirərək satmışlar. Həmin mənzillərin alış pulu dayısı tərəfindən ödənilirdi. Təmirə nəzarəti o, etsə də, təmirin məsuliyyəti dayısının öz tanışının boynunda idi. O, həmən şəxsin adını unudub. Lakin təmirin pulunun verilməsi onun tərəfindən ödənilirdi. Bu qayda ilə bir-neçə mənzil alıb-satmışlar. 2019-cu ildə Badamdar qəsəbəsində yeni tikilən binadan altıncı mərtəbədən üç otaqlı mənzili təxminən 160.000 manata onun adına almışlar. Həmin mənzilin təmirinə 50.000 manata yaxın pul xərclənmişdir. 2021-ci ildə 30.000 manat xeyrinə həmin mənzil satılmışdır. Mənzil müqavilə əsasında olduğundan, satılanda da alan şəxsə müqavilə verilmiş və o, özü mənzil üçün çıxarış almışdır. Bəzən dayısı təəcüblə evdən satılan pul hanı soruşduqda? O, ona özündə apardığı qeydləri göstərməklə pulların hara xərclənməsini izah edirdi. Yük avtomaşınlarından əldə olunan gəlirlərdən o, da gəlir əldə etməli idi, lakin pullar hamısı dayısının hesabına köçürüldüyündən həmin pullardan ona istədiyi məbləğ çatmırdı. Lakin onun əvəzində o, Azərbaycanda yığılan pullardan Mərdəkan qəsəbəsindən bağ evi almışdır. Həmin bağ evini dayısı tapmış və onun adına almışdır. Bağın sahibi Fərəh adlı qadın idi. Bağ evini 86.000 manata notariat vasitəsi ilə almışlar. Oranın təmiri üçün təxminən 10.000 AŞB dolan xərci çıxmışdır. Təmir yarımçıq qaldı. Pulu o, vermiş olsa da, hər ikisi bilirdi ki, birlikdə qurduqları biznes hesabına bu pullar əldə olunmuş və guman edirdi ki, dayısı onun payına düşən pul hissəsini ona bu qayda ilə qaytarırdı. O, dayısı ilə heç bir vaxt pul üstündə mübahisə etməmiş, onun tapşırıqlarını icra edib ona hesabat vermişdir. Hazırda Badamdar qəsəbəsində onun adına dayısı ev almış və özü həmin evdə yaşayır. Lakin həmin evin alınmasında o, narazı olmuşdur, çünki ev alqı-satqı ilə məşğul olan maklerlərdən öyrənmişdir ki, həmin ev problemli evdir və o evə çıxarış verilmir, lakin dayısı tanıdığı adamlar çıxarış verəcəyini vəd edərək dayısını inandırıb həmin evi ona aldırmışlar. Evə görə dayısına çıxarış da vermişlər. Lakin sonradan məlum olmuşdur ki, çıxarış saxta olmuş, hazırda həmin evin iki başqa-başqa şəxslərə satılması məlum olmuşdur və birinci instansiya məhkəməsini dayısının vəkilləri uduzmuş və hazırda iş Apellyasiya məhkəməsində baxılır. Dayısı ona demişdir ki, ev onun adına olsa da, o, bu prosesdə iştirak etməsin və bu səbəbdən o, vəkilə etibarnamə vermiş və vəkil onun nümayəndə kimi həmin prosesdə iştirak edir. Dayısını aldadan və onun pullarını aldadaraq ələ keçirən özlərini ona dost kimi təqdim etməyə çalışan şəxslər onunla dayısının arasını vurmuş, hazırda dayısı ona qarşı qərəzli mövqeydədir. Onun dayısına böyük hörməti var, ona ağsaqqal kimi münasibəti var. O, gözləməzdi ki, dayısı ona qarşı bu kimi tədbir görsün. O, heç vaxt dayısını aldatmamış, ona olanı, əldə olunan qazancı olduğu kimi bildirmişdir. Hazırda dayısı iddia edir ki, onun adına olan yük avtomaşınları və daşınmaz əmlaklar ona məxsusdur və onların hamısını o, adından çıxarıb ona qaytarmalıdır. O, dayısının ona etdiyi yaxşılıqları heç vaxt unutmur. Onun təklifi və pulu ilə biznes qurmuş, lakin biznes fəaliyyəti zamanı Azərbaycanla bağlı bütün işləri o, görmüşdür. Sifarişçilərin tapılması, avtomaşınların idarə olunması üçün etibarlı sürücülərin müəyyən edilməsi və işə götürülməsi, daşınan əmlaka görə qiymətləndirmə aparılması, avtomaşınlar reysdə olduqları vaxtı dayimi olduqları yerindən asılı olmayaraq dispetçer rolunda onlarla əlaqədə olmağı, reysdən qayıtdıqdan sonra ucuz qiymətlərə ehtiyyat hissələrini əldə edib avtomaşınların təmiri ilə məşğul olmağı, avtomaşınların İşləməsi üçün nəqliyyat firması ilə danışıq aparıb, daxili müqavilə əsasında həmin firmanın nəzdində yüklərin daşınmasının təmin edilməsi, həmçinin dayısının xüsusi tapşırıqlarının icrası, evlərin alınıb təmir olunduqdan sonra satılmasının təşkili və eldə olunmuş gəlirin dayısına çatdırılması və sair işlərlə məşğul olmuşdur. Hesab edir ki, o, da 2017-ci ildən etibarən həmin biznesdən kifayət qədər qazanc əldə etmiş, lakin onların dayısında olduğundan, daşınar və daşınmaz əmlakın onun adına olduğundan o, dayısı ilə heç vaxt pul söhbəti etməmişdir. Guman etmiş ki, biznes hesabına bu əmlaklar əldə olunmuş və onun da bu əmlakların müəyyən qismində payı var. - X18 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahat göstərmişdir ki, o, əslən azərbaycanlı olsa da, Rusiya Federasiyası vətəndaşıdır və o, Estoniyada biznes fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyəti Estoniyadan Azərbaycan Respublikasına dondurulmuş balıq və balıq hissələrini göndərməkdir. Həmin baılıq məhsullarını Estoniyada təsis etdiyi və rəhbəri olduğu şirkətin adından Azərbaycan Respublikasında təsis etdiyi və şərik olduğu "xxxx" MMC-nin adına göndərmişdir. Bu işlərinə Azərbaycanda nəzarət etmək üçün 2017-ci ildə bacısı oğlu Cavabdeh1 icraçı direktor təyin etmişdir. O, Bakıda olmadığı müddətdə əldə etdiyi gəlirlər hesabına və xaricdən idxal olunan məhsulları maya dəyəri ilə birlikdə nağlşdırıb, qohumu Cavabdeh1 və bacısı Cavabdeh2 adına bir neçə sayda ev, villa və həyətyanı torpaq sahələri almışdır. Evlərin qohumlarının adına rəsmilədirilməsinə səbəb qohumları ilə əvvəlcədən baş tutan anlaşması olmuşdur. Bacısı Afət və bacısı oğlu Şamillə razılaşmışlar ki, o, ölkə ərazisində olmadığına görə aldığı mənzili, villa və torpaq sahələrini şəxsi vəsaiti hesabına alıb onların adlarına sənədləşdirsə də, sonradan həmin mülklər onun adına və ya onun dediyi şəxslərin adlarına rəsmiləşdirilsin. Həmin anlaşmanın qarşılığında Şamil onun şirkətində direktor vəzifəsində çalışmaqla yüksək məvacib və gəlir əldə edəcəkdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, A.Abbaszadə küçəsi 17 ünvannda yerləşən 3 otaqlı, 135 kv/metr sahəsi olan 25 nömrəli mənzili Vilayət Allahverdiyevdən 168.000 manata almışdır. Həmin mənzil onun xahişi ilə dostu və şəriki Vəkil1 Xeybər oğlu bacısı oğlu Şamilin adına rəsmiləşdirmişdir. Mənzilə görə ödənilmiş 168.000 manat vəsait ona məxsusdur, mənzilin Şamilin adına rəmiləşdirilməsinə sabəb mənzilin alqı-satqısı baş tutduğu vaxt, onun azərbaycan Respublikasında olmaması olmuşdur. Qeyd edilən mənzil Nərimanov rayonunda yerləşən notariusda rəsmiləşdirilmişdir. Həmçinin bildirmişdir ki, alqı-satqının olunacağı tarixdə o, Bakı şəhərində olmayacağını bilmiş, lakin bacısı oğlu Şamillə apardığı şifahi danışıq zamanı Şamil ona Azərbaycana qayıdacağı zaman ya öz adına, ya da onun deiyi başqa şəxsin adına rəsmiləşdirə bilər. Digər mənzil Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində, iki mərtəbəli, 4 otaqlı villası olan 12 sot torpaq sahəsi onun vəsaiti hesabına şəriki Faiq vasitəsi ilə hazırda Türkiyədə yaşayan Fərəh adlı xanıma 86.000 manat pul ödəməklə almışdır. Qeyd edilən alqı-satqıda eyni notariat kontorunda rəsmiləşdirilmişdir. Sözü gedən torpaq sahəsinin Şamilin adına rəsmiləşdirilməsinə səbəb Azərbaycan Respublikasının qanunlarına görə xarici vətəndaşın ölkə ərazisində torpaq sahəsi almaq hüququna malik olmaması ilə bağlı olmuşdur. Bundan başqa o, ünvan 5 ünvanında yerləşən 200 kv/metr sahəsi olan 3 otaqlı 113 nömrəli mənzili digər şəriki İlqardan 110.000 ABŞ dolları pulun müqabilində almış və aralarında əvvəlcədən baş tutan razılığa görə bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 ilə mənzilin rəsmiləşdirilməsi ilə bağlı aralarında aparılan söhbətlərdə Faiq və İlqar iştirak etmiş və aralarındakı razılaşma belə olmuşdur ki, baxışı Afət ya mənzilin pulunu ona ödəyəcək, ya da onun dediyi vaxt mənzili onun və ya onun göstərdiyi başqa şəxsin adına rəsmiləşdirəcəkir. Bundan əlavə o, Faiqin təklifi ilə ölkə ərazisində fəaliyyət göstərən şirkəti üçün yük daşıma işlərinin aparılması məqsədi ilə xaricdən 9 ədəd nəqliyyat vasitəsi alaraq, gömrük rüsumları ödəməklə ölkəyə göndərmişdir. Həmin ərəfələrdə bacısı oğlu Şamil onun təsis etdiyi şirkətdə direktor vəzifəsində çalışırdı. Ölkə xaricində alınmış nəqliyyat vasitələrinin “invoys” sənədlərinin onun təsis etdiyi və Şamilin direktoru olduğu şirkətin adına rəsmiləşdirəcəyi planlaşdırılsa da, Şamil əsl niyyətini gizlədərək onu inandırmışdır ki, həmin nəqliyyat vasitələri şirkətin adına göndərilsə də, vergi, gömrük və eyni zamanda gələcəkdə satmaq niyyəti olduqda əlavə lüzumsuz xərclərə səbəb olacaqdır. Şamil inandırmışdır ki, nəqliyyat vasitələri alınandan sonra şirkət adına deyil, fiziki şəxs adına göndərilməlidir. Ona görə də o, Estoniyadan “X37-1841” nömrəli dartıcısı olan **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 27.000 avroya, Furqon refrejatorlu **-XZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 22.000 avroya “Skayner”R420 markalı yəhərli dartıcı olan **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.000 avroya, FTXF-105 markalı **-EY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 19.000 avroya, iki ədəd “Volva” markalı avtomobili 64.000 avroya alıb Şamilin veridyi yalan vədə inanaraq “invoys” sənədlərini onun adına göndərmişdir. İnvoys sənədləri Şamilin adına olduğu üçün nəqliyyat vasitələrinin hamısı onun adına rəmiləşdirilmişdir. Yəni guya sənədlərə görə nəqliyyat vasitələri onun mülkiyyətindədir. 2021-ci ilin sonu, 2022 ilin əvvəllərində o, bir mənzil və bir yük avtomobili sataraq əldə etdiyi 220.000 ABŞ dolları pulun müqabilində hündür mərtəbəli yaşayış binasından 4 otaqlı mənzil almaq istəmiş və bu barədə dostu Faiqə və bacısı oğlu Şamilə bu barədə bildirmişdir. Şamil ona bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilmiş hündür mətəbəli binada ümumi sahəsi 163 kv/metr olan, otaqdan ibarət təmirsiz mənzil satışdadır. O, isə dostu Faiqdən xahiş etmişdir ki, qeyd edilən mənzilin qiyməti ilə maraqlansın. Faiq mənzilin qiymətini ona bildirdikdən sonra, sərfəli olduğu üçün həmin məznili almaq qərarına gəlmiş və Faiqdən xahiş etmiş ki, pulu Şamilə versin sonra isə Şamillə əlaqə yaradıb Faiqin verəcəyi həmin pula mənzili alıb Faiqin adına rəsmiləşdirilsin. O, bacısı oğlu Şamillə əlaqə saxlyıb mənilə dair alqı-satqı sənədlərini və maliyyə arayışını Faiqə təqdim etməsini bildirmiş, Şamil isə həmin gündən etibarən, gah mənzilin Faiqin adına deyil öz adına aldığını, gah mənzili şirkətdən deyil, birbaşa mənzil sahibindən aldığını, mənzil sahibinin isə xarcdə olması barədə müxtəlif bəhanələr gətirmişdir. Sonralar isə mənzilin “Azinkonun” inşa etdiyi mənzil olduğunu demişdir. Sonrada o, dostu Faiqdən mənzillə ətraflı maraqlanmasını xahiş etmiş, nəticədə məlum olmuşdur ki, Şamil həmin vəsaitə heç bir mənzil almamış, dələduzluq yolu ilə 220.000 ABŞ dolları pulu ələ keçirmişdir. - - X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Yən ev-alqı satqı işlərinə baxır. Hazırda Türkiyə Respublikasında yaşayan Fərəh adlı qadın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində,12 sot torpaq sahəsində, iki mərtəbli, 4 otaqlı villanı satırdı. O, həmin ərazilərin satışını sosial şəbəkələrdə paylaşmışdır. Məlum oldu ki, eyni ünvanda olan torpaq sahəsi və bağ evi Fərəhin atasından qalmadır. Odur ki, torpaq sahəsi Fərəhin qardaşı Muradın, bağ evi isə Fərəh xanımın adına rəsmiləşdirilmişdir. Fərəh həmin villanı təxminən 2019-cu ilinaxırlarındasatışaçıxarmışdır.Sosialşəbəkələrdəolanmobil nömrəsinə sonradan adını bildiyi Faiq adlı bir nəfər əlaqə saxlamış, həmin torpaq sahəsi və bağ evi ilə maraqlanmışdır. O, Faiqlə görüşəndə onun yanında Faxrad adlı bir nəfəri də görmüş. Faiq torpaq sahəsini, Faxrad isə evi almaq istədiklərini bildirdilər. Torpaq sahəsi 40.000 manata, bağ evi isə 86.000 manata satışa çıxarılmışdır. Farxad Rusiya Federasiyasının vətəndaşının vətəndaşı olduğundan evi bacısı oğlu Şamilin adına almağı qərara almışdır. Alqı-satqı Nərimanov rayonu, Təbriz küçəsində yerləşən notariat ofisində baş tutmuşdur. Qeyd etdiyi kimi alqı-satqı Fərəhlə Şamil arasında olsa da, evin pulunun ödənişi Faxrad tərəfindən ödənilmişdir. O, belə başa düşmüş ki, Faxradın bacısı oğlu ilə hansısa iş birliyi var və Faxrad bacı oğlu kimi Şamilə çox nanır. Həmin alqı-satqıdan sonra onun nə Faiq, nə Faxrad, nə də Şamillə hər hansı bir əlaqəsi olmayıb. Həmçinin həmin alqı-satqıya qədər onların heç birini tanımamışdır. - Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinin ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, X10 ərizəsi əsasında fakta görə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. - X18 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahat göstərmişdir ki, o, əslən azərbaycanlı olsa da, Rusiya Federasiyası vətəndaşıdır və o, Estoniyada biznes fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyəti Estoniyadan Azərbaycan Respublikasına dondurulmuş balıq və balıq hissələrini göndərməkdir. Həmin baılıq məhsullarını Estoniyada təsis etdiyi və rəhbəri olduğu şirkətin adından Azərbaycan Respublikasında təsis etdiyi və şərik olduğu "xxxx" MMC-nin adına göndərmişdir. Bu işlərinə Azərbaycanda nəzarət etmək üçün 2017-ci ildə bacısı oğlu Cavabdeh1 icraçı direktor təyin etmişdir. O, Bakıda olmadığı müddətdə əldə etdiyi gəlirlər hesabına və xaricdən idxal olunan məhsulları maya dəyəri ilə birlikdə nağlşdırıb, qohumu Cavabdeh1 və bacısı Cavabdeh2 adına bir neçə sayda ev, villa və həyətyanı torpaq sahələri almışdır. Evlərin qohumlarının adına rəsmilədirilməsinə səbəb qohumları ilə əvvəlcədən baş tutan anlaşması olmuşdur. Bacısı Afət və bacısı oğlu Şamillə razılaşmışlar ki, o, ölkə ərazisində olmadığına görə aldığı mənzili, villa və torpaq sahələrini şəxsi vəsaiti hesabına alıb onların adlarına sənədləşdirsə də, sonradan həmin mülklər onun adına və ya onun dediyi şəxslərin adlarına rəsmiləşdirilsin. Həmin anlaşmanın qarşılığında Şamil onun şirkətində direktor vəzifəsində çalışmaqla yüksək məvacib və gəlir əldə edəcəkdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, A.Abbaszadə küçəsi 17 ünvannda yerləşən 3 otaqlı, 135 kv/metr sahəsi olan 25 nömrəli mənzili Vilayət Allahverdiyevdən 168.000 manata almışdır. Həmin mənzil onun xahişi ilə dostu və şəriki Vəkil1 Xeybər oğlu bacısı oğlu Şamilin adına rəsmiləşdirmişdir. Mənzilə görə ödənilmiş 168.000 manat vəsait ona məxsusdur, mənzilin Şamilin adına rəmiləşdirilməsinə sabəb mənzilin alqı-satqısı baş tutduğu vaxt, onun azərbaycan Respublikasında olmaması olmuşdur. Qeyd edilən mənzil Nərimanov rayonunda yerləşən notariusda rəsmiləşdirilmişdir. Həmçinin bildirmişdir ki, alqı-satqının olunacağı tarixdə o, Bakı şəhərində olmayacağını bilmiş, lakin bacısı oğlu Şamillə apardığı şifahi danışıq zamanı Şamil ona Azərbaycana qayıdacağı zaman ya öz adına, ya da onun deiyi başqa şəxsin adına rəsmiləşdirə bilər. Digər mənzil Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində, iki mərtəbəli, 4 otaqlı villası olan 12 sot torpaq sahəsi onun vəsaiti hesabına şəriki Faiq vasitəsi ilə hazırda Türkiyədə yaşayan Fərəh adlı xanıma 86.000 manat pul ödəməklə almışdır. Qeyd edilən alqı-satqıda eyni notariat kontorunda rəsmiləşdirilmişdir. Sözü gedən torpaq sahəsinin Şamilin adına rəsmiləşdirilməsinə səbəb Azərbaycan Respublikasının qanunlarına görə xarici vətəndaşın ölkə ərazisində torpaq sahəsi almaq hüququna malik olmaması ilə bağlı olmuşdur. Bundan başqa o, ünvan 5 ünvanında yerləşən 200 kv/metr sahəsi olan 3 otaqlı 113 nömrəli mənzili digər şəriki İlqardan 110.000 ABŞ dolları pulun müqabilində almış və aralarında əvvəlcədən baş tutan razılığa görə bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 ilə mənzilin rəsmiləşdirilməsi ilə bağlı aralarında aparılan söhbətlərdə Faiq və İlqar iştirak etmiş və aralarındakı razılaşma belə olmuşdur ki, baxışı Afət ya mənzilin pulunu ona ödəyəcək, ya da onun dediyi vaxt mənzili onun və ya onun göstərdiyi başqa şəxsin adına rəsmiləşdirəcəkir. Bundan əlavə o, Faiqin təklifi ilə ölkə ərazisində fəaliyyət göstərən şirkəti üçün yük daşıma işlərinin aparılması məqsədi ilə xaricdən 9 ədəd nəqliyyat vasitəsi alaraq, gömrük rüsumları ödəməklə ölkəyə göndərmişdir. Həmin ərəfələrdə bacısı oğlu Şamil onun təsis etdiyi şirkətdə direktor vəzifəsində çalışırdı. Ölkə xaricində alınmış nəqliyyat vasitələrinin “invoys” sənədlərinin onun təsis etdiyi və Şamilin direktoru olduğu şirkətin adına rəsmiləşdirəcəyi planlaşdırılsa da, Şamil əsl niyyətini gizlədərək onu inandırmışdır ki, həmin nəqliyyat vasitələri şirkətin adına göndərilsə də, vergi, gömrük və eyni zamanda gələcəkdə satmaq niyyəti olduqda əlavə lüzumsuz xərclərə səbəb olacaqdır. Şamil inandırmışdır ki, nəqliyyat vasitələri alınandan sonra şirkət adına deyil, fiziki şəxs adına göndərilməlidir. Ona görə də o, Estoniyadan “X37-1841” nömrəli dartıcısı olan **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 27.000 avroya, Furqon refrejatorlu **-XZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 22.000 avroya “Skayner”R420 markalı yəhərli dartıcı olan **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.000 avroya, FTXF-105 markalı **-EY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 19.000 avroya, iki ədəd “Volva” markalı avtomobili 64.000 avroya alıb Şamilin veridyi yalan vədə inanaraq “invoys” sənədlərini onun adına göndərmişdir. İnvoys sənədləri Şamilin adına olduğu üçün nəqliyyat vasitələrinin hamısı onun adına rəmiləşdirilmişdir. Yəni guya sənədlərə görə nəqliyyat vasitələri onun mülkiyyətindədir. 2021-ci ilin sonu, 2022 ilin əvvəllərində o, bir mənzil və bir yük avtomobili sataraq əldə etdiyi 220.000 ABŞ dolları pulun müqabilində hündür mərtəbəli yaşayış binasından 4 otaqlı mənzil almaq istəmiş və bu barədə dostu Faiqə və bacısı oğlu Şamilə bu barədə bildirmişdir. Şamil ona bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilmiş hündür mətəbəli binada ümumi sahəsi 163 kv/metr olan, otaqdan ibarət təmirsiz mənzil satışdadır. O, isə dostu Faiqdən xahiş etmişdir ki, qeyd edilən mənzilin qiyməti ilə maraqlansın. Faiq mənzilin qiymətini ona bildirdikdən sonra, sərfəli olduğu üçün həmin məznili almaq qərarına gəlmiş və Faiqdən xahiş etmiş ki, pulu Şamilə versin sonra isə Şamillə əlaqə yaradıb Faiqin verəcəyi həmin pula mənzili alıb Faiqin adına rəsmiləşdirilsin. O, bacısı oğlu Şamillə əlaqə saxlyıb mənilə dair alqı-satqı sənədlərini və maliyyə arayışını Faiqə təqdim etməsini bildirmiş, Şamil isə həmin gündən etibarən, gah mənzilin Faiqin adına deyil öz adına aldığını, gah mənzili şirkətdən deyil, birbaşa mənzil sahibindən aldığını, mənzil sahibinin isə xarcdə olması barədə müxtəlif bəhanələr gətirmişdir. Sonralar isə mənzilin “Azinkonun” inşa etdiyi mənzil olduğunu demişdir. Sonrada o, dostu Faiqdən mənzillə ətraflı maraqlanmasını xahiş etmiş, nəticədə məlum olmuşdur ki, Şamil həmin vəsaitə heç bir mənzil almamış, dələduzluq yolu ilə 220.000 ABŞ dolları pulu ələ keçirmişdir. - Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahat Binəqədi rayon Polis İdarəsində verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, X17 onun dayısıdır. O, Rusya Federasiyasının vətəndaşı olsa da Estoniyada biznes fəaliyyəti ilə məşğuldur. Dayısı Estoniyadan Azərbaycana dondurulmuş balıq, balıq hissələri göndərir. Farxad həmin məhsulları orada olan şirkətinin adından göndərirdi. 2017-ildə dayısı ona təklif etmişdir ki, Azərbaycana yük avtomaşınlarla göndərdiyi balıq məhsullarına nəzarət etsin, anbarlara yerləşdirilməsi və sonradan anbardan satışa buraxılması, satışdan əldə olunan pulların yığılıb dayısının Estoniya bank hesabına göndərilməsini təmin etsin. O, təklifi ilə razılaşmışdır. Onun vəzifəsi əsasən gələn balıq məhsullarının gömrük bəyənnaməsini təşkil edib, məhsulların saxlanması üçün anbarla tapmaq və satılan məhsulların pulunun alınıb, yığılmasına nəzarət etmək olub. Lakin o, dayısının şirkətində rəsmi işçi olmayıb. Sadəcə o, dayısının etibar olunmuş nümayəndəsi kimi həmin işlərə nəzarət etmişdir. Respublikaya göndərdiyi malların alıcılarını dayısı özü tapırdı. Həmin vaxtlarda dayısı ilə onun arasında hər-hansı şərik və ya gördüyü işlərə görə pul verəcəyi söhbətıləri olmamışdır. Lakin dayısı verdiyi tapşırıqları vaxtı-vaxtında və tez, həmdə səmərəli icra etdiyi üçün ona təklif etmişdir ki, yük avtomaşınları almaq istəyir və yük daşıma biznesi ilə məşğul olmaq üçün onu da özünə şərik götürür. Razılaşmışlar ki, Azərbaycanla bağlı bütün məsələləri o, həl edəcək. Sifarişlər tapıb yük avtomaşınlarını yüklərin daşınmasına cəlb edəcək. Yük daşımaya görə sifarişçilərlə qiymətləndirməni o aparacaq və vaxtaşarı dayısı ilə hesablaşacaq. Yük daşıma zamanı sürücünün əmək haqqısı, avtomaşının təmiri ilə bağlı xərclər nəzərə alınmaqla təmiz gəlir əldə olunurdu, həmin pullar dayısının tapşırığı əsasında onun hesabına köçürülürdü və ya avtomaşın ünvana çatdıqda və həmin vaxt digər xarici ölkədə hesablaşma aparıldıqda dayısı özü nəzarət edib həmin pulların hesabına köçürülməsini təmin edirdi. Azərbaycanda da əldə olunmuş ümumi gəlirdən pullar yığılırdı və həmin pullara ev alınıb təmir olunduqdan sonra satılıb əlavə olaraq bu biznes fəaliyyətindən də pul əldə olunurdu. O, özü pulun sərfiyyəti haqda müstəqil qərar verən şəxs olmayıb. Həmişə dayısı ilə məsləhətləşib onun razılığı ilə pulların hara köçürülməsini, kiminlə hesablaşılmısını təmin edirdi. Hər dəfə dayısı tapşırıq verəndə ki, kimlərə və hansı məbləğdə pullar verilməlidi, o, özündə qeydlər aparmaqla dediyi şəxslərə pulları çatdırırdı. Qeyd etdiyi kimi dayısı ilə Bakı şəhərində təmirsiz mənzillər alıb, təmir etdirərək satıb qazanc əldə edirdi. Belə mənzillərin təmiri ilə təxminən 2018-ci ildən başlamışlar. Bir neçə mənzil alıb, təmir etdirərək satmışlar. Həmin mənzillərin alış pulu dayısı tərəfindən ödənilirdi. Təmirə nəzarəti o, etsə də, təmirin məsuliyyəti dayısının öz tanışının boynunda idi. O, həmən şəxsin adını unudub. Lakin təmirin pulunun verilməsi onun tərəfindən ödənilirdi. Bu qayda ilə bir-neçə mənzil alıb-satmışlar. 2019-cu ildə Badamdar qəsəbəsində yeni tikilən binadan altıncı mərtəbədən üç otaqlı mənzili təxminən 160.000 manata onun adına almışlar. Həmin mənzilin təmirinə 50.000 manata yaxın pul xərclənmişdir. 2021-ci ildə 30.000 manat xeyrinə həmin mənzil satılmışdır. Mənzil müqavilə əsasında olduğundan, satılanda da alan şəxsə müqavilə verilmiş və o, özü mənzil üçün çıxarış almışdır. Bəzən dayısı təəcüblə evdən satılan pul hanı soruşduqda? O, ona özündə apardığı qeydləri göstərməklə pulların hara xərclənməsini izah edirdi. Yük avtomaşınlarından əldə olunan gəlirlərdən o, da gəlir əldə etməli idi, lakin pullar hamısı dayısının hesabına köçürüldüyündən həmin pullardan ona istədiyi məbləğ çatmırdı. Lakin onun əvəzində o, Azərbaycanda yığılan pullardan Mərdəkan qəsəbəsindən bağ evi almışdır. Həmin bağ evini dayısı tapmış və onun adına almışdır. Bağın sahibi Fərəh adlı qadın idi. Bağ evini 86.000 manata notariat vasitəsi ilə almışlar. Oranın təmiri üçün təxminən 10.000 AŞB dolan xərci çıxmışdır. Təmir yarımçıq qaldı. Pulu o, vermiş olsa da, hər ikisi bilirdi ki, birlikdə qurduqları biznes hesabına bu pullar əldə olunmuş və guman edirdi ki, dayısı onun payına düşən pul hissəsini ona bu qayda ilə qaytarırdı. O, dayısı ilə heç bir vaxt pul üstündə mübahisə etməmiş, onun tapşırıqlarını icra edib ona hesabat vermişdir. Hazırda Badamdar qəsəbəsində onun adına dayısı ev almış və özü həmin evdə yaşayır. Lakin həmin evin alınmasında o, narazı olmuşdur, çünki ev alqı-satqı ilə məşğul olan maklerlərdən öyrənmişdir ki, həmin ev problemli evdir və o evə çıxarış verilmir, lakin dayısı tanıdığı adamlar çıxarış verəcəyini vəd edərək dayısını inandırıb həmin evi ona aldırmışlar. Evə görə dayısına çıxarış da vermişlər. Lakin sonradan məlum olmuşdur ki, çıxarış saxta olmuş, hazırda həmin evin iki başqa-başqa şəxslərə satılması məlum olmuşdur və birinci instansiya məhkəməsini dayısının vəkilləri uduzmuş və hazırda iş Apellyasiya məhkəməsində baxılır. Dayısı ona demişdir ki, ev onun adına olsa da, o, bu prosesdə iştirak etməsin və bu səbəbdən o, vəkilə etibarnamə vermiş və vəkil onun nümayəndə kimi həmin prosesdə iştirak edir. Dayısını aldadan və onun pullarını aldadaraq ələ keçirən özlərini ona dost kimi təqdim etməyə çalışan şəxslər onunla dayısının arasını vurmuş, hazırda dayısı ona qarşı qərəzli mövqeydədir. Onun dayısına böyük hörməti var, ona ağsaqqal kimi münasibəti var. O, gözləməzdi ki, dayısı ona qarşı bu kimi tədbir görsün. O, heç vaxt dayısını aldatmamış, ona olanı, əldə olunan qazancı olduğu kimi bildirmişdir. Hazırda dayısı iddia edir ki, onun adına olan yük avtomaşınları və daşınmaz əmlaklar ona məxsusdur və onların hamısını o, adından çıxarıb ona qaytarmalıdır. O, dayısının ona etdiyi yaxşılıqları heç vaxt unutmur. Onun təklifi və pulu ilə biznes qurmuş, lakin biznes fəaliyyəti zamanı Azərbaycanla bağlı bütün işləri o, görmüşdür. Sifarişçilərin tapılması, avtomaşınların idarə olunması üçün etibarlı sürücülərin müəyyən edilməsi və işə götürülməsi, daşınan əmlaka görə qiymətləndirmə aparılması, avtomaşınlar reysdə olduqları vaxtı dayimi olduqları yerindən asılı olmayaraq dispetçer rolunda onlarla əlaqədə olmağı, reysdən qayıtdıqdan sonra ucuz qiymətlərə ehtiyyat hissələrini əldə edib avtomaşınların təmiri ilə məşğul olmağı, avtomaşınların İşləməsi üçün nəqliyyat firması ilə danışıq aparıb, daxili müqavilə əsasında həmin firmanın nəzdində yüklərin daşınmasının təmin edilməsi, həmçinin dayısının xüsusi tapşırıqlarının icrası, evlərin alınıb təmir olunduqdan sonra satılmasının təşkili və eldə olunmuş gəlirin dayısına çatdırılması və sair işlərlə məşğul olmuşdur. Hesab edir ki, o, da 2017-ci ildən etibarən həmin biznesdən kifayət qədər qazanc əldə etmiş, lakin onların dayısında olduğundan, daşınar və daşınmaz əmlakın onun adına olduğundan o, dayısı ilə heç vaxt pul söhbəti etməmişdir. Guman etmiş ki, biznes hesabına bu əmlaklar əldə olunmuş və onun da bu əmlakların müəyyən qismində payı var. X32 Azərbaycanda 2019-cu ildə "xxxx" MMC təsis etmiş, o, isə şirkətin direktoru vəzifəsinə təyin olunmuşdur. Daha doğrusu həəmin şirkətin ilk direktoru İlqar Məmmədov olmuş, sonrakı direktor kimi o, təyin olunmuşdur. Həmin şirkətin təsis edilməsində məqsəd balıq məhsullarının satışı ilə məşğul olmaq olsa da, lakin əsasən yük daşınması ilə məşğul olmuşlar. Yük daşınması üçün 2017-ci ildən təxminən 10 ədəd avtomobil olub, həmin avtomobillərdən 4 (dörd) ədədi “Mercedes” Bens Aktros-1841 nömrəli yəhərli dartıcısı olan **-BH-*** d.q.n.-lı yük avtomobil, “Skayner” R 420 markalı yəhərli dartıcı olan **-DP-*** d.q.n-lı yük avtomobil, “Volvo” FH 12 markalı, 99-NF- 690 və “Volvo” FH 13 markalı **-NG-*** d.q.n-lı onun adınadır. Bu avtomobillərin hamısı dayısı Farxad tərəfindən Estoniya Respublikasından alınıb, Onun adına olan avtomobillərin ikisinin pulu Bakıdan köçürülüb, ikisinin pulu isə orada dayısı tərəfindən ödənilib. Avtomobillərin alış qiymətləri onun yadında deyil. O, "xxxx" MMC-də direktor kimi fəaliyyətə başlayandan aylıq əmək haqqısı 400 manat olmuş, həmin əmək haqqı isə ona 2021-ci ildən sonra ödənilmişdir. - X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatın göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşı X18 həyat yoldaşı Cavabdeh2 böyük qardaşıdır. Qohumları və Faxratın özü və ailəsi ilə hər zaman xoş münasibətləri olmuş, heç biri ilə düşmənçilik və ya ədavətləri olmamışdır. Faxratın xasiyyəti onun xoşuna gəlməsə də, həyat yoldaşına görə hər zaman onunla mehriban olmuşdur. Faxrat özü Estoniyada rus millətinin nümayəndəsi ilə ailə həyatı qurmuş, bir övladı və bir nəvəsi vardır. Eşitdiyinə görə Faxrat hərbi xidmətdən qayıtdıqdan sonra- hərbi xidmət keçdiyi qeyd etdiyi ölkəyə qayıdaraq, təxminən 40 ildir ki, Estoniya və Rusiya Federasiyasında işləyib yaşamışdır. Təxminən 2015-2016-cı illərdə hər iki övladı Bakı şəhərində ali təhsil alır və Türkiyə səfirliyi yaxınlığında kirayədə yaşayırdı. Həmin ərəfədə uzun illər idi ki, həyat yoldaşı ilə o, 100.000 ABŞ dolları pul yığımışlar. Bu vaxtlarda tarixini dəqiq bilmədiyi vaxtda Faxrat Azərbaycana gəlib onlara baş çəkdi və övladlarının kirayədə qaldığını görüb buna narazılıq edib onun dəstəyi ilə ev alınmasını təklif etdi. Bu vaxtı “Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir mənzil tapıb bəyənsələr də, Faxrat həmin evin yaxşı olmadığını deyib almalarına mane oldu və onun İlqar adlı dostuna məxsus mənzili almağı təklif etdi. Faxrat özü bildirmişdir ki, həmin İlqar adlı şəxsin hansısa bilmədiyi işlə bağlı ona verəcəyi vardır. Beləliklə, ünvan 6 ünvanında yerləşən 03 otaqdan ibarət mənzil həyat yoldaşının adına çıxarış alınıb rəsmiləşməklə alınmış, mənzil isə 165.000 ABŞ dollarına alınmışdır. Həmin vaxtlar o, məsul vəzifələri icra etdiyi üçün Goranboy rayon ərazisini tərk edə bilməmiş, buna görə də həmin mənzilin alqı-satqısı prosesində iştirak etməmişdir. Mənzil alınandan sonra o, özünün yığdığı 100.000 ABŞ dolları pulu hazırda faktiki yaşadığı evdə ikisinin iştirakı ilə ona verdi, həmin vaxt həyat yoldaşı da evdə idi. Yığdıqları pulun miqdarını 100.000 ABŞ dolları pulun olmasını həyat yoldaşı da bilirdi. Beləliklə, alqısatqıdan sonra həmin pulu Faxrata ödəmiş, həyat yoldaşı özü Faxrata onun ödədiyi əlavə 65.000 ABŞ dolları kredit götürərək ödəməyi təkjif, etsə də, Faxrat buna etiraz edib həmin əlavə pulu hədiyyə etməsini bildirmişdir. Onu da eşitmişdir ki, bu mənzilin yerləşdiyi binanın zirzəmisində bir ədəd sənədsiz qarajda həmin məbləğə onlara satılsa da, sonradan İlqar tərəfindən həmin qaraj geri alınmış, mənzilin həyat yoldaşının adına rəsmiləşməsinə səbəb həmin vaxtı onun işləri olduğu üçün alqı-satqıda olmamağı olmuşdur. Oğlu Şamil hərbi xidmətdən qayıtdıqdan sonra qaynı Faxrat əvvəlcə oğlunu Estoniyaya aparıb orada iş verməyi təklif etsə də onlar buna razı olmamışlar. Sonradan elə həmin ərəfədə oğlu Şamil Faxratın dəstəyi ilə loqistika şirkəti qurmuş və birlikdə işlətməyə başlamışlar. O və həyat yoldaşı onların arasında olan işin mahiyyətini dəqiq bilmir, onların hansı gəlirləri əldə etməsi, Şamilin oradan nə qədər əmək haqqı almasını bilmir. Lakin Şamil uzun illər Faxrat üçün işləsə də, ümumiyyətlə heç bir əmək haqqı almamışdır. Sadəcə Şamil söhbət əsnasında bildmişdir ki, o, dayısı Faxrata özünün gəliri ilə bağlı söhbət etməyə, bunu tələb etməyə utanır, həm Faxrat onun adına torpaq sahəsi almışdır, Faxrat həmin torpağı və əlavə maşınları verəcəyinə söz vermişdir. Ümumiyyətlə Faxrat tərəfindən Şamilin adına hanısa daşınar və yaxud daşınmaz əmlak alınıbalınmamasından məlumatı yoxdur və o, bu məsələlərə qarışmamışdır. Əgər belə əmlaklar alınsalar belə bunların nə üçün oğlunun adına alınması ona məlum deyil. Uzun illərdir ki, hətta oğlu Şamil işlədiyi dövrdə belə valideyn olaraq dəstək üçün oğlunun ailəsini rayondan ərzaq məhsulları göndərmişlər. Faxratla onların arasında mübahisə yaranan da, oğlu Şamilin Faxratla olan atçotu ilə bağlı qeydiyyatlarına baxan zaman həmin qeydiyyatda 100 manat pulun qarşısında sual işarəsi qoyulmasını görmü., Şamil isə ona bildirmişdir ki, həmin pulu ümumi puldan kontur və digər gündəlik şəxsi tələbatına sərf etdiyi üçün Faxrat həmin pula sual işarəsi qoymuşdur. Yəni, Faxrat Şamilə ümumiyyətlə az miqdarda pulu belə güzəştə getmək istəməmişdir. - - Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatın göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşı olan X18 ondan böyük qardaşıdır. Onlar ailədə altı nəfər övlad, dörd bacı və iki qardaş olmuşlar. Faxratın özündən də böyük 1957-ci il təvəllüdlü X19 adlı böyük qardaşı var. Qohumlarla və Faxratın özü və ailəsi ilə hər zaman xoş münasibətləri olmuş, heç biri ilə düşmənçilik və ya ədavətləri olmamışdır. Faxrat özü Estoniyada rus millətinin nümayəndəsi ilə ailə həyatı qurmuş, bir övladı və bir nəvəsi vardır. Faxrat ümümiyyətlə 40 ildir ki, hələ o, orta məktəbdə oxuyan vaxtlardan artıq Rusiya Federasiyası və Estoniyada işləyib yaşamışdır. Buna baxmayaraq Faxrat tez-tez valideynlərinə baş çəkib onlara yaxşı baxır, bütün qohumlarına köməklik göstərirdi. Təxminən2015-2016-cı illərdə həriki övladı Bakı şəhərində ali təhsil alır və Türkiyə səfirliyi yaxınlığında kirayədə yaşamışlar. Həmin ərəfədə Faxrat Azərbaycana gəlib onlara baş çəkdi və övladlarının kirayədə qaldığını görüb buna narazılıq edib onun dəstəyi ilə ev alınmasını təklif etdi. Həmin ərəfədə o və həyatyoldaşı özlərinə yığdıqları miqdarını bilmədiyi pulları hesabına Bakı şəhərindən mənzil almaq istəmişlər. Bu vaxt “MemarƏcəmi” metro stansiyasının yaxınlığında bir mənzil tapıb bəyənsələrdə Faxrat həmin evin yaxşı olmadığını deyib almaqlarına mane oldu və İlqar adlı dostuna məxsus mənzili almadğı təklif etdi. Beləliklə, ünvan 7 ünvanında yerləşən 03 otaqdan ibarət mənzil onun adına çıxarış alınıb rəsmiləşdirildi. Həmin mənzilin dəyərininABŞ dolları ilə ödənmişdir, mənzilin dəyərinin ümumi məbləğinin 70-80 faiz hissəsini həyat yoldaşı ödədi, qalan hissəsini isə Faxrat özü İlqara ödəmiş və həmin ödədiyi məbləği onlara hədiyyə etdiyini bildirmişdir, Hazırda da həmin mənzil onun adınadır və orada qeydiyyatdadır və oğlu Şamil öz ailəsi ilə həmin ünvanda yaşayır. Onun həyat yoldaşı Elçin həmin pulu qardaşı Faxratın özünə ödəmişdir. Beləliklə, qeyd etdiyi mənzil onun adına alınmış və faktiki olaraq da onun mülkiyyətindədir. Çünki mənzilin böyük hissəsini həyat yoldaşı Elçin ödəmiş, qalan hissəsinə isə qardaşı Faxrat özü onlara hədiyyə etmişdir. Mənzilin onun adına rəsmiləşməsinə səbəb o, olmuşdur ki, Faxrat özü nə vaxtsa həyat yoldaşından boşansa bu halda həmin mənzil onun özünə qalması üçün belə edilməsini istəmişdir. Oğlu Şamil hərbi xidmətdən qayıtdıqdan sonra qardaşı Faxrat əvvəlcə oğlunu Estoniyaya aparıb orada iş verməyi təklif etsə də, onlar buna razı olmamış, sonradan elə həmin ərəfədə oğlu Şamil Faxratın dəstəyi ilə logistika şirkəti qurmuş və birlikdə işlətməyə başlamışlar. O və həyat yoldaşı onların arasında olan işin mahiyyətini dəqiq bilmir, onların hansı gəlir əldə etməsi, Şamilin oradan nə qədər əmək haqqı almasını bilmir. Lakin Şamil uzun illər Faxzrat üçün işləsə də, ümumiyətlə əmək haqqı almamışdır. Sadəcə Şamil söhbət əsnasında bildrirdi ki, o, dayısı Faxrata özünün gəliri ilə bağlı söhbət etməyə, bunu tələb etməyə utanır, həm də Faxrat onun adına torpaq sahəsi almışdır. Ümumiyyətlə Faxrat tərəfindən Şamilin adına hanısa daşınar və yaxud daşınmaz əmlak alınıbalınmamasından dəqiq məlumatı yoxdur, o, bu məsələlərə qarışmamışdır. Əgər belə əmlaklar alınsalar belə bunların nə üçün oğlunun adına alınması ona məlum deyil. Uzun illərdir ki, hətta oğlu Şamil işlədiyi dövrdə belə valideyn olaraq dəstək olaq deyə onlar oğlunun ailəsinə rayondan ərzaq məhsulları göndərmişlər. O, həmçinin ona verilmiş səs yazıları ilə bağlı suala cavab verərək göstərmişdir ki, o, həmin səs yazılarında Şamilin yaşadığı onun adına olan mənzili nəzərdə tutub bildirmişdir ki, onun həyatını məhv edən ətrafında olan şəxslər uzaqlaşandan sonra həmin evi onun özünə geri qaytaracaqdır. O, bunu ona görə demiş ki, həmin mənzilə o da müəyyən bilmədiyi qədər pulun o qoymuşdur. Bundan başqa bu səs yazılarında Faxratın Şamilə iş üçün aldığı hazırda idarə etdiyi wolsvagen markalı avtomobili geri qaytarmağı nəzərdə tutmuşdur. Bildiyi qədər həmin avtomobilin də bir hissəsini Şamil özü ödəmişdir. - - X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatın göstərmişdir ki, o, Faxrat Mamedovu 10 ildən artıqdır tanıyır. Dostluq münasibətləri vardır. Farxad Estoniyada balıq biznesi ilə məşğul olur, eyni zamanda Azərbaycanda balıq satışı ilə məşğuldur. Azərbaycanda “Xəzər fish” adlı şirkət təsiss etmişdir. Onun ixtisası balıq üzrə mühəndis-texnoloqdur. Neftçala və Sumqayıt şəhərində vaxtilə balıq zavodlarının direktoru işləmişdr. Farxad təxminən 2019-cu ilin sonları ya da 2020-ci ilin əvvəllərində ona təklif etdi ki, “Xəzər fısh”-in direktoru vəzifəsini icra etsin. O, da razılaşmışdır. Bundan əvvəl Faxrad başqa şirkətin adına balıq və balıq məhsulları göndərirdi. O, direktor olduğu müddətdə ancaq şirkətin balansında, Faxradın bacısı oğlu Şamilin və başqa qohumlarının adlarına olan soyuducu yük avtomobilləri ilə ayrı-ayrı müştərilər üçün ölkə daxilində və ölkə xaricində yük daşımaları ilə məşğul olurdu. Yığılmış pulları Faxrada göndərmiş, ancaq sürücülərin əmək haqqısını, təmir və digər xərcləri özü ödəyirdi. Həmin ərəfələrdə aralarında mübahisə olduğu üçün Faxrad bacısı oğlu Şamili işdən kənarlaşmışdır. Şamil bundan əvvəl Faxrad tərəfindən təssis edilmiş “One Stle” şirkətin direktoru olmuşdur. Şamil vətən müharibəsində iştirak edib qayıtdıqdan sonra Faxrad onu bağışladı və 2021ci ilin fevral ayının sonlarında Faxrad yenidən Şamili onun yanına işləməyə göndərdi. Şamil ancaq avtomobillərin təmirinə nəzarət edirdi. Digər bütün işləri o, təşkil edib rəhbərlik edirdi. Bir-iki ay onun tabeçiliyində işləyəndən sonra gördü ki, ona tabesizlik göstərir, müştərilərlə danışdığı qiymətlərin az olduğunu bildirib, müştərilərlə razılaşmaları pozurdu, ona görə də, o, Farxada dedi ki, o, işləmək istəmir. 2021-ci ilin iyun ayında işdən ayrıldı. O, şirkətin rəsmi direktoru idi. Faxrad əvvəllər Şamilə çox inanırdı. Bakıdakı mənzilləri, Mərdəkanda bağ evini və şirkət üçün avtomobillərin çox hissəsini Şamilin adına almışdır. Eşitdiyinə görə Şamil avtomobilləri və mənzilləri Faxrada qaytarmaq istəmirdi. Faxrad 2018-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi A.Abbaszadə küçəsindəki mənzili ümumi tanışları Vilayət Abdullayevdən 168000 manata alanda o, da onunla olmuşdur. Həmin vaxt Faxrad tanışı Faiq də, yanında olub. Həmin mənzili Faxrad Şamilin adına sənədləşdirmişdir. Faxradın dediyinə görə Şamili oxutdurub, Goranboy rayonundakı evi də, Şamilin valideynləri üçün ev tikmiş, Bakıda Şamil onun evində qalır. Hətta Şamil üçün avtomobil almışdır. O, həmçinin bildirmişdir ki, Faxrad heç vaxt Şamillə şərik olmayıb. Şamil yığılan pullardan qeyri-rəsmi maaşını götürmüşdür. Şamil necə şərik ola bilərdi ki, Faxrad ondan əvvəl Şamili işdən çıxarmışdır. Şamil müharibədən qayıtdıqdan sonra o, da Faxraddan xahiş etmiş ki, Şamili işə götürsün və ona köməklik etsin. Faxrad da Şamili bağışladı. Faxradın dediyinə görə ondan əvvəl Şamil verdiyi hesabatlarda əskikliklər çox olub, yəni yeyinti olmuşdur. O, Şamilin Faxradla şərikli işlədiyini eşitməmişdir. Ondan əvvəl də, Şamil Faxradın işçisi kimi işlərini görürdü. Bundan əlavə Şamil Faxrada demişdir ki, avtomobilləri şirkətin adına göndərsə daha çox vergi ödəməli olacaqdır, ona görə də, Faxrata Estoniyada balıq biznesindən əldə etdiyi gəlirlər hesabına aldığı 4 ədəd yük avtomobilini Şamilin adına invoys göndərmiş və Şamilin adına verdiyi etibarnamə əsasında avtomobilləri öz adına rəsmiləşdirmişdir. Faxradm Estoniyada böyük balıq biznesi vardır. Orada qazandığı pullarla avtomobilləri almışdır. Avtomobillər Şamilin adına formal olaraq rəsmiləşdirilmişdir. Əslində isə Şamilin həmin avtomobillərin alınmasında heç bir payı yoxdur, həmin avtomobilləri Faxrad Şamilə bağışlamamışdır. - - X26 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, uzun illərdir ki, mənzil və evlərin təmiri ilə məşğul olur və öz briqadası vardır. O, Faxrat Mamedovu 2018-ci ildən tanıyır. Onun facebookda təmir və tikinti ilə məşğul olmağına dair səhifəsi var. Faxrat mobil nömrəni ordan götürüb ona zəng vurmuşdur. Faxrt Badamdar qəsəbəsində 4 otaqlı mənzildə yaşayırdı. Faxrat ona dedi ki, yaşadığı mənzili satıb 2 otaqlı mənzil almaq istəyir və zövqünə uyğun təmir etmək istəyir. Sonradan Faxrat həmin dörd otaqlı mənzili satıb yaxınlıqda iki otaqlı mənzil almış və qeyd edilən mənzili o təmir etmişdir. Bundan başqa Faxratın bacısı oğlu Şamilin adına Badamdar qəsəbəsində dörd otaqlı mənzil almışdır. Həmin mənzili 2018-ci ildə almışdır. Həmin mənzili o təmir etmişdir. Faxrat çox vaxt xaricdə olduğu üçün təmir pulunu Faxratın dediyi adamlardan almışdır. Faxrat nömrələrini ona gönndərirdi, o, da zəng vurub təmir pulunu alırdı. Faxratın bacısı oğlu Şamili də Faxratın yanında bir neçə dəfə görmüşdür. Şamil Faxratın Bakıdakı biznes işlərini görürdü, loqistika işinə nəzarət edirdi. Şamil Faxratın tapşırıqlarını icra edirdi. Şamil cəmi ona 3-4 dəfə təmir üçün pul verib, hər dəfədə, maksimum 2000 manat ya da 1500 manat pul verirdi. Şamil hər dəfə ona pul verəndə deyirdi Faxrad pulu göndərib. Təmirə pulun çoxsunu Faxratın dostu İlqar Məmmədov, Elşən və başqaları verirdi. Təmirlə bağlı o, həmişə Faxradla danışırdı. Şamilin adına aldığı mənzili o, təmir etmişdir. Şamil təmirə ümumiyyətlə nəzarət etməyib. Həmin mənzilə cəmi bir dəfə Şamil gəlmişdir. Faxrat Mərdəkan qəsəbəsində Şamilin adına həyət evi almışdır. Hazırda həmin evi Faxratın tapşırığı ilə təmir edir. Təmirə nəzarət Faxrat şəxsən özü edirdi, hesabatı o, Faxrata göndərirdi. Faxrat zövqünə uyğun bağ evini təmir etdirirdi. X25 sauna peçi gətizdirirdi və onun sifarişi ilə orada sauna tikmişdir. İç divarlara Faxratın tapşırığı ilə dekorativ boya vurmuşdur. 2021-ci ün təxminən oktyabr ayında “Nizami Mail” ticarət mərkəzində restoran təmirini etdirmişdi, həmin restoranın sahibi Nərimanov rayonu ərazisində yaşayış binası tikmişdir, ona dedi ki, həmin binanda iki təmirsiz mənzil qalıb, borcu olduğu üçün mayasından ucuz satır. O, da bu barədə Faxrata zəng vurub demiş. Faxrad ona dedi ki, mənzili Şamillə göstərsin, lazım olsa Şamil özü alar. O da, Şamili həmin binaya aparmış, binaya baxmışlar. O, təmiri işi ilə məşğul olduğu üçün mənzillərə tez-tez gedir. Ancaq binaya baxdıq. Lakin Faxrat mənzili almadı. Faxratın Şamili işdən kənarlaşdırmışdır, Faxratın dediyinə görə işlərin hesabatını ona verməmişdir. Bildiyinə görə X16 rayonu ərazisində onun üçün mənzil almaq adı ilə pul alıb lakin mənzili almayıb. Pulun məbləğini bilmir. O, Faxrat üçün yalnız mənzilləri təmir etmişdir. Həmçinin bildirmişdir ki, o, Şamili Faxratın şəriki kimi tanımamışdır. Şamil ona heç vaxt deməyib ki, Faxratın şərikidir. Faxrat da ona Şamilin onun şəriki olduğunu deməmişdir. Əksinə Faxrat ona demiş ki, Şamil onun burada işlərini görür. Faxrat bağ evini balıq işindən əldə olunan qazancla almışdır. Evi Şamilin adına ona görə sənədləşdirmişdir ki, torpaq sahəsi xarici vətəndaşın adına ola bilməz. Faxrat Şamilə çox etibar edirdi O, həmin evi təmirə başlayanda evi Faxratın tanışı olan İlqar göstərib. Həmin evə Şamilin gəldiyini görməmişdir. O, orada bir ildən artıq işləmiş və həmin müddət ərzində Şamil oraya gəlməmiş, pulu isə Şamil şəhərdə vermişdir. Evin təmirinə pul lazım olanda o, Faxrata zəng vurmuş, Faxrat da Şamilə tapşırırdı ki, ona pul versin. Şamil ona heç vaxt deməmişdir ki, ev ona məxsusdur və ya dayısı onun üçün almışdır. Evin təmirin gedişində o, mütəmadi olaraq Faxratla votçapla danışmış, kafelləri, metlaxları və digər materialların şəkillərini ona göndəriişdir. Faxrat materialın rəngini və markasını seçdikdən sonra o, materialı almışdır. O, təmirin gedişatı barədə Faxrata məlumat verirdi. Çünki, Faxrat ona demişdir ki, həmin evi özü üçün alıb və orada yaşayacaqdır. Evi Şamil əldə etdiyi qazancla almamışdır. Faxrat evi Şamilin adına alsa da, özü üçün almışdır. Təmirini də öz zövqünə uyğun etdirmişdir. Əgər Şamil üçün evi almışdırsa bəs niyə görə Şamil təmirlə maraqlanmırdı və oraya gəlmirdi. Həmçinin bildirmişdir ki, Faxrad Buzovna qəsəbəsində torpaq sahəsi almaq istəyirdi. Həmin torpaq sahəsinə özü də baxmışdır. Torpaq sahəsi təxminən 50-55 min manata satılırdı. Özü Estoniyada olduğu üçün Şamillə 20000 manat pul göndərmişdir. Şamil maklerə beh kimi 20000 manat pul verdi. Qalan pulu da 15 gün ərzində verməli idi. Həmin torpaq sahəsini almaq mümkün olmadığı üçün Hövsan qəsəbəsində Faxrad onun adına torpaq sahəsi aldı. Şamilin verdiyi 20000 manat pul da Hövsanda torpaq sahəsinin alınmasına xərcləndi. - - X13 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, nəqliyyat daşımalarını həyata keçirir və bunun üçün şirkəti var. Faxrat Mamedovu 30 ildən artıqdır ki, tanıyır. Münasibətləri həmişə yaxşı olub. Faxradın evinə gəliş-gedişi olub. Onun qohumları tanıyır. Əvvəllər ticarətdə şərikliyi də olmuşdur. Faxrad Mamedov dostu Vəkil1la şirkət yaradaraq Azərbaycana balıq məhsulları göndərirlər. Faxrad "xxxx" və “Xəzər Fish” adlı şirkətləri təsis etmişdir. Faxrad Rusiya vətəndaşıdır. 2014-cü ildə o, özünə məxsus ünvan 8 ünvandakı mənzilini satmaq istəyirdi. Farxad mənzili almaq istədiyini bildirdi. O, bildirdi ki, Rusiya vətəndaşı olduğu üçün mənzili öz adına almaq istəmir, istəyir ki, hələlik bacısı Afətin adına sənədləşdirsin, lazım gəlsə Afətin adından mənzili satıb biznesə qoyar. 2014-cü ildə Faxrad ona 110000 ABŞ dollar pul verməklə mənzili satmış və mənzili Faxradın tapşırığı ilə bacısı Afətin adına Nərimanov rayonu Təbriz küçəsində yerləşən notariusda alqı-satqı ilə sənədləşdirmişlər. Faxrad bir neçə il ərzində Bakı şəhərində aldığı mənzilləri və bağ evini bacısı oğlu Şamilin adına sənədləşdirdi. Faxrad sonradan ona dedi ki, Şamil ona deyib ki, Rusiya Federasiyası vətəndaşının adına ev və mənzil ala bilməz. Halbuki, xarici vətəndaş adına mənzil ala bilər, torpaq ala bilməz. Faxrad Şamili işə götürmüşdür. Bakıdakı işlərini görürdü. Farxad Bakıya gələndə onlar tez-tez görüşmüşlər. Faxrad Estoniyadan bir neçə soyuducu yük avtomobillərini alıb Azərbaycana göndərmişdir. Avtomobillərin bir neçəsini Şamilin adına sənədləşdirmişdir. Halbu ki, Faxrad avtomobilləri şirkətin adına rəsmiləşdirmək istəyirdi. Şamil isə onu aldadıb demişdir ki, şirkətin adına sənədləşdirmək sərfəli deyil, onun adına sənədləşdirsin. Faxrad buna görə avtomobillərin invoysunu Şamilin adına göndərmişdir. Faxrad balıq işinə qazanc götürə bilmədiyi üçün avtomobillər alıb yük daşımaq işini təşkil etmişdir. Faxrad Şamil üçün avtomobil də almışdır. Faxrad Mərdəkan qəsəbəsində Şamilin adına həyət evi almışdır ki, oranı təmir edib orada Bakıya gələndə yaşasın. Farxadın deməsinə görə Estoniya Respublikasından “Mercedes” Bens Aktros-1841 nömrəli yəhərli dartıcısı olan **-BH-*** d.q.n.-lı yük avtomobilini 27.000 avroya, Furqon refrejatorlu **-ZX- *** d.q.n-lı yük avtomobili 22.000 avroya, “Skayner” R 420 markalı yəhərli dartıcı olan **- DP-*** d.q.n-lı yük avtomobili 27.000 avroya, FTXF-105 markal 99-EY- 790 d.q.n-lə yük avtomobilin 19.000 avroya, iki ədəd Volva markalı avtomobili 64.000 avroya aldığı nəqliyyat vasitələrini Şamilin verdiyi yalan vədə görə onun adına göndərərək, rəsmiləşdirmişdir. Faxrad bacısı Afət üçün Goranboy rayonunda ev tikmişdir. Afətin və ərinin maddi imkanları olmayıb. Şamil evi və mənzili Faxrada qaytarmaq istəmir. Halbu ki, Şamilin və valideynlərinin heç bir maddi imkanı olmayıb ki, ev və ya mənzil alsınlar. Faxradın deməsinə görə Afət iddia edir ki, guya ondan aldıqları mənzilin pulunun bir hissəsini əri verib. O, bunu eşidəndə dəhşətə gəlib. Mənzili o, Afətin adına sənədləşdirəndə Afətlə söhbəti olmuşdur. Afət ona demədi ki, mənzili qardaşı ona verəcəkdir, dediyinə görə evin pulu Faxrada məxsusdur. Doğrudur, Faxrad Afətə icazə vermişdir ki, həmin mənzilə müvəqqəti yaşasınlar, lazım gələrsə satanda evdən çıxarlar. Faxradın dediyinə görə 2022-ci ilin əvvəllərində Şamil ona deyib ki, onun üçün Nərimanov rayonunda yeni tikili binada ucuz qiymətə mənzil alacaqdır, ondan 220000 ABŞ dollar pul alıb ələ keçirib, nə mənzil alıb, nə də ki, pulu qaytarır. Faxradın Şamilin adına sənədləşdirdiyi daşınmaz əmlaklarda və avtomobillərdə Şamilin heç bir zəhməti yoxdur. Faxrad ümumiyyətlə Bakıdakı biznesindən qazanc götürməmişdir. Faxradın qazancı Estoniyadakı biznesindən əldə etmişdir. Şamil iddia edir ki, guya Faxradın Bakıdakı işlərinə şərik olub. Bunu eşidəndə şok olmuş, Şamili Faxrad oxutdurub öz yanında işə götürüb. Faxrad Bakıda aldıqları daşınmaz əmlakı və avtomobilləri Estoniyadakı biznesindən əldə etdiyi qazanc hesabına əldə etmişdir. ona indi aydın olur ki, Şamil niyə görə ona deyib ki, xarici vətəndaş ölkədə daşınmaz əmlak ala bilməz, Əmlakı onun adına sənədləşdirsin, nə vaxt satmaq lazım olsa onun dediyi adama satar və pulunu Faxrad götürər. Faxrad sadəlöv adam olduğu üçün və Azərbaycanın qanunlarından xəbərsiz olduğu üçün Şamilə inanıb. - - Vəkil1 Xeybər oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatında göstərmişdir ki, X31 Federasiyasının vətəndaşı olmaüqla, Estoniya Respublikasında yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Talliq şəhərində balıq şirkəti var. Faxrad Azərbaycanda doğulub böyüdüyünə görə tez-tez ölkəyə gəlir. O, Farxad Mamedovu 2018ci ildən tanıyır, sonradan da, da birgə şəriklikləri yaranıb. Onlar balıq emalı və satışı ilə məşğul olurlar. Şirkətləri "xxxx" MMC adlanır. MMC təsis olunanda MMC-nin direktoru Farxadın bacısı oğlu Şamil idi. O, hazırda şirkətin direktorudur. Həmin MMC-ni 2018-ci ilin sonlarında təsis etmişlər. Bu minvalla onun köməkliyi ilə "xxxx" MMC-ni təsis etmiş və bacısı oğlu Şamil Elçin oğlu həmin MMC-yə direktor vəzifəsinə təyin etmişdir. O, Farxadla Estoniyadan Azərbaycana “Lasos” balığının hissələrini gətirib burada emal edib yenidən Rusiyaya göndərirdik, eyni zamanda Azərbaycanda Sirkət Şamilin adına olsa da, Şamil işçi kimi fəaliyyət göstərmiş, satışda etmirdi, yalnız sənədləşdirmə işlərində iştirak edirdi. Misal üçün gömrük malları gələndə Şamili göndərirdik ki, malları qəbul edib anbara bəzən Şamil emal proseslərində iştirak edirdi, satışla İlqar və Eldar adlı işçilər məşğul olurdu. Pulların yığılmasında heç bir iştirakı olmurdu. 500 manat rəsmi, qeyri-rəsmi də 500 manat olmaqla 1000 manat maaş vermişlər. Samil əsasən yük avtomobillərinin işinin təşkili və təmiri işləri ilə məşğul olurduş. Bakıda olduğu müddətdə əldə etdiyi gəlirləri hesabına və xaricdən idxal olunan məhsulların maya dəyəri ilə birlikdə nəğdlaşdırıb, Faxrada Bakı şəhərindən bir neçə yerdə Cavabdeh1 adına evlər almışdır. Belə ki, 2018-ci ildə ünvan 9 ünvanda yerləşən üç otaqlı 135 kv.metr sahəsi olan 25 nömrəli mənzili Vilayət Abdullayevdən 168.000 manata almışdır. Həmin mənzili Farxadın xahişi İlə Şamilin adına rəsmiləşdirmişlər. Mənzilə görə ödənmiş 168.000 manat Farxada məxsusdur, məzilin Şamilin adına rəsmiləşdirməkdə səbəb alqı-satqısının baş tutduğu vaxt Faxradın həmin vaxt Azərbaycanda olmaması olmuşdur. Həmin alqı-satqı Nərimanov rayonu, Təbriz küçəsində yerləşən notarial ofisində rəsmiləşdirmişlər. Mənzili o, Faxrad üçün tapmışdır. Mənzili Faxrad üçün alanda ümumi tanışları İlqar Məmmədov da yanlarında həmin ərəfələrdə onun başqaları şərikli olduğu "xxxx" MMC-nin direktoru idi. Həmin mənzili Faxrad alarkən alqı-satqının baş tutacağı gün olmayacağını əvvəlcədən bilirdi və hətta bu rəsmiləşdirməni özünün ölkə də olacağı gündə həyata keçirməsini istəyirdi. Lakin onun şahidliyi ilə bacısı oğlu Şamil Faxraddan xahiş etdi ki, mənzili onun adına rəsmiləşdirilsin, gəldikdə istədiyi vaxt mənzili kimin adına desə rəsmiləşdirəcəkdir. Şamilin bu vədindən sonra Faxrad onunla razılaşdı və mənzil Şamilin adına rəşmiləşdirildi. 2019-cu ildə Farxad ona dedi ki, özü üçün bağ evi almaq istəyir, o, da facebook sosial şəbəkəsində Firqət adlı maklerin səhifəsində Mərdəkan sahəsində bağ evinin satıldığını görmüşdür. Həyəti 24 sot idi. Mərdəkan qəsəbəsi massivində, iki mərtəbli, 4 otaqlı villası olan 24 sot torpaq sahəsini Faxradınvəsaiti hesabına o, hazırda Türkiyədə yaşayan, azərbaycanlı, ixtisasca həkim olan Fərəh adlı xanıma 86.000 manat pul ödəməklə almışdır. Bu alqı-satqı da Nərimanov rayonu Təbriz küçəsindəki notariat ofsində rəsmiləşdirilmişdir. Torpağın 12 sotunu o, özünə götürmüş, qalan 12 sotunu evlə birlikdə Faxrad özünə götürmüşdür. Faxradın adına torpaq sahəsi sənədləşdirilə bilməyəcəyindən o, torpaq sahəsini Şamilin adına rəsmiləşdirilməsinə səbəb Azərbaycan Respublikası qanunlarına görə xarici vətəndaşın ölkə ərazisində torpaq sahəsini almaq hüququna malik olmaması olmuşdur. Bundan başqa Faxrad Mamedov 2014-cü ildə ünvan 4 ünvanda yerləşən 200 kv.metr olan, 3 otaqlı, 113 nömrəli mənzili şəriki İlqardan 110.000 ABŞ dolları pulun müqabilində almış və Farxad bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 və Şamillə söhbət zamanı ona etiraf etmişlər ki, mənzilin pulunun hamısını Faxrad vermişdir. Bundan başqa onun təklifi və köməyi ilə Faxrad Mamedov ölkə ərazisində fəaliyyət göstərən şirkəti üçün yük daşıma işlərinin aparılması məqsədi ilə xaricdən 9 ədəd nəqliyyat vasitəsi alaraq, gömrük rüsumları ödəməklə ölkəyə göndərmişdir. Həmin ərəfələrdə X20 təsis etdiyi şirkətdə direktor vəzifəsində işləyirdi. Ölkə xaricində alınmış nəqliyyat vasitələrinin invoys sənədlərinin Farxadın təsis etdiyi,- Şamili direktoru olduğu şirkətin adına planlaşdırılsa da, Şamil Farxadı inandırmışdır ki, nəqliyyat vasitələri şirkət adına göndərilərsə, vergi, gömrük və eyni zamanda gələcəkdə satmaq niyyəti olduqda əlavə lüzumsuz xərclərə səbəb olacaqdır. Şamil inandırmışdır ki, nəqliyyat vasitələri alınandan sonra şirkət deyil, fiziki şəxs adına göndərilməlidir. Ona görə də Farxad Estoniya Respublikasından “Mercedes” Bens Aktros-1841 nömrəli yəhərli dartıcısı olan **-BH-*** d.q.n.-lı yük avtomobilini 27.000 avroya, Furqon refrejatorlu **-ZX-*** yük avtomobili 22.000 avroya, “Skayner” R 420 markalı yəhərli dartıcı **-DP-*** d.q.n-lı yük avtomobili 27.000 avroya, FTXF-105 markal **-EY-*** d.q.n-lı yük avtomobilin 19.000 avroya, iki ədəd Volva markalı avtomobili 64.000 avroya aldığı nəqliyyat vasitələrinin invoys sənədlərini Şamilin adına göndərmişdir. Lakin Şamil yük avtomobillərlə müştərilər üçün yük daşıtdırsa da verməmişdir. Ona görə də, Faxrat Şamili 2020-ci ildə həmin işdən kənarlaşdırıb yerinə İlqar Məmmədovu qoymuşdur. İlqarın işə başlayandan qazanc əldə olunmağa başladı. Faxrad Mamedov 2021-ci ilin sonu, 2022-ci əvvəllərində bir mənzil və bir yük avtomobili sataraq əldə etdiyi 220.000 ABŞ dolları pulun müqabilində hündür mərtəbəli yaşayış binasından 4 otaqlı mənzil almaq istəyirdi. Bu barədə ona və bacısı oğlu Şamilə demişdir. Həmin ərəfədə həmin vəsaiti, yəni 220.000 ABŞ dolları ona vermişdi ki, saxlasın. Həmin ərəfədə Şamil dayısı Faxrada məlumat verdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində təxminən 165 kvadrat metr sahəsi olan 4 otaqlı təmirsiz mənzil Faxrat, ondan xahiş etmişdir ki, həmin yerə gedib evin harada yerləşməsi və yerləşdiyi ərazidə evlərin qiyməti ilə maraqlansın. O, konum üzrə gedib, evin «Azinko» şirkətinin Əliyar Əliyev küçəsində inşa etdiyi hündürmərtəbəli yaşayış binasında olduğunu görmüş və hətta dəqiqləşdirmək üçün Şamillə əlaqə yaradıb həmin mənzilin «Azinko»nun inşa etdiyi binadan olub-olmadığını dəqiqləşdirmişdir. Onun təsdiqindən sonra o, həmin binada mənzillərin qiyməti ilə maraqlanmış və 165 kvadrat metr 4 otaqlı mənzilin 220.000 ABŞ dollara sərfəli olduğunu düşünmüş və düşüncələrini Faxratla telefonda bölüşmüşdür. Bir neçə gün sonra Faxrad ona demiş ki, 220.000 ABŞ dollar pulu Şamilə versin və mənzili öz adına sənədləşdirsin. Bunun üçün o, həmin vəsaiti şəxsiyyət vəsiqəsi ilə birlikdə «Elit» Ticarət mərkəzinin qarşısında Vilayət Abdullayevin iştirakı ilə Şamillə görüşüb ona vermişdir. Bu hadisədən iki gün sonra Faxrat ona Şamilin həmin mənzili aldığı xəbərini verdi və bildirdi ki, Şamilə ona mənzilin alqı-satqısına dair müqaviləni maliyyə arayışını təqdim edəcək. Şamil isə həmin gündən etibarən bir neçə ay ərzində müxtəlif bəhanələr gətirərək gah mənzili onun adına deyil, öz adına rəsmiləşdirdiyini bildirdi, gah da mənzili şirkətdən deyil, birbaşa mənzilin sahibindən aldığını, mənzil sahibinin isə xaricdə olduğunu bildirmişdir. Sonralar Şamil, mənzilin «AZİNKO»nun inşa etdiyi mənzil olduğunu bir daha təsdiq etdi. Faxradın xahişi ilə o, şirkətə getmiş, səlahiyyətli şəxslərlə görüşmüş və həmin binada nə Faxradın, nə onunm, nə də Şamilin adına ev rəsmiləşdirilmədiyini öyrənmiş və bu barədə Faxrada bildirmişdir. O, tam əmin oldu ki, onları aldadıb Faxradın pulunu ələ keçirib. O və Faxrad, Şamildən hesabat təqdim etdi ki, pulla mənzil almayıbsa pulu bəs hara xərcləyib. Şamil isə hesabat verməkdən imtina edirdi. Şamil nəinki 220000 ABŞ dolları, adına olan avtomobilləri və evləri qaytarmaq istəmir. İddia edir ki, guya onun bu işlərdə zəhməti çox olub, onun da avtomobillərdə və evlərdə payı vardır. Şamil soyuducu yük avtomobillərin pulunu yığıb Faxrada verməmişdir. - - X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində verdiyi izahatında göstərmişdir ki, Faxrad Mamedovu 2018-ci ildən tanıyır. Belə ki, ünvan 10 ünvanında öz adına 138 metr kvadratlıq təmirsiz mənzili var idi, həmin mənzili 168000 manata satışa qoymuşdur. Tanışı Vəkil1 ona zəng vuraraq mənzili dostu Faxrad üçün almaq istədiyini bildirdi. Mənzilə Faiq Faxradla birlikdə baxdılar. Faxrad ona bacısı oğlu Şamili təqdim edərək bildirdi ki, mənzili Şamilin adına rəsmiləşdirəcəkdir. Faiq ona 168000 manat pul verdi. Faiqə pulu Faxrad vermişdir. Çünki, mənzil alqı-satqı olunanda Faxrad ölkədə deyildi. Nərimanov rayonu Təbriz küçəsində notarial ofisində Faiq və Şamilin iştirakları ilə o, mənzili Şamilin adına sənədləşdirdi. Bundan sonra Faxradla münasibətləri yarandı. Şamil həmin ərəfələrdə Faxradın aldığı yük avtomobillərinə nəzarət işini təşkil edirdi. Faxrad bundan başqa Binəqədi rayonunda komersiya məqsədilə mənzil almışdır ki, sonradan baha qiymətinə satsın, həmin mənzili bacısının adına sənədləşdirmiş, müvəqqəti yaşamaq üçün Şamilə vermişdir. Mərdəkan qəsəbəsində aldığı bağ evini və bir neçə yük avtomobillərini Şamilin adına sənədləşdirmişdir. Faxrad bacısı oğluna çox inanırdı. 2021-ci ilin sonları ya da 2022-ci ilin əvvəllərində Faxrad özü üçün yeni tikilmiş binanda mənzil almaq istəyirdi. Şamil ona təklif etmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsində inşa edilən binada 4 otaqlı mənzil qarajla birlikdə 220000 ABŞ dollara satılır. Faxrad da ölkədə olmadığı üçün şəriki olan Faiqə demişdir ki, həmin məbləğdə pulu Şamilə versin. Faxrad Faiqə bu barədə deyəndə o, da Faiqlə birlikdə idi. Faiq Faxradın pulunu özünə saxlayırdı. Faiqlə birlikdə onun idarə etdiyi qara rəngli “Land Cruiser" markalı avtomobillə Binəqədi rayonu ərazisində "Elit" ticarət mərkəzinin qarşısına getdik. Şamil oraya "Passat” markalı avtomobillə gəldi. Şamil avtomobilin arxa oturacağında oturdu. Şamil dedi ki, mənzilin pulunu tez ödəməsə, mənzil başqasına satıla bilər. Faiq 220000 dollar pulu sellofanda Şamilə verdi. Şamil də, çıxıb getdi. Üstündən bir neçə ay keçəndən sonra Faiq söhbət zamanı ona dedi ki, Şamil aldığı pulun müqabilində mənzil almayıb, Şamil bildirmişdir ki, mənzili “Azinko” tərəfindən inşa edilən binada alıb, lakin həmin şirkətlə maraqlanıb nə Şamilin adına, nə də onun adına mənzil sənədləşdirilməmişdir. Həmin vaxt Faiq və Faxrad bilmişlər ki, Şamil onları aldadır, pulları özü üçün xərcləyib. Faiq onun yanında dəfələrlə Şamilə zəng vurub dedi ki, pulu hara xərcləyibsə onun hesabatını versin, Şamil isə hər dəfə söhbətə gəlməkdən boyun qaçırırdı. Faxradın xahişi ilə o da, bir hüquqşünas kimi Şamilə zəng vurub demiş ki, əgər mənzilin pulunu kiməsə verib ala bilmirsə ya da bina inşa edən şirkətə veribsə və şirkət mənzjli verməkdən imtina edirsə onunla görüşüb desin, hüquqi məsələ o, həll etsin. Şamil isə dedi ki, mənzili alıb lakin sənədləşmə işi gecikir, lakin onunla görüşməkdən imtina etmişdir. Şamil hazırda adına olan evi və mənzili, yük avtomobillərini Faxrada qaytarmaqdan imtina edir, iddia edir ki, həmin evlərdə və avtomobillərdə payı vardır. Halbu ki, 2018-ci ildən bəri, yəni Faxradı tanıyandan bəri görmüş ki, Şamil Faxradın işçisi kimi olub və sonuncuya maaş verib. Faxrad aldığı evləri xaricdə olan biznesi hesabına almışdır. Faxradın dediyinə görə yük avtomobilləri ilə yüklərin daşınması işindən Şamil ona qazanc verməmişdir. Şamil Faxrada qarşı dələduzluq etdiyi ortadadır, həmin evlərini həm avtomobillərini, sonuncu dəfə isə 220000 ABŞ dollar pulunu ələ keçirmişdir. - İşə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində xx.xx.2023-cü il tarixdə X17 ilə Cavabdeh1 üzləşdirmə protokolundan görünür ki, X17 üzləşmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək Cavabdeh1 adına hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsindəki mənzili, Mərdəkan qəsəbəsindəki bağ evini almışdır. Həmin mənzil və evi ona bağışlamamışdır. Bundan başqa Şamilin adına bir neçə yük avtomobili və qoşqu almışdır. Həmin avtomobilləri və qoşquları ona bağışlamamışdır. 2014-cü ildə bacısı Afətin adına Binəqədi rayonunda mənzil almışdır. Həmin mənzili onun adına ona görə almamışdır ki, ona bağışlasın. Belə razılaşmışlar ki, nə vaxt lazım olsa satacaq. Həmin mənzildə Şamil yaşayır. Şamil onun Bakıdakı balıq biznesinə ümumiyyətlə nəzarət etməyib. Şamilə yalnız yük avtomobillərini və qoşquların işinin təşkilinə nəzarət etmişdir. Həmin işdən ona heç bir qazanc verməmişdir. Yük avtomobillərin işindən nə qədər qazanc əldə edib ona verməyib. Həmin qazancı da o, Şamildən tələb edir. Şamil üçün öz hesabına Passat markalı minik avtomobili almış və qaytarılmasını tələb edir. Bundan başqa Şamil onun üçün mənzil almaqdan ötrü Faaiqin vasitəsilə 220000 ABŞ dollar pul vermiş, Faiq ona demişdir ki, pulu Şamilə verib lakin Şamil vəd verdiyi kimi mənzili almamışdır. Bundan başqa dəqiq bilir və hiss edir ki, Şamil əldə edilən qazancın 300000 ABŞ dolları özünə götürüb. Şamil onunla şərik olmamışdır, onun işçisi olmuşdur. Həmçinin bildirmişdir ki, doğrudur Badamdar qəsəbəsindəki mənzili Kamil satıb pulu Şamilə vermişdir. şamil torpaüq sahəsi almaq üçün Rüfətə pul vermişdir. Lakin avtomobillərin alınmasına Şamilin həmin puldan verməsinə və eləcə də hazırda yaşadığı mənzilin təmirinə Rüfətə pul verməsi barədə məlumatı yoxdur. Yalnız İlqara pul verməsindən xəbəri, məbləği yadında deyil. - Üzləşmə zamanı Cavabdeh1 isə bildirmişdir ki, Faxrad Mamedovun onun üzünə qarşı dediklərini qismən təsdiq edir. Belə ki, Faxrad Mamedov onun adına mənzil, ev və avtomobillər almış və o, qaytarmağa hazırdır. Onun adına hazırda iki ədəd “Volvo” markalı bir ədəd “Scania” markalı və bir ədəd “mercedes “benz” markalı avtomobil vardır. Bundan başqa 4 ədəd “Krone” markalı qoşqu da onun adınadır. Həmin avtomobillərdən Volvo markalı avtomobil çəkdiyi zəhmətlərin müqabilində dayısı ona vermişdir. Digər avtomobilləri, qoşquları, eləcə də Mərdəkandakı bağ evini, eləcə də Badamdar qəsəbəsindəki mənzili X32 qaytarmağa hazırdır. O, dayısı üçün işlədiyi dövrdə cəmi 500 manat ona maaş verilmişdir. Pulu o, avtomobil işindən əldə olunan qazancdan maaş kimi özünə götürmüşdür. Lakin o, Faiqdən və Faxraddan sonuncu üçün mənzil almaq adı ilə 220000 ABŞ dollar və ya hər hansı bir məbləğdə pul almamışdır. Faxrad 2021-ci ildə Badamdar qəsəbəsində onun adına aldığı mənzili tanışı Kamilin vasitəsilə 224000 manata satmışdır. Faxrad həmin ərəfələrdə Estoniya Respublikasında idi. Kamil pulu Faxradın tapşırığı ilə ona verdi. Həmin puldan 20000 manatını Buzovna qəsəbəsində torpaq sahəsi almaq üçün Faxradın tapşırığı ilə usta Rüfətə vermiş, təxminən 18000-20000 ABŞ dollarını Faxradın tapşırığı ilə tanışı İlqar Məmmədova vermişdir, pulun bir hissəsini yük avtomobillərinin təmirinə və sürücülərin maaşına, yol puluna xərcləmiş, pulun təxminən 10000 ABŞ dollarını Badamdar qəsəbəsində hazırda Faxradın yaşadığı mənzilin təmiri üçün Rüfətə vermiş, xalası Aidə üçün Faxradın tapşırığı ilə bir baş inək almış, bir hissəsi də “Mersedes Actros” markalı yük avtomobilin alınmasına xərclənmişdir. Binəqədi rayonundakı hazırda yaşadığı mənzili 100000 ABŞ dollarını valideynləri Faxrada vermişlər, qalan pulunu Faxrad öz hesabına vermişdir. - İşə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində xx.xx.2023-cü il tarixdə X17 ilə X7 üzləşdirmə protokolundan görünür ki, X17 üzləşmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək Bakı şəhəri Binəqədi rayonundakı mənzili o, öz hesabına 2014-cü ildə almışdır. Lakin bacısı Afətin adına almışdır. Afətə bildirmişdir ki, həmin mənzildə müvəqqəti yaşasın, nə vaxt lazım olsa satacaqdır. O, qeyd edilən mənzili Afətə bağışlamamışdır. Həmin mənzilə görə nə bacısı Afət, nə də onun əri Elçin ona pul verməmişlər. Qeyd edilən mənzilin ona qaytarılmasını tələb edir. - Üzləşmə zamanı X14 isə bildirmişdir ki, Faxrad Mamedovun onun üzünə qarşı dediklərini qəbul etmir. Belə ki, o, Goranboy rayonunda oln evində Bakı şəhəndə mənzil almaq üçün arvadı Afət İsmayılovanın yanında Faxrada 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Faxrt dedi ki, üstünə pul qoyub bahalı mənzil alacaq. O, da razılaşmışdır. ünvan 11 ünvanında yerləşən 3 otaqlı mənzili 2014-cü ildə alaraq, arvadı Afətin adına rəsmiləşdirmişlər. Faxradın isə həmin mənzilin alınması ilə bağlı nəqədər pul qoyduöunu xatırlamıram. Mənzilin alı-satqısında o və arvadı Afət iştirak etməmişlər. Həmin vaxt Faxrad bildirdi ki, mənzilin alınmasına özü nəqədər pul qoyubsa onu bacısına hədiyyə edir. O, isə faxrda təklif etdi ki, nəqədər pul qoyubsa qaytarmağa hazırdır, Faxrad isə bildirdi ki, pulu bacısına hədiyyə edib. Pulu isə o, həmin ərəfələrdə rayon icra hakimiyyəti başçısının müavini, arvadı isə müəllimə işləmişlər və Bakı şəhərində ev almaq üçün yığmışlar. O, arvadı və oğlu Şamilin heç bir əmlakını ələ keçirməmişlər. - İşə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərərin istintaqı şöbəsində xx.xx.2023-cü il tarixdə X17 ilə Cavabdeh2 üzləşdirmə protokolundan görünür ki, X17 üzləşmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək Bakı şəhəri Binəqədi rayonundakı mənzili o, öz hesabına 2014-cü ildə almışdır. Lakin bacısı Afətin adına almışdır. Afətə bildirmişdir ki, həmin mənzildə müvəqqəti yaşasın, nə vaxt lazım olsa satacaqdır. O, qeyd edilən mənzili Afətə bağışlamamışdır. Həmin mənzilə görə nə bacısı Afət, nə də onun əri Elçin ona pul verməmişlər. Hətta Goranboy rayonunda yaşadıqları həyət evinin alınmasına və təmirinə Afətə ümumilikdə 40-50 ABŞ dolları pul vermişdir. Onun övladlarının təhsil almalarına və toyların edilməsinə pullar xərcləmişdir. Həmçinin mənzilin alınması ilə bağlı Afətin yalan danışdığını, ona pul vermədiyini bildirir. - Üzləşmə zamanı Cavabdeh2 isə bildirmişdir ki, Faxrad Mamedovun onun üzünə qarşı dediklərini qəbul etmir. Faxrad Binəqədi rayonunda olan mənzili İlqarın vasitəsi ilə onun adına sənədləşdirilmişdir. Mənzili aldıqdan bir müddət sonra Faxrad Azərbaycana gəldi və Goranboydakı evlərində əri 100000 ABŞ dolları məbləğində pulu vermiş, qalan pulu isə Faxrad özü qoymuş və o, pulu ona bağışlamışdır. Goranboy rayonundakı fərdi yaşayış evini 6 il əvvəl almışlar. Faxrad həmin evin təmirinə ona 10000 ABŞ dolları məbləğində köməkli etmişdir. O, 4-5 il əvvəl Faxrada kömək məqsədi ilə 20000 ABŞ dolları məbləğində vermək istəmiş, Faxrad isə ondan həmin pulu götürməmişdir. - İşə əlavə edilmiş AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X23 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 12 ünvanda yerləşən bağ evini torpaq sahəsi ilə birlikdə 85000 manat Cavabdeh1 satmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına xx.xx.2019-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. - İşə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-336/2024 saylı qətanməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X18 və Vəkil1 Xeybər oğluna qarşı “avtomobillərin və bağ evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 12 ünvanda yerləşən bağ evinin və **-NF- *** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını və **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin, **-BH-*** dövlət nömrə nişanlı, “X34 1841” markalı yük maşınının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **- DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını nəqliyyat vasitələrinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, ünvan 12 ünvanda yerləşən bağ evi cavabehlər X10 və Vəkil1 Xeybər oğlunun qanunsuz sahibliyindən və istifadəsindən alınaraq alınaraq iddiaçı Cavabdeh1 geri qaytarılması, **- NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri X10 qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçı Cavabdeh1 geri qaytarılması qət edilmişdir. - İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-39/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Mənzil Tikinti Koorperativi cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 say müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, iddiaçı "xxxx" MTK ilə cavabdeh X12 arasında bağlanmış 78 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və cavabdehlər X12 və Cavabdeh1 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. - İşə əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi Mamedov Fakrat, cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 1 manat olmaqla 20 paydan ibarətdir. Təsisçinin nizamnamə kapitalındakı payı “Mamedov Fakrat – 20 manat, 20 pay 100 % pul şəklində”. - İşə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlaınmış əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında müddətsiz əmək müqaviləsi bağlanaraq, sonuncuya hər ay 400 manat əmək haqqı ödənilməklə direktor vəzifəsinə təyin edilmişdir. - İşə əlavə edilmiş "xxxx" MMC-nin təsisçilərinin 19 aprel 2022-ci il tarixli, 06 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin cari fəaliyyətinə rəhbər-direktor vəzifəsində çalışan Cavabdeh1 tutduğu vəzifədən azad edilmiş və həmin vəzifəyə X24 təyin edilmişdir. - İşə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-618/2023 saylı qərarından görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh1 həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimata qapalı məhkəmə iclasında baxılraq, vəsatət və təqdimatın təmin edilməyərək, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1994-cü il Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, ünvan 13 ünvanında yaşamaqla qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. - Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmənin mövqeyi: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı 1.539.000 (bir milyon beş yüz otuz doqquz min) manat məbləğində pul vəsaitinin Cavabdeh1, 330.000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin vurulmuş maddi zərərə görə Cavabdeh2 tutulması tələbi ilə çıxış edir və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21,1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə Cavabdeh1 yönələn tələblə bağlı hissədə qeyd edir ki, iddia tələbində göstərilən maddi ziyana görə tələb edildiyi Bakı şəhəri, Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin, 25 nömrəli mənzili Cavabdeh1 adına rəsmi olaraq qeydiyyata alınsa da, müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-39/2022 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" Mənzil Tikinti Koorperativinin cavabdehlər X8 və Cavabdeh1 qarşı iddia təmin edilərək, iddiaçı "xxxx" MTK ilə cavabdeh X12 arasında bağlanmış 78 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və cavabdehlər X12 və Cavabdeh1 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Göründüyü kimi Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin, 25 nömrəli mənzili faktiki olaraq iş üzrə Cavabdeh1 adına rəmiləşdirilsə də, hazırda ona verilmiş Çıxarış ləğv edilmiş və qeyd edilən mənzil digər məhkəmə araşdırmasının predmetidir. Həmçinin cavabdehdən maddi ziyana görə tələb edilən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 192 nömrəli fərdi yaşayış evinin, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu, 99-ZF- 90 dövlət qeydiyyat nişanlı, “Krone SDR 27 yarımqoşqu” markalı nəqliyyat vasitəsi, **-ZX- *** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu, **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını, **-BH-*** dövlət nömrə nişanlı, “X34 1841” markalı yük maşını ilə bağlı hissədə məhkəmə qeyd edir ki, qeyd edilən avtomobillərin hazırda iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(003)-336/2024 saylı qətanməsinə əsasən Cavabdeh1 cavabdehlər X18 və Vəkil1 Xeybər oğluna qarşı “avtomobillərin və bağ evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, ünvan 12 ünvanda yerləşən bağ evi cavabehlər X10 və Vəkil1 Xeybər oğlunun qanunsuz sahibliyindən və istifadəsindən alınaraq alınaraq iddiaçı Cavabdeh1 geri qaytarılması, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX- *** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri X10 qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçı Cavabdeh1 geri qaytarılması qət edilmişdir. Göründüyü kimi yuxarıda adları çəkilən daşınmaz və daşınar əşyaların hər biri Cavabdeh1 mülkiyyətində olsalar da, faktiki olaraq iddiaçı X11 istifadəsindədir. Bu hal qeyd edilən məhkəmə qətnaməsi ilə də, öz təsdiqini tapmışdır. Bundan əlavə iddia tələbində cavabdehdən Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Azinko” şirkəti tərəfindən inşa edilmiş yeni tikili binada sahəsi 165 kvadrat metr olan mənzili və həmin binanın zirzəmisində yerləşən 3 ədəd avtomobil dayanacağını-qarajı alacağını bildirərək iddiaçı Faxrat Mamedovun cavabdeh Şamil Cəfərova verdiyi 220.000 ABŞ dolları məbləğində pulu alaraq iddiaçıya maddi zərər vurması ilə bağlı hissədə qeyd edilməlidir ki, həmin pul vəsaiti bağlı Cavabdeh1 nə Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq Şöbəsində dindirilərkən ifadəsində qeyd edilən pul məbləğinin ona verilməsini etiraf etməyərək yalan olduğunu bildirmiş, eləcə də həmin araşdırma ilə bağlı Faxrat Mamedov, Vəkil1 Xeybər oğlu, X12 ilə üzləşmə zamanı da Cavabdeh1 qeyd edilən halları təsdiq etməyərək ifadəsində X28 üçün mənzil almaq adı ilə hər hansı məbləğdə pul almadığını, Faxradın Badamdar qəsəbəsindəki mənzilini 2021-ci ilin may aylarında satıb, onun tapşırığı ilə Faxratın öz işlərinə xərclədiyini bildirmişdir. Bununla bağlı isə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut tədim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdehdən **-HT-*** dövlət nömrə nişanlı “Volskwaqen Jetta” markalı avtomobilə görə 15.000 manat pul tələb etsə də, həmin avtomobilin nə vaxt alındığını, hansı məbləğə alındığını, ümumiyyətlə qeyd edilən avtomobilin alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı qeyd edilən avtomobillə bağlı yalnız Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində 26 may 2023-cü il tarixdə zərərçəkmiş şəxs kimi dindirilərkən “Mən 2019-cu ildə öz hesabıma Şamil üçün “Volskwaqen Jetta” markalı avtomobili tanışım Elşəndən satın alıb Şamilə vermişəm” ifadəsində göstərmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 330.000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Salam oğluna ödənilməsi hissəsidə qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçıya Cavabdeh2 Göranboy şəhərində əlverişi yerdə yerləşən və 25.000 ABŞ dollarına satılan yarımçıq tikilini almağı təklif etdiyini, iddiaçı bununla razılaşaraq bacısı Cavabdeh2 adına formal olaraq sənədləşdirilməklə özü üçün ev almaq məqsədilə bacısı Cavabdeh2 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti verməsi, Cavabdeh2 həmin pula Goranboy şəhəri, Yeni Yaşayış massivi, 58-ci kvartal ünvanda yerləşən yarımçıq tikilini alması, bundan sonra iddiaçı köhnə şəriki X9 Goranboy şəhərində müvafiq tikilini aldığını bildirib, balıq satışından əldə edilən və iddiaçının payına düşən vəsait hesabına həmin evin təmir olunmasını xahiş edib, İlqar İsmayılov da onun xahişini yerinə yetirərək iddiaçının vəsaiti hesabına həmin evin inşasını başa çatdırıb və onu təmir etdirməsi, eləcə də ünvan 14 mənzilinin alınıb cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı 230000 manat qeyd edilsə də, məhkəmə araşdırması zamanı bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçı Faxrat Mamedovla Cavabdeh2 istintaq zamanı üzləşmə protokollarından görünür ki, Cavabdeh2 iddiçı Faxrat Mamedovun üzünə bildirmişdir ki, Faxrad Binəqədi rayonunda olan mənzili İlqarın vasitəsi ilə onun adına sənədləşdirilmişdir. Mənzili aldıqdan bir müddət sonra Faxrad Azərbaycana gəldi və Goranboydakı evlərində əri 100000 ABŞ dolları məbləğində pulu vermiş, qalan pulu isə Faxrad özü qoymuş və o, pulu ona bağışlamışdır. Goranboy rayonundakı fərdi yaşayış evini 6 il əvvəl almışlar. Faxrad həmin evin təmirinə ona 10000 ABŞ dolları məbləğində köməklik etmişdir. O, 4-5 il əvvəl Faxrada kömək məqsədi ilə 20000 ABŞ dolları məbləğində pul vermək istəmiş, Faxrad isə ondan həmin pulu götürməmişdir. Üzləşmə zamanı həmçinin Cavabdeh2 əri X1 üzünə qarşı dediklərini qəbul etməyərək göstərmişdir ki, o, Goranboy rayonunda olan evində Bakı şəhərində mənzil almaq üçün arvadı Afət İsmayılovanın yanında Faxrada 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Faxrt dedi ki, üstünə pul qoyub bahalı mənzil alacaq. O, da razılaşmışdır. ünvan 11 ünvanında yerləşən 3 otaqlı mənzili 2014-cü ildə alaraq, arvadı Afətin adına rəsmiləşdirmişlər. Faxradın isə həmin mənzilin alınması ilə bağlı nəqədər pul qoyduğunu xatırlamıram. Mənzilin alı-satqısında o və arvadı Afət iştirak etməmişlər. Həmin vaxt Faxrad bildirdi ki, mənzilin alınmasına özü nəqədər pul qoyubsa onu bacısına hədiyyə edir. O, isə faxrda təklif etdi ki, nəqədər pul qoyubsa qaytarmağa hazırdır, Faxrad isə bildirdi ki, pulu bacısına hədiyyə edib. Pulu isə o, həmin ərəfələrdə rayon icra hakimiyyəti başçısının müavini, arvadı isə müəllimə işləmişlər və Bakı şəhərində ev almaq üçün yığmışlar. O, arvadı və oğlu Şamilin heç bir əmlakını ələ keçirməmişlər. Qeyd edilən hallarla bağlı isə iddiaçı tərəfindən məhkəmə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin, 25 nömrəli mənzili, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 192 nömrəli fərdi yaşayış evinin, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **- ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu, 99-ZF-90 dövlət qeydiyyat nişanlı, “Krone SDR 27 yarımqoşqu” markalı nəqliyyat vasitəsi, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu, **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını, **-BH-*** dövlət nömrə nişanlı, “X34 1841” markalı yük maşını, **-HT-*** dövlət nömrə nişanlı “Volskwaqen Jetta” markalı avtomobilinin Cavabdeh1, eləcə də Goranboy şəhəri, Yeni Yaşayış massivi, 58-ci kvartal ünvanda yerləşən mənzil və ünvan 14 mənziliin Cavabdeh2 adına olması işin mübahisəsiz halıdır. Həmçinin məhkəmənin qənaətinə görə, yuxarıda qeyd edilən əmlakların cavabdehlərin adlarına olması ilə bağlı iddiaçı tərəfindən nə məhkəməyə qədər istintaq zamanı, nə də məhkəmədə iddia qaldırarkən ərizəsinə, iddia tələbinin təmin edilməsinə yönəlik bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı belə bir halın mövcudluğunu faktiki olaraq yalnız izahatının məzmunu ilə təsdiq etmişdir. Yuxarıda qeyd edilənlərdən və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 dayısı ilə aralarında uzun müddətli sahibkarlıq münasibətləri olmuş, dayısını aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirməsi ilə bağlı hər hansı faktın mövcudluğuna dair sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, nəqliyyat vasitələri hal-hazırda Cavabdeh1 mülkiyyətində olduğu halda, iddiaçı Fakrat Mamedovun istifadəsindədir, eləcə də iddiaçı Fakrat Mamedov Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 192 nömrəli fərdi yaşayış evindən də istifadə edir. Belə olduğu halda iddia ərizəsində göstərilən əmlakların hazırda cavabdehlərin mülkiyyətində olması iddiaçıya hansı maddi zərərin vurmasını sübut edə bilməmişdir. Məhkəmə, iddia tələbinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən əmlakların, eləcə də cavabdehə evin alınması üçün vermiş olduğu 220.000 ABŞ dolları məbləğində pulun verməsini sübut etdiyi halda, cavabdehlərin ona münasibətdə mülki hüquq pozuntusu törətməsinə dair iddia tələbi haqlı sayıla bilərdi. Lakin iddiaçı bu halı təsdiq edəcək hər hansı bir sübut növü təqdim edə bilməmiş, yalnız formal olaraq izahatlara, şahid ifadələrinə istinad etmiş və belə bir faktın mövcud olması ilə kifayətlənərək iddiasının əsaslı olmasını bildirmişdir. Hazırki işdə iddia tələbinin əsaslı olması iş üzrə dindirilmiş şahid ifadələri ilə də təsdiq olunmur. Belə ki, Mülki Prosessual Məcəllənin maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlərdən Vəkil1 Xeybər oğlu iddiaçı ilə ortaq sahibkarlıqla məşğuldur, digər şahidlərdən X13 isə iddiaçının tanışı olmaqla işdə maraqlı olan şəxslərdir, bu baxımdan onların ifadəsinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı. X12 isə ifadisndə yalnız Badamdarda yerləşən evin satılması halını göstərə bilmişdir. Bununla yanaşı iddiaçının tələb etdiyi daşınmaz əmlaklarla bağlı həm Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin, həm də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin artıq qətnamələri mövcuddur ki, qeyd edilən qətnamələrdə əmlaklarla bağlı məsələyə hüquqi qiymət verilmişdir. Məhkəmə mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 hazırki iş üzrə iddia tələbinə iddia müddətinin tətbiqi ilə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tələbində ona cavabdehlər tərəfindən maddi ziyan vurulduğunu bildirmiş və tələbini məhz Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddələri ilə əsaslandırmışdır. Hazırki işdə də tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin olması müəyyən edilmədiyindən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddətin tətbiqi əsaslı deyil. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Salam oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Salam oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar