Məhkəmə qərarları › İş №e-2(001)-1392/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1392/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1392/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə Nağd pul kreditin götürülməsinə dair xx.xx.2023-cü il tarixli, SHNPU-11484 saylı Əsas şərtlər - Razılaşmaya əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 14% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmiş və sonuncunun xx.xx.2023-cü il tarixə banka 972,69 manat əsas borc, 88,51 manat faiz borcu, 260,95 cərimə borcu olmaqla, cəmi 1322,15 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh aşağıdakı məzmunda pretenziya göndərilmişdir: “ ... Sizinlə, İddiaçı ASC arasında bağlanmış xx.xx.2023 tarixli SHNPU-11484 saylı kredit müqaviləsinə əsasən Sizə 2000 (iki min manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizə təyin olunmuş qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyiniz üçün xx.xx.2023 tarixinə olan qrafıkə görə əsas borc 214,06 (iki yüz on dörd manat 06 qəpik) AZN, kreditdən istifadəyə görə faiz borcu 34,16 (otuz dörd manat 16 qəpik), cərimə borcu 69,14 (altmış doqquz manat 14 qəpik), cəmi 317,36 (üç yüz on yeddi manat 36 qəpik) AZN borcunuz 45 gün gecikmədədir. Dəfələrlə Sizə məlumat verilməsinə baxmayaraq, qeyd olunan məbləği ödəməmisiniz. Xahiş edirik, 3 iş günü müddətində Banka yuxarıda göstərilən məbləği ödəyəsiniz. Əks təqdirdə, müqavilənin şərtlərinə əsasən, həmin borcun tərəfinizdən ödənilməsi üçün qanunamüvafıq tədbirlər görüləcəkdir”. Hazırkı ərizədə isə iddiaçı cavabdehdən aşağıdakıları tələb edir: “ ... Cavabdehdan 25 yanvar 2023-cü il tarixli, SHNPU-11484 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 972,69 manat, faiz borcuna görə 88,51 manat, dəbbə borcuna görə 260,95 manat, cəmi 1322,15 manat məbləğində pulun” məhkəmə qətnaməsi əsasında tutulmasını xahiş edir. 3 ay müddətində əsas borcun məbləğinin nəyə əsasən 214,06 manatdan 972,69 manatadək artması ərizədən və ona əlavə edilmiş sənədlərdən görünmür və belə vəziyyətdə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına real olaraq riayət edilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl faktiki olaraq mübahisənin məhkəməyə qədər nizama salma qaydasına riayət etmədiyindən və buna dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 33,23 (otuz üç manat iyirmi üç qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar