Məhkəmə qərarları › İş №e-2(001)-119/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-119/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-119/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 5853,98 manat məbləğində vəsaitin 78,54 manat dövlət rüsumunun və 0,40 bank xidmət xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən istifadə olunan ** MR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, № 1(101)-745/2020 saylı hökmünə əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı 90PZ116 dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Khazar SDmarkalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 13000,00 (on üç min) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 10500,00 manat (on min beş yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişi (Sığorta məbləğindən 2000,00 manat (iki min manat, 00 qəpik) qalıq hissə dəyəri və 800,00 manat (səkkiz yüz manat, 00 qəpik) azadolma çıxılmaqla) sığortlının şəxsi hesabına köçürülmüşdür. Təqsirli tərəfin sığortaçısı"xxxx" ASC tərəfindən 4646,02 manat(dörd min altı yüz qırx altı manat, 02 qəpik) manat ödənildiyini əsas tutaraq 5853,98 (beş min səkkiz yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə xx.xx.2023-cü il tarixində məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi iddiaya yazılı münasibətində göstərir: Məlumdur ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış MC-Mİ-0519/19 nömrəli sığorta müqaviləsinə əsasən ** PZ *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-xx.xx.2020 sığorta müddəti üçün "Avtonəqliyyat vasitələrinin kasko sığortası" növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində ** MR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı və ** PZ *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin baş verməsində ** MR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı avtonəqliyyat vasitəsinin sürücüsünün təqsirli olduğu da öz təsdiqini tapmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı ** PZ *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 13 000 AZN məbləğində müəyyən edilmişdir. "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"da şəffaf şəkildə zərər dəymiş hər bir material və ehtiyat hissəsinin adı, qiyməti, eyni zamanda görülməli hər bir işin adı, qiyməti qeyd olunmuşdur. MC-Mİ-0519/19 nömrəli sığorta müqaviləsinə əsasən sözügedən avtonəqliyyat vasitəsinin bazar dəyəri 15 500 AZN idi. "Avtonəqliyyat vasitələrinin kasko sığortası" Qaydalarına əsasən zərər məbləği avtonəqliyyat vasitəsinin real bazar dəyərinin 70%-i və bundan yüksək olduğu halda həmin avtonəqliyyat vasitəsi tam məhv olmuş hesab edilir. Bu səbəbdən tam məhv olmuş avtonəqliyyat vasitəsinin qalıq dəyərinin müəyyən olunması üçün müstəqil ekspertiza keçirilmiş, qalıq dəyər 2 000 AZN məbləğində müəyyən edilmişdir. MC-Mİ-0519/19 nömrəli sığorta müqaviləsinə əsasən sözügedən avtonəqliyyat vasitəsinin sığorta məbləği 13 300 AZN idi. 13 300 AZN sığorta məbləğindən 2 000 AZN qalıq dəyəri və əlavə olaraq 800 AZN azadolma məbləği çıxılmış, 10 500 AZN məbləğində sığorta ödənişi sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs hesab olunan "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. ** MR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı avtonəqliyyat vasitəsinin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə ilk öncə "xxxx" ASC-yə ilkin subroqasiya tələbi irəli sürülmüş, "xxxx" ASC tərəfindən sığorta hadisəsi sənədlərinin yoxlanışı həyata keçirilmiş, sənədlərdə əks olunanlar həqiqətə uyğun olduğuna görə 4646,02 AZN məbləğində vəsait "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Nəticə etibarı ilə "xxxx" ASC ödənilmiş 4646,02 AZN məbləğində vəsait çıxıldıqdan sonra qalan 5 853,98 AZN məbləğində vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməyə tam haqlı olmuşdur. "xxxx" ASC-nin bu tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 936-cı və aidiyyəti digər maddələrinə əsaslanır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, avtomobil tamamilə məhv olmuşdur. Dəymiş ziyanla bağlı məbləğ isə məhkəmə hökmündə öz əksini tapmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, həmin tarixdə Lənkaran Ağır Cinayətlər məhkəməsində olmalı olduğunu bildirməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Cavabdeh2 iddiaya yazılı etirazında göstərir: Nəzərinizə çatdırıram ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 5853,98 (beş min səkkiz yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat məbləğində vəsaitin, 78,54 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz olaraq bildirirəm ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1 29 noyabr 2019-cu ildə, saat 15-50 radələrində Mercedes 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrliyində avtomobilə yanacaq doldurmaq məqsədi ilə avtomobilin sürətini 50-60 km\saat sürətə endirmiş və yanacaqdoldurma məntəqəsinə girmək üçün avtomobili sağa istiqamətləndirməklə həmin Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yerdəyişməni, manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və həmin vaxt onun sağ yan tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ondan sonra Khazar CD minik markalı avtomobil sağa doğru istiqamətlənərək yolun sağ kənarıda olan yaşıl çəmənliyin kənarında quraşdırılmış betontaxta qoruyucuya dəymişdir. Cavabdeh1 hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-745/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən, qəzanı törədən və zərərin dəyməsinə səbəb olan Cavabdeh1 olmuşdur. Lakin hadisədən 3 il sonra Elman İsrafil oğluna qarşı iddia qaldırmışdır. Bildirirəm ki, hadisənin vaxtından da göründüyü kimi, «Mercedes Benz» 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil 2019-cu ildə tərəfimdən Cavabdeh1 satılmışdır. Yəni həmin avtomobillə mənim həmin vaxtdan heç bir əlaqəm olmamışdır. Hazırda iddiaçının mənə qarşı belə bir iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edlməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesablanması və s. qət edilmişdir.

9. Hökmdə göstərilir: Cavabdeh1 29 noyabr 2019-cu ildə, saat 15-50 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba istiqamətində 80 km\saat sürətlə hərəkətdə olarkən həmin yolun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrliyində avtomobilə yanacaq doldurmaq məqsədi ilə avtomobilin sürətini 50-60 km/saat sürətə endirmiş və yanacaqdoldurma məntəqəsinə girmək üçün avtomobili sağa istiqamətləndirməklə həmin Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yerdəyişməni, manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və həmin vaxt onun sağ yan tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi <<Khazar CD>> minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ondan sonra Khazar CD minik markalı avtomobil sağa doğru istiqamətlənərək yolun sağ kənarıda olan yaşıl çəmənliyin kənarında quraşdırılmış betontaxta qoruyucuya dəymişdir. Cavabdeh1 hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olaraq “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 daxili qanaxma ilə müşaiət olunan ağ ciyərlərin cırılması, sol tərəfli 4-5-6-7-8- 9-cu qabırğaların qapalı sınıqları, sağ bud sümüyünün aşağı 113-nin, sağ baldırın orta 113-nin, sol baldırın yuxarı 1\3-nin açıq yerini dəyişən sınıqları, sol saidin orta 113-nin, sol budun aşağı 113-nin qapalı yerini dəyişən sınıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, həmin avtomobildə olan sərnişin X6 həyatla bir araya sığmayan xəsarət qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar, sol bud sümüyünün orta 113-nin qapalı yerini dəyişən sınığı, sol bud nahiyyəsinin yuxarı 113-nin və sol əl nahiyyələrinin sıyrıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Khazar SD” minik markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnməklə, tam yararsız vəziyyətə düşərək, 12164,24 manat məbləğində ziyan dəymişdir.

10. (Hökmə görə)Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermiş YNH-i nəticəsində tam yararsız olmuş və onlara 12164,24 manat ziyan dəymişdir.

11. "xxxx" ASC tərəfindən təqdim edilən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2020-ci il tarixli, 104443 saylı hesabatdan görünür ki, buraxılış ili 2019, dövlət qeydiyyat nişanı **-PZ-*** olan “Khazar SD” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 13000 manatdır.

12. "xxxx" ASC tərəfindən təqdim edilən 08 avqust 2020-ci il tarixli, MC-Mİ- 0519/19 saylı qiymətləndirməyə dair hesabatdan görünür ki, Khazar SD markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixinə qalıq dəyəri 2000 manatdır.

13. "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair xx.xx.2020-ci il tarixli aktdan görünür ki, MC-Mİ-1519/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və 29 noyabr 2019-cu il tarixdə qəzaya məruz qalmış 90PZ116 (Ban:NVAW01HHFKE160349) dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 2000 manat, bazar dəyəri isə 13500 manat məbləğində müəyyən edilmişdir.

14. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 10500 manat ödəniş edilmişdir.

15. xx.xx.2020 tarixli, Sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta dəyəri 15500 manat, sığorta dəyəri 13300 manat, azadolma məbləği 800 manat hesablanmışdır. Dəymiş maddi zərər məbləği 13000 manat, sığorta ödənişi isə 10500 manat olmuşdur. Sığorta ödənişi hesablanarkən sığorta məbləğində 2000 manat qalıq hissə dəyəri və 800 manat azadolma çıxılmaqla, 10500 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba ödənilmişdir.

16. "xxxx" Sığorta ASC tərəfindən verilən avtonəqliyyat vasitələrinin Kasko Sığortası Şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixinədək kasko sığorta olunmuşdur.

17. AD 481082 saylı nəqliyyat vasitəsinin qeydiyyat “Mercedes Benz 190” minik markalı, 10MR766 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur.

18. ƏN-Vİ seriyalı, 894320 nömrəli xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh2 avtomobili idarə etməyi, onun üzərində sərəncam verməyi və s. digər hərəkətlər etməyi və s. 11 ay 3 gün müddətinə etibar etmişdir.

19. "xxxx" MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC X5 "xxxx" MMC ilə X1 arasında bağlanmış MAS-840 saylı “X7” əsasında lizinqə verilmiş 1 ədəd “Khazar SD” markalı 90PZ116 qeydiyyat nişanlıminik avtomobilini Azərbayca Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixi daxil olmaqla etibarlıdır.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsi Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin rəisinə ünvanlanan xx.xx.2020-c il tarixli məktubda göstərilir: xx.xx.2019-cu il tarixli, 005-28834-1219 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN-nin Baş X12 İdarəsinin Qeydiyyat–imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2017-ci il tarixdə AC068941 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixədək müddətdə sürücülük hüququndan məhrum edilmişdir.

21. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində baş verən yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 sürücü kimi avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.

22. Azərbaycan Respublikası Daxili Nazirliyi Şahidin Dindirilməsi protokolundan görünür ki, Cavabdeh1 şahid ifadəsində göstərir:Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən yuxarıda qeyd edilən ünvanda ailəm ilə birlikdə yaşayıram. Mən latın qrafikası ilə azərbaycan dilində sərbəst yazıb-oxuya bilirəm və buna görə də mütəxəssisə və tərcüməçiyə etiyacım yoxdur. İfadəmin kompüter vasitəsi yazılmasına etiraz eləmirəm. Mənim təxminən 17 ilə yaxın olar ki, sürücülük tərcübəm vardır. Hal-hazırda B dərəcəli sürücülük hüququm vardır. Mən təxminən 4-5 ay olar ki, baş etibarnamə ilə özümə "Mercedes -190" markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili 5900 manata almışam. Həmin avtomobilin tam olaraq pulunu vermişəm, lakin vaxt edib avtomobili öz adıma keçirə bilməmişəm. Mən həmin "Mercedes Benz-190" markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğulam və əsasən "9933" taksi xidmətinin müştərilərini daşıyıram. xx.xx.2019-cu il tarixdə, saat təxminən 15.30 radələrində taksi şirkətinin verdiyi sifariş əsasında Bakı şəhəri, Təzə Bazarının yaxınlığında müştəri qızı idarə etdiyim avtomobilə götürüb Sumqayıt şəhərinə yola düşdüm. Müştəri qız idarə etdiyim avtomobilin arxa sağ sərnişin oturacağında əyləşmişdir. Saat təxminən 15.50 radələrində idarə etdiyim avtomobil ilə Bakı-Quba-Dağıstan yoluna daxil olub Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başladım. Həmin yol dolu idi, demək olar ki, bütün hərəkət zolaqlarında nəqliyyat vasitələri hərəkət edirdi. İdarə etdiyim avtomobil ilə yolun sağ hərəkət zolağı ilə təxminən 80 km/saat sürəti ilə edirdim. Həmin vaxtı mənim qarşımca, arxamda və solumda nəqliyyat vasitələri hərəkət edirdi. Lakin mənim sağım boş idi. Qarşıda yolun sağında yerləşən "Rahat" marketə çata-çatda sürət həddimi təxminən 50-60 km/saat həddinə saldım. Avtomobilin benzini az olduğundan yolun yerləşən "Likoyl" yanacaqdoldurma məntəqəsinə dönmək və oradan avtomobilə benzin doldurmaq istəyirdim. Buna görə də sağa dönmə işiğımı yandırıb sağ yan güzgüdən arxaya baxaraq məndən sağda hər hansı bir nəqliyyat vasitəsi gəlmədiyini görüb idarə etdiyim avtomobil sağa döndərib yanacaq doldurma məntəqəsi tərəfə istiqamətləndim. Mən sağa istiqamətlənib yanacaq doldurma məntəqəsinə dönmək istəyərkən gözlənilmədən məndən arxada çox yüksək sürətlə gələn sonradan "Khazar SD" markalı, ** PZ *** dövlət qeydiyyat avtomobilin mənim idarə etdiyim avtomobilə çatdığını və həmin avtomobilin qabaq güzgüsünün mənim idarə etdiyim avtomobilin arxa sağ yan tərəfinə dəydiyini sağ yan güzgüdən gördüş. Bizim avtomobillər toqquşduğunu görən kimi idarə etdiyim avtomobili sola qaçırdım. İdarə etdiyim avtomobili sola qaçırdıqdan bir neçə saniyə sonra partıltı səsi eşitdim. Mən də idarə etdiyim avtomobili qarışda yolun sağında saxladım. Yerə düşüb geri qayıdanda gördüm ki. Mənimlə toqquşan "Khazar SD" markalı avtomobil toqquşandan sonra yolun sağına istiqamələnib sağında olan və yanacaq doldurma məntəqsinə istiqamətlənən yolun başlanğıcında yerləşən beton maneəyə dəymişdir. Avtomobilin içərisində olan sürücü və sərnişin möhkəm xəsarət alaraq, ölmüşdürlər. Mən 102 zəng sisteminə zəng etdim. Həmin vaxtı artıq hadisə yerinə polis əməkdaşları yaxınlaşdılar. Meyitlər avtomobildən çıxarıldı və meyitxanaya yola salındı. Hadisə gəlmiş polis əməkdaşları ilə birlikdə baxışda iştirak etdim.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/4755 saylı ekspert rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2019-cu il buraxılışlı, "Khazar SD" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 12500,00 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 12500,00 manat olmuş avtomobilin təmirinə 13000,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500,00 manat olmuş 2019-cu il buraxılışlı, "Khazar SD" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10000,00 (12500,00-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika SP olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. Cavabdeh1 29 noyabr 2019-cu ildə etibarnamə əsasında idarə etdiyi, “Mercedes Benz” 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil (mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan) ilə Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba istiqamətində hərəkətdə olarkən manevri təhlükəsiz icra etməli olduğu halda eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Khazar CD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş Khazar CD minik markalı avtomobil yaşıl çəmənliyin kənarında quraşdırılmış beton-taxta qoruyucuya dəymişdir. Cavabdeh1 hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CMnin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edlməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesablanması və s. qət edilmişdir.

25. Cavabdeh1 ibtidai istintaq mərhələsində şahid kimi vermiş olduğu ifadəsində avtomobili etibarnamə əsasında aldığını, lakin öz mülkiyyətinə keçirə bilmədiyini bildirmişdir.

26. Hökmə görə məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ziyan aktına əsasən MMC-yə “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci km-də baş vermiş YNH-i nəticəsində tam yararsız olmuş və onlara 12164,24 manat ziyan dəymişdir.

27. "Avtonəqliyyat vasitələrinin kasko sığortası" Qaydalarına əsasən zərər məbləği avtonəqliyyat vasitəsinin real bazar dəyərinin 70%-i və bundan yüksək olduğu halda həmin avtonəqliyyat vasitəsi tam məhv olmuş hesab edildiyindən, tam məhv olmuş avtonəqliyyat vasitəsinin qalıq dəyərinin müəyyən olunması üçün iddiaçı tərəfindən müstəqil ekspertiza keçirilmiş, qalıq dəyər 2 000 AZN məbləğində müəyyən edilmişdir. MC-Mİ-0519/19 nömrəli sığorta müqaviləsinə əsasən sözügedən avtonəqliyyat vasitəsinin sığorta məbləği 13 300 AZN olduğundan, 13 300 AZN sığorta məbləğindən 2 000 AZN qalıq dəyəri və əlavə olaraq 800 AZN azadolma məbləği çıxılmış, 10 500 AZN məbləğində sığorta ödənişi sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs hesab olunan "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür.

28. 10MR766 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsinin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə ilk "xxxx" ASC tərəfindən 4646,02 AZN məbləğində vəsait "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür.

29. Nəticə etibarı ilə "xxxx" ASC ödənilmiş 4646,02 AZN məbləğində vəsait çıxıldıqdan sonra qalan 5 853,98 AZN məbləğində vəsaiti cavabdehlərdən müştərək qaydada tələb edir.

30. İşin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4755 saylı ekspertiza rəyi ilə təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500,00 manat olmuş 2019-cu il buraxılışlı, "Khazar SD" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10000,00 (12500,00-20%) manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

33. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;

34. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;

35. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

36. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

37. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

38. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

39. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

40. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

41. Bundan başqa sığortaçının verdiyi sığorta ödənişi məbləğində sığorta ödənişi almış şəxsə zərər vurmuş şəxsdən geriyə tələb etmək hüququ, yəni subroqasiya hüququ vardır.

42. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır. Zərərin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən Cavabdeh1 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün 10500 manat sığorta ödənişi edilmiş və həmin sığorta ödənişinin bir hissəsi, yəni 4646,02 manatı yüksək təhlükə mənbəyinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı hazırda qalıq məbləği, yəni 5 853,98 (10500- 4646,02) manatı tələb edir, Cavabdeh1 məhkəmənin müvafiq hökmü ilə məhkum edilmiş, digər cavabdeh X3 isə iddia tələbi ilə razılaşmayaraq, heç bir məsuliyyət daşımadığını və ona münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir.

43. Məhkəmə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyanın məbləği salamat qalmış hissələri nəzərə almaqla 10000 manat təşkil edir.

44. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, subroqasiya qaydasında tutulmalı olan məbləğ 5353,98 (10000-4646,02) manat müəyyən edilməlidir.

45. Məhkəmə eyni zamanda hesab edir ki, həmin məbləğ yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən Cavabdeh1 tutulmalı, digər Cavabdeh2 məsuliyyəti istisna edilməlidir.

46. Belə ki, Cavabdeh1 yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etməsi işin mübahisəsiz halıdır, çünki yol nəqliyyat hadisəsini törədən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməmişdir. İddiaçının zərərin əvəzinin həm mənbə sahibindən, həm də mənbəni qanuni əsaslarla idarə edən şəxsdən tutulmasının qanuni əsası müəyyən edilmir.

47. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyula bilər. Normadan göründüyü kimi qanunverici konkret olaraq yüksək təhlükə mənbəyinə sahiblik edən, öz də qanuni əsasla sahiblik edən şəxsin vurulmuş zərərə görə məsuliyyət daşımasını təsbit etmişdir. Bu normadan istisnalar həmin Məcəllənin 1108.2-ci maddəsində və 1099-cu maddəsində göstərilmiş hallarda mümkündür. Halbuki işin müəyyən edilmiş hallarından da göründüyü kimi yüksək təhlükə mənbəyi onun sahibindən hüquqa zidd götürülməmişdir və yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən şəxs həmin mənbənin sahibinin işçisi deyildir.

48. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 sürücülük hüququ məhdudlaşdırılmış olsa belə, nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu il tarixində mülkiyyətçidən almış olduğu etibarnamə 11 ay 3 gün müddətinə verilməklə, hadisə baş verən tarixdə qüvvədə olmuşdur. Tətbiq edilən prosessual normalar:

49. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

50. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

54. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5353,98 manat məbləğində pul vəsaiti və 72 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

55. Ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5353,98 (beş min üç yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar