Məhkəmə qərarları › İş №e-2(001)-1242/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1242/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1242/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC tərəfindən Cəniyev Zabid İbrahimxəlil oğluna şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında xx.xx.2024-cü il tarixli ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Cəniyev Zabid İbrahimxəlil oğlunun xx.xx.2024-cü il tarixə borcu 9292.62 manat təşkil edir. X6 İbrahimxəlil oğluna şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 6800 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında xx.xx.2024-cü il tarixli ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2024-cü il tarixli 1199909/42109 saylı zaminlik müqaviləsinə əsasən Cəniyev X3 qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zamin, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit müqaviləsinin şərtlərinə əsasən Cəniyev Zabid İbrahimxəlil oğlunun xx.xx.2024-cü il tarixə əsas borcu 6695.75 manat, faiz borcu 60.57 manat olmaqla, cəmi 6756.32 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №401491 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəniyev Zabid İbrahimxəlil oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Əldə edilmiş məlumata əsasən Cəniyev Zabid İbrahimxəlil oğlunun vəfatından sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və Cəniyev Zabid İbrahimxəlil oğlunun vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da, cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin xx.xx.2024-cü il tarixli ******* saylı krеdit müqaviləsinə əsаsən “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 9292.62 manat, xx.xx.2024-cü il tarixli ******* saylı krеdit müqaviləsinə əsаsən “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 6756.32 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ASC ilə cavabdeh Cəniyev Zabid İbrahimxəlil oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 9292.62 manat, İddiaçı ASC ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6695.75 manat əsas borc, 60.57 manat faiz borcu olmaqla, cəmi 6756.32 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 138.55 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında bağlanmış 13 fevral 2024-cü il tarixli ******* nömrəli fiziki şəxslərə kredtin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Bank tərəfindən Cəniyev Zabid İbrahimxəlil oğluna illik 15% olmaqla 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında bağlanmış 23 fevral 2024-cü il tarixli ******* nömrəli fiziki şəxslərə kredtin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Bank tərəfindən Cəniyev Zabid İbrahimxəlil oğluna illik 15% olmaqla 48 ay müddətinə 6800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2024-cü tarixli 1199909/42109 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, yəni zamin borcalanın bankla arasında olan 23 fevral 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cəniyev Zabid İbrahimxəlil oğlunun 13 fevral 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 9292.62 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cəniyev Zabid İbrahimxəlil oğlunun 23 fevral 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 6695.75 manat əsas, 60.57 manat faiz borcu olmaqla, cəmi 6756.32 manat məbləğində borcu vardır. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 401491 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəniyev Zabid İbrahimxəlil oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş – Cəniyev Zabid İbrahimxəlil oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Cəniyev Zabid İbrahimxəlil oğluna verilmiş **********40-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 48.56 kv.m, yaşayış sahəsi 28.8 kv.m, yardımçı sahəsi 19.76 kv.m, 2 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********BW30207 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, bank tərəfindən cavabdehlərə 5 iş günü ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (maddə 1306.1.) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarından da görünür ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cəniyev Zabid İbrahimxəlil oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh1 onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 23 fevral 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borca zamin durduğuna görə həmin müqavilə üzrə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cəniyev Zabid İbrahimxəlil oğlu arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə tələb olunan 9292.62 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı, 23 fevral 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsinə cavabdehlərdən müştərək qaydada əsasən 6695.75 manat əsas, 60.57 manat faiz borcu olmaqla, cəmi 6756.32 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 13 fevral 2024-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə tələb olunan 9292.62 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 fevral 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 6695.75 manat əsas, 60.57 manat faiz borcu olmaqla, cəmi 6756.32 (altı min yeddi yüz əlli altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti və 138.55 manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar