Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1211/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, kredit borcunun tutulması” tələbinə dair mülki işə 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra məhkəmənin hazırlıq iclası 23 yanvar 2023-cü il tarixə, saat 09:20-ə təyin edilmiş, bu barədə müvafiq bildiriş cavabdehlərə poçt vasitəsilə, iddiaçıya və onun nümayəndəsinə isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektrok kabinet vasitəsilə göndərilmişdir. Lakin, həmin məhkəmə iclasında nə iddiaçının nümayəndəsi, nə də cavabdehlər iştirak etməmişlər. Buna görə də, məhkəmə iclası 20 fevral 2023-cü il tarixə, saat 09:45-ə təxirə salınmışdır. Bu barədə məlumat tərəflərə yuxarıda göstərilən qaydada verilmişdir. Həmin məhkəmə iclasında da tərəflər iştirak etməmişlə, mülki iş məhkəmə baxışına, 15 mart 2023-cü il tarixə, saat 09:00-a təyin edilmişdir. Tərəflər yuxarıda göstərilən qaydada məlumatlandırılmışlar. Hazırki məhkəmə iclasına cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 gəlsə də, iddiaçının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında cavabdehlər hər biri ayrı-ayrılıqda işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, kredit borcunun tutulması” tələbinə barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1211/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1211/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver