Məhkəmə qərarları › İş №e-2(001)-1376/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1376/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1376/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 03 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi, onun əsası: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4800 manat məbləğində pulun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh iş ortamında tanış olmuşlar. 2021-ci ildə cavabdeh polis tərəfindən saxlanıldığını, bu məqsədlə ona təcili pul lazım olduğunu bildirərək, 2021-ci ilin avqust-dekabr ayları ərzində müxtəlif vaxtlarda iddiaçıdan borc olaraq ümumilikdə 4800 manat pul almış, ən geci 2021-ci ilin dekabr ayının sonuna kimi borcunu qaytaracağını vəd etmişdir. İddiaçı cavabdehin ondan istədiyi pulu özünə məxsus bank kartından cavabdehə məxsus bank kartına köçürmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə 300 AZN, xx.xx.2021-ci il tarixdə 250 AZN və 350 AZN, xx.xx.2021ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN,xx.xx.2021-ci il tarixdə 1750 AZN, xx.xx.2021-ci il tarixdə 100 AZN, xx.xx.2021-ci il tarixdə 180 AZN, xx.xx.2021ci il tarixdə 50 AZN, xx.xx.2021-ci il tarixdə 150 AZN, xx.xx.2021-ci tarixdə 70 AZN pul məbləği iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdehin dələduzluq əməli ilə bağlı iddiaçı Daxili İşlər Nazirliyinə şikayət ərizə ilə müraciət etmiş, cavabdehin məsuliyyətə cəlb olunması, ona vurulmuş zərərin ödənilməsini istənilmişdir. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən şikayətə baxılmış, araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdehni izahatı alınmış, həmin izahatda cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 5 min borc pul aldığını etiraf etmişdir. Bu əsasla Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən iddiaçı ilə cavabdeh arasında borc münasibətinin olduğu müəyyən olunması əsası ilə cinayət işi başlanmasınının rədd edilməsi haqqında 15 dekabr 2022-ci il tarixində Qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya vurduğu ziyana görə iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçıya məxsus bnk kartından cavabdehin hesabına iddia ərizəsində göstərilən tarixlərdə və məbləğlərdə pulun köçürülməsi iş materilları ilə öz təsdiqini tapır. Cavabdeh bütün hallarda iddiaçının səmimiyyətindən istifadə edib, ondan başqa köməyinin olmadığını bildirərək, iddiaçının göstərilən məbləğdə pulunu mənimsəmişdir. Sonradan polisə verdiyi izahatında borcu olduğunu da etiraf etmişdir. Məhz bu əsasla cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı da iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə yaşayış yeri üzrə poçt vasitəsilə məhkəmə bildirişi, mobil telefonuna elektron məhkəmə sistemi vasitəsi ilə sms xəbərdarlıq göndərilmiş, lakin, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsinə yazılı münasibət bildirməmişdir. Belə olan halda, Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla məhkəmə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar:

1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, ona məxsus “X2” ASC-də olan hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 300 AZN, xx.xx.2021-ci il tarixdə 250 AZN və 350 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 1750 AZN, xx.xx.2021-ci il tarixdə 100 AZN, xx.xx.2021-ci il tarixdə 180 AZN, xx.xx.2021-ci il tarixdə 50 AZN, xx.xx.2021-ci il tarixdə 150 AZN, xx.xx.2021-ci tarixdə 70 AZN pul məbləğində “kartdan-karta” əməliyyatı icra edilmişdir.

2. Məhkəmənin 06 fevral 2023-cü il tarixli, 2(001)-1376/2023 saylı qərardadına əsasən, cavabdehin adına "xxxx" ASC-də 4189 8000 8019 9365 nömrəli plastik kart hesabına edilmiş mədaxillərlə bağlı çıxarışın götürülməsi qərara alınmış, təqdim edilmiş çıxarışla müəyyən edilmişdir ki, həmin karta “Unibank” vasitəsilə xx.xx.2021-ci il tarixdə 300 AZN, xx.xx.2021-ci il tarixdə 250 AZN və 350 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 1750 AZN, xx.xx.2021-ci il tarixdə 100 AZN, xx.xx.2021-ci il tarixdə 180 AZN, xx.xx.2021-ci il tarixdə 50 AZN, xx.xx.2021-ci il tarixdə 150 AZN, xx.xx.2021-ci il tarixdə 70 AZN məbləğində pul vəsaiti mədaxil edilmişdir.

3. 15 dekabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh brc məqsədi ilə ondan ümumilikdə 5000 manat pul aldığını, lakin qaytarmadığını göstərmiş, Cavabdeh izahatında İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 4-5 min manat pul aldığını etiraf etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Cavabdeh iddia ərizəsinə məhkəmə araşdırılması zamanı heç bir yazılı və ya şifahi etiraz bildirməmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırki halda tərəflər arasında borcun verilməsi ilə bağlı yazılı müqavilə olmasa da, cavabdeh təhqiqat orqanında veridiyi izahatında iddiaçıya 4-5 min manat borcu olduğunu etiraf etmiş, beləliklə, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. Həmçinin, iş materialları ilə iddiaçı tərəfindən köçürülmüş pul vəsaitlərinin cavabdehin kart hesabına daxil olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 4800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar