Məhkəmə qərarları › İş №e-2(001)-1404/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-1404/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1404/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavаbdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı kredit müqaviləsi üzrə 14525,83 (on dörd min beş yüz iyirmi beş manat 83 qəpik) manat əsas, 1509,48 (bir min beş yüz doqquz manat 48 qəpik) manat faiz, 12,73 (on iki manat 73 qəpik) manat cərimə borcu olmaqla, cəmi 16048,04 (on altı min qırx səkkiz manat 04 qəpik) manat borcun və 138,14 (bir yüz otuz səkkiz manat 14 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 19% hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 393,08 (üç yüz doxsan üç manat 08 qəpik) manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixində MXD-2362-2024 saylı üç tərəfli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən “Borcalan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birə məsuliyyət daşıyırlar. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2024-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 16 048,04 (on altı min qırx səkkiz manat 04 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 14 525,83 (on dörd min beş yüz iyirmi beş manat 83 qəpik) manat əsas borcu, 1509,48 (bir min beş yüz doqquz manat 48 qəpik) manat faiz borcunu, 12,73 (on iki manat 73 qəpik) manat isə cərimə borcunu ehtiva edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 19 % hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 15000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli, Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 393,08 manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixində üçtərəfli Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2024-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 16 048,04 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 14 525,83 manat əsas borcu, 1509,48 manat faiz borcunu, 12,73 manat isə cərimə borcunu ehtiva edir. Göstərilənləri nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, eləcə də hazırki iş üzrə cavabdehlərin ölkə xaricində olmalarını nəzərə alaraq elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci vermiş olduğu ərizəsini müdafiə edib, işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, iddiaçının nümayəndəsi isə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etdiyindən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Mülki iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, MXD-2362-2024 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 şəxsi ehtiyac məqsədi ilə illik 19% hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixində MXD-2362-2024 saylı zaminlik müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. 09 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə əsas borcu 14525,83 manat, faiz borcu 1509,48 manat, cərimə borcu 12,73 manat olmaqla, ümumilikdə 16048,04 manat məbləğində kredit borcu vardır. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinet vasitəsi ilə verilmiş ərizəsindən görünür ki, o, hazırki iş üzrə cavabdehlərin ölkə xaricində olmalarını nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14525,83 manat əsas, 1509,48 manat faiz borcu, 12,73 manat cərimə borcu olmaqla, ümumilikdə 16048,04 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 138,14 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14525,83 manat əsas, 1509,48 manat faiz borcu, 12,73 manat cərimə borcu olmaqla, ümumilikdə 16048,04 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 138,14 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdehlər tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar