Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1332/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021DSFFM kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 5727.72 manat, bundan 5653.22 manat əsas, 74,47 manat faiz 0.03 manat cərimə borcu və iş üzrə ödənilmiş 78 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021DSFFM saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2015-ci il tarixli, 2456SBFFK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6163 (altı min bir yüz altmış üç ) manat, məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********3665 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5727.72 manat təşkil edir. Bundan 5653.22 manat əsas, 74,47 manat faiz 0.03 manat cərimə borcu təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbinə əlavəsi yoxdur. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixində “Milli ön” ödəniş terminalından 50 manat ödəniş edilmişdir. Bankın lisenziyası isə 2020-ci ilin aprel ayında ləğv olunub. Belə olan halda cavabdeh borcunu istər “Milli ön” ödəniş terminalından, istərsə də, bankın ofisinə yaxınlaşmaqla, ödəyə bilərdi. Bankın ofisi öz fəaliyyətini dayandırmayıb. Borclu tərəfindən bankda təzə ödəniş qrafikinin açılması üçün müraciət ediləcəyi təqdirdə icra mərhələsində bankla borclu arasında razılaşma əldə etmək olar.
4. Məhkəmə iclasında iştirak edən cavabeh izahatında bildirmişdir ki, hazırda borcunu tam ödəməyə imkanı yoxdur. Əvvəllər borcunu ödəniş terminallarından ödəsə də, sonradan terminaldan bankın hesabına ödəniş edə bilməmişdir. Səbəbi ilə maraqlanmaq üçün isə banka yaxınlaşmamışdır. Əslində həmin borcun yaranmasına səbəb qohumunun onu aldatması olmuşdur. Çünki qohumu iş quracağından, onun üçün öz adına bankdan kredit götürmüşdür. Hazırda 540 manat maaş alır və himayəsində saxlamalı olduğu iki uşağı var. Bun baxmayaraq, borcu ödəmək niyyətindədir. Lakin birdəfəlik yox, aylıq 50 manat ödəniş edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana 60 ay müddətinə, illik 1 % olmaqla 6163 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 25 yanvar 2020-ci il, sonuncu ödəniş tarixi 25 dekabr 2024-cü il olaraq müəyyən edilmişdir.
6. LPO İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixində 22 manat, xx.xx.2021-ci il tarixində 131 manat, xx.xx.2021-ci il tarixində 126 manat, xx.xx.2021-ci il tarixində 50 manat, xx.xx.2021-ci il tarixində 50 manat, xx.xx.2021-ci il tarixində 50 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixindən kredit müqaviləsi üzrə ödəniş aparılmamışdır.
7. LPO İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi (ərizə) üzrə 22 noyabr 2022-ci il tarixinə 5653,22 manat əsas borc, 74,47 manat faiz borcu və 0,03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5727,72 manat borc hesablanmışdır.
8. “LPO İddiaçı ASC tərəfindən borcluya ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borcluya 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
9. 05 yanvar 2023-ci-ü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 78 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
10. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi bağlanmış və bank kredit alana 60 ay müddətinə, aylıq 1 % olmaqla 6163 manat məbləğində kredit vermişdir.
11. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etməmiş, nəticədə cavabdehin maliyyə arayışında göstərilən məbləğdə-22 noyabr 2022-ci il tarixinə 5653,22 manat əsas borc, 74,47 manat faiz borcu və 0,03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5727,72 manat borcu yaranmışdır.
12. Faktiki olaraq müqavilənin müddəti bitməmişdir. (Müqavilənin bitmə tarixi xx.xx.2024)Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
13. Cavabdeh-borcalan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, borcu birdəfəlik ödəyə bilməsə də, borcun ödənilməsindən boyun qaçırmır. Sadəcə bank bağlandıqdan sonra ödəniş terminallarından istifadə ilə ödənişi həyata keçirmək mümkün olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
21. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
22. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
24. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, kreditor müqavilə ilə üzərinə götürdüyü icra edərək kredit məbləğini borcalana təqdim etmiş, borcalan isə tərəflər arasında razılığa əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlərini lazımi qaydada aparmamışdır. Bununla da borcalan müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir.
25. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən bankın təqdim etdiyi maliyyə arayışı ilə borcalanın əsas borc üzrə 5653,22 manat, faiz borcu üzrə 74,47 manat və cərimə borcuna görə 0,03 manat məbləğində borcu olduğu sübut edilir. Əsas, faiz və borcunun əsassızlığı ilə bağlı iş materiallarında hər hansı şübhə doğuran məqam müəyyən edilməmiş və məhkəmə iclaslarında iştirak edən borcalan isə həmin məbləği mübahisələndirməmişdir.
26. Məhkəmənin gəldiyi qənaətə görə, kredit müqaviləsi (ərizə) üzrə borcalan Cavabdeh əsas borc üzrə 5653,22 manat, faiz borcu üzrə 74,47 manat və cərimə borcuna görə 0,03 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
27. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
31. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
32. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
33. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini pozduğundan və kreditorun öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qaldığından kreditorun müqavilədən imtinası əsaslı hesab edilməli və müvafiq olaraq kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi ləğv edilmiş hesab edilməli, 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5653,22 manat, faiz borcuna görə 74,47 manat və cərimə borcuna görə 0,03 manat olmaqla, ümumilikdə 5727,72 manat məbləğində pul vəsaiti və 78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. 25 dekabr 2019-cu il tarixli 021 DSFFM saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5653,22 manat, faiz borcuna görə 74,47 manat və cərimə borcuna görə 0,03 manat olmaqla, ümumilikdə 5727,72 (beş min yeddi yüz iyirmi yeddi manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev