Məhkəmə qərarları › İş №e-2(001)-1328/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1328/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1328/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh X1 nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 259.778,45 (iki yüz əlli doqquz min yeddi yüz yetmiş səkkiz manat 45 qəpik) manat bundan 99.074,35 (doxsan doqquz min yetmiş dörd manat 35 qəpik) manat əsas, 160.704 (bir yüz altmış min yeddi yüz dörd) manat faiz və 550 (beş yüz əlli) manat dövlət rusumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 küçəsi, 1130-cu məhəllədə, ev ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 180 (bir yüz səksən) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 99.450 (doxsan qoqquz min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh məxsus ünvan 1 küçəsi, 1130cu məhəllədə, ev ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 16 may 2011-ci il tarixli 126/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.3-cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********618 saylı xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 259.778,45 (iki yüz əlli doqquz min yeddi yüz yetmiş səkkiz manat 45 qəpik) manat təşkil edir. Bundan 99.074,35 (doxsan doqquz min yetmiş dörd manat 35 qəpik) manat əsas, 160.704 (bir yüz altmış min yeddi yüz dörd) manat faiz borcu təşkil edir. Cavabdeh X1 nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmətinə yönəldilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərdən təmin edilməməlidir. Belə ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə kredit müqaviləsinin surətini əlavə etsə də, cavabdehə kredit məbləğinin ayrılması barədə kassa məxaric orderi iş materiallarına əlavə edilməmişdir. Həmin sənədin təqdim edilməsi barədə əvvəlki məhkəmə hazırlıq iclaslarında həm cavabdehin vəkilləri, həm də məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi həmin sənədin olmamasını bildirmişdir. İddiaçı tərəfindən yalnız Hesabdan Çıxarış sənədi əlavə olunmuşdur. Kredit müqaviləsi təklikdə kredit vəsaitinin ayrılmasını təsdiq edən sənəd deyildir, həmin kreditin ayrılması və cavabdehə verilməsini təsdiq edən əsas sənəd kassa məxaric orderidir. Həmin sənədin iddiaçı tərəfindən təqdim edilə bilməməsinin səbəbi isə, ümumiyyətlə bu sənədin mövcud olmaması, yəni cavabdehə heç bir kredit vəsaitinin ayrılmaması ilə bağlıdır. Əgər həqiqətən də cavabdehə xx.xx.2011-ci il tarixdə kredit məbləği ayrılmışdırsa və gecikmələr də həmin dövrdən mövcud olmuşdursa, o zaman haqlı olaraq sual ortaya çıxır ki, bəs nə üçün 12 il ərzində iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Belə ki, cavabdehə ilk və yeganə bildiriş məktubu 26 dekabr 2022-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlanmasında 12 il sonra göndərilmiş və əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarı ilə məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Lakin, nə İddiaçı ASC ləğv olunduğu tarixədək (5 il!), nə də Əmanətlərin Sığortalanması Fondu (6 il!) müddət ərzində göstərilən kredit borcu ilə bağlı heç bir tədbir görməmiş, məhkəməyə müraciət etməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş kredit müqaviləsinin 3.6- cı bəndinə əsasən, borcalan davam edən 90 (doxsan) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; borclana tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə, kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılamasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə cərimə pulunun ödənilməsini Borcalandan tələb edə bilər. İpoteka predmeti olan müqavilədə göstərilən əmlak cavabdehə məxsus deyil və ipotekaya qoyulmamışdır. İddiaçı tərəfindən iş materiallarına ipoteka müqaviləsinin surəti əlavə edilmiş və həmin ipoteka ilə yüklü edilmiş ünvan 2 küçəsi, 1130-cu məhəllə, ev ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə tutmanın yönəldilməsi xahiş edilmişdir. Lakin, iddiaçı tərəfindən iş materiallarına həmin mənzilinin ipotekaya qoyulmasına dair qeydiyyat sənədləri və hansı notariat ofisində təsdiq olunmasına dair sənəd təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi barədə əvvəlki məhkəmə hazırlıq iclaslarında həm cavabdehin vəkilləri, həm də məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi həmin sənədlərin olmamasını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlak ipoteka predmeti ola bilməz. Eyni zamanda, ipoteka qoyan şəxs kimi mülkiyyətçi və ya onun etibarnamə üzrə nümayəndəsi çıxış edə bilər. Lakin, yuxarıda adıçəkilən mənzil nə ipoteka müqaviləsi bağlanan gün, nə də ondan sonra cavabdehin mülkiyyəti olmamış, ümumiyyətlə həmin mənzilin kimə məxsus olması barədə cavabdehdə məlumat yoxdur. İş materiallarına mənzilə dair mülkiyyət sənədinin, notariat qeydinin və notarial ipoteka müqaviləsinin əlavə olunmaması da birbaşa sübut edir ki, belə bir əqd mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etsə, iddianı sübut edən sənədlər mövcud deyildir və vaxtilə verilməmiş kredit vəsaitinin və ona hesablanmış faizlərin geri qaytarılması, eləcə də cavabdehə məxsus olmayan əmlaka tutmanın yönəldilməsi barədə iddia ərizəsi əsassızdır və sübuta yetirilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, kassa məxaric orderi mövcud olmasa da, bank tərəfindən borcluya verilmiş pul vəsaiti 146/R saylı, 16 may 2011-ci il tarixli Müqavilə əsasında Bakı şəhəri, Ə. Quliyev küçəsi 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 16 mərtəbəsində 87 saylı mənzilin alınması məqsədi ilə "xxxx" MTKya köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndələri(vəkilləri) Vəkil1 və Vəkil2 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 may 2011-ci il tarixli 126 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə İddiaçı ASC-nin borcalan Cavabdeh 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 99.450 (doxsan doqquz min dörd yüz əlli) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, kreditor Borcalana alınan yaşayış sahəsinin dəyərinin 87 % hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 99.450 (doxsan doqquz min dörd yüz əlli min) manat məbləğində kredit verir. 16 may 2011-ci il tarixli 126/1 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə 16 may 2011-ci il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 126 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və Cavabdeh ayrılmış 99.450 (doxsan doqquz min dörd yüz əlli) manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyulması nəzərdə tutulmuşdur. 26 dekabr 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh 16 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 25 noyabr 2022-ci il tarixə 99.074,35 manat məbləğində əsas borc və 160.704,10 manat məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan maddələrin tələblərindən görünür ki, kredit müqaviləsi üzrə borc verən krediti borc alanın mülkiyyətinə verdiyi halda, borc alanın da kredit müqaviləsində nəzərdə tutulmuş qaydada həmin krediti borc verənə qaytarmaq öhdəliyi yaranır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 99.450 manat məbləğində kredit götürülməsinə dair müqavilə 16 may 2011-ci il tarixli 126 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 99.450 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluyaverilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında imzalanmış16 may 2011-ci il tarixli 126 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 99.450 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş,yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 99.450 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən dı, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Çünki yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmi 259.778,45 (iki yüz əlli doqquz min yeddi yüz yetmiş səkkiz manat 45 qəpik) manat - bundan 99.074,35 (doxsan doqquz min yetmiş dörd manat 35 qəpik) manat əsas, 160.704 (bir yüz altmış min yeddi yüz dörd) manat faiz və 550 (beş yüz əlli) manat dövlət rusumunun Cavabdeh tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 küçəsi, 1130-cu məhəllədə, ev ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.3-cü maddəsinə əsasən, Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 307.7-ci maddəsinə əsasən,İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, 16 may 2011-ci il tarixli 126/1 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, Cavabdeh ipoteka qoyan kimi 16 may 2011-ci il tarixli 126/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllarda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə almaqla, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar