Məhkəmə qərarları › İş №e-2(001)-1336/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1336/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1336/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mavabdehdən 3855,09 (üç min səkkiz yüz əlli beş manat sıfır doqquz qəpik) manat əsas borcun və bu borca hesablanmış 1734.97 (bir min yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 5589,88 (beş min beş yüz səksən doqquz manat səksən səkkiz qəpik) manat məbləğində vəsaitin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 75,90 (yetmiş beş manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 23 noyabr 2018-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 9780,09 (doqquz min yeddi yüz səksən manat sıfır doqquz qəpik) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 203,75 (iki yüz üç manat yetmiş beş qəpik) manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. Cavabdeh öhdəliyini tam şəkildə icra etmədiyindən müqavilənin 2.4cü maddəsinin tələbi əsasında qalıq borc üzrə 1734.97 (bir min yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş qalıq borca dair arayışdan müəyyən olunur ki, 26 dekabr 2022-ci il tarixinə cavabdehin iddiaçıya 3855.09 (üç min səkkiz yüz əlli beş manat sıfır doqquz qəpik) manat əsas borc və bu borca hesablanmış 1734.97 (bir min yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 5589,88 (beş min beş yüz səksən doqquz manat səksən səkkiz qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinə əlavə etdikləri sübutlar əsasında işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin hüquqi əsasını cavabdehin onun işçisi olduğunu əsas gətirir. Halbuki cavabdehlə iddiaçı arasında hər hansı bir əmək münasibətləri olmamış və cavabdeh iddiaçıya onun təqdim etdiyi müqavilə əsasında hər hansı bir xidmət göstərməmişdir. Cavabdeh Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə uzun müddətdir ki, məşğuldur. Hazırki mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Mülki Prosessual Məcəllənin 25-ci və 26-cı maddələrinə əsas götürərək, bildirir ki, hazırkı iş kommersiya məhkəməsinə aiddir. Ona görə də mülki işin müvafiq kommersiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sitemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı” və fəaliyyət obyektləri “mağaza, icarə obyekti, yeməkxana və mağaza” olmaqla fərdi sahibkardır. Göründüyü kimi hazırki iş üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, Cavabdeh ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı” olan fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxsdir, hazırki pul tələbinə dair mübahisə də məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar