Məhkəmə qərarları › İş №e-2(001)-1332/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1332/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1332/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 may 2024-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" BOKT MMC Cavabdeh arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 375/SM-23 saylıkredit müqaviləsinə əsasən yaranmış əsas borca görə 820.60 (səkkiz yüz iyirmimanat,altmış qəpik) manat, faiz borcu isə 1.64 (bir manat altmış dörd ) qəpik olmaqla ümumilikdə 822.24 (səkkiz yüz iyirimi iki manat, iyirimi dörd qəpik) manat məbləğində kredit borcu, həmçinin, ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun ümumilikdə 852.24 (səkkiz yüz əlli iki manat, iyirmi dörd qəpik) manat məbləğində borcun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbi üzrə tələb olunan borcu tam ödədiyini bildirib, iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş "xxxx" BOKT MMC-nin 15 fevral 2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Cavabdeh 15 fevral 2024-cü il tarixdə banka olan borcunu tam olaraq ödədiyi üçün iddia tələbindən imtina edilmiş və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar