Məhkəmə qərarları › İş №e-2(001)-1173/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1173/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1173/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı X4 Azərbaycan QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X4 Azərbaycan QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı X4 Azərbaycan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən cavabdehə 5 il müddətinə 500 manat kredit limiti açılmışdır. Kredit alan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən X4 Azərbaycan QSC-yə əsas borc üzrə 327,76 manat, faiz borcu üzrə 28,78 manat, cərimə borcu üzrə 24,77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 8,26 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat olmaqla cəmi 394,37 manat borcu yaranmışdır. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 32,37 manat limiti aşaraq limitdən artıq istifadə etmişdir. Ona görə də X4 Azərbaycan QSC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 327,76 manat, faiz borcu üzrə 28,78 manat, cərimə borcu üzrə 24,77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 8,26 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 394,37 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. X3 Bank Azərbaycan QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən müəyyən olunur ki, bank kart sahibinə müqavilə üzrə nəzərdə tutulmuş şərtlərə əsasən kartları təqdim etmək, kart sahibi isə kredit kartından istifadə nəticəsində yaranmış borcunu vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.15.1-ci bəndinə əsasən, nağd pulun alınması/çıxarılması üçün illik 22% (platinum kart üçün 21 %) təşkil edir. Müqavilənin 4.15.3-cü bəndinə əsasən, borcalan tərəfindən müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi halına görə illik 40 % miqdarında cərimə təbiq edilir. Müqavilənin 4.27-ci bəndinə əsasən, bank 5 il müddətinə 300 manat məbləğində kart/əlavə kart sahibinə kredit kartı limitini (kredit xəttini) açmışdır. X4 Azərbaycan QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışdan müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə əsas borca görə 327,76 manat, faiz borcu üzrə 28,78 manat, cərimə borcu üzrə 24,77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və kommissiyalar üzrə borc 8,26 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat borcu vardır. X4 Azərbaycan QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 327,76 manat, faiz borcuna görə 28,78 manat, cəriməyə görə 24,77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və kommissiyalar üzrə borc 8,26 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borca görə 327,76 manat, faiz borcuna görə 28,78 manat, cəriməyə görə 24,77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 8,26 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 424,37 manat X4 Azərbaycan QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar