Məhkəmə qərarları › İş №e-2(001)-1170/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1170/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1170/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Abdullayev Nağı Əhməd oğlu arasında bağlanmış BPM**********91 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Abdullayev Nağı Əhməd oğluna illik 27% dərəcəsi hesablanmaqla 48 ay müddətinə 1990 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Abdullayev Nağı Əhməd oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Abdullayev Nağı Əhməd oğlunun xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış, Abdullayev Nağı Əhməd oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak, ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.035 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında Abdullayev Nağı Əhməd oğluna məxsus hissəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67.5 kv/m olan fərdi yaşayış evindən və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AA731267 saylı qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA210740X1218698, mühərrik nömrəsi 5440420, buraxılış ili 1999-cu il olan VAZ 21074 minik markalı 10XF293 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlunun BPM**********91 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə Banka ödənilməmiş 1893.01 manat əsas, 14.09 manat faiz və 14.08 manat cərimə borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Abdullayev Nağı Əhməd oğlunun vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəlikləri icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlər borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdar edilsələr də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 1921.18 manat olduğundan, tərəflərindən 39.22 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.3, 462.1, 1146, 1255 və 1306-cı maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********91 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə Banka ödənilməmiş 1893.01 manat əsas borcun, 14.09 manat faiz borcunun və 14.08 manat cərimə borcunun və ödənilmiş 41.94 manat dövlət rüsumunun, habelə 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, ayda maksimum 20 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Abdullayev Nağı Əhməd oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən illik 27% olmaqla 48 ay müddətinə Abdullayev Nağı Əhməd oğluna 1990 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Abdullayev Nağı Əhməd oğlunun "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1893.01 manat məbləğində əsas, 14.09 manat məbləğində faiz borcu və 14.08 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş – Abdullayev Nağı Əhməd oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 5 ünvanında qeydiyyatda olan qızı Cavabdeh3 miras əmlakdan 1/3 hissədə, Gürcüstan Respublikası ünvanında qeydiyyatda olan oğlu Abdullayev Natik miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2005-ci il tarixli AA731267 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA210740X1218698, mühərrikin nömrəsi ******* və buraxılış ili 199-cu il olan VAZ 21074 minik markalı, ** XF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X4 təsdiq etmişdir ki, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-01-01 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş – Abdullayev Nağı Əhməd oğlunun vəsiyyətnamədən göstərilən əmlakının vərəsəsi Gürcüstan Respublikası ünvanında qeydiyyatda olan Natik Abdullayevdir və o, miras əmlakdan 4/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Abdullayev Nağı Əhməd oğluna verilmiş **********78- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında Abdullayev Nağı Əhməd oğluna məxsus hissəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67.5 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Göstərilən miras əmlakın qalan 2/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş – Abdullayev Nağı Əhməd oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 miras əmlakdan 1/6 hissədə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 5 ünvanında qeydiyyatda olan qızı Cavabdeh3 miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Abdullayev Nağı Əhməd oğluna verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında Abdullayev Nağı Əhməd oğluna məxsus hissəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67.5 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Göstərilən miras əmlakın qalan 4/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh Abdullayev Nağı Əhməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə 3 gün müddətində borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 045040 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Nağı Əhməd oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (maddə 1306.1.) Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Abdullayev Nağı Əhməd oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakları qəbul etmiş vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun kreditoru qarşısında öhdəliyi icra etməli olduqları üçün, "xxxx" ASC ilə Abdullayev Nağı Əhməd oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 1893.01 manat əsas borc, 14.09 manat faiz borcu və 14.08 manat cərimə borcu olmaqla, cəmi 1921.18 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 1893.01 manat əsas borc, 14.09 manat faiz borcu və 14.08 manat cərimə borcu olmaqla, cəmi 1921.18 (bir min doqquz yüz iyirmi bir manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti, 41.94 manat ödənilmiş dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar