Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1415/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-yə vurulmuş 1246,8 manat məbləğində zərərin, 368,2 manat debitor borcun, 65 manat vəkil xərcinin və iddiaçı tərəfindən ödənilmiş 37,86 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında 04 mart 2020-ci il tarixdə 2020/B44 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10074 nömrəli abonent kodu verlimişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin, “X1”nın 6.5-ci bəndinin və “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olnmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar iddiaçının əməkdaşları tərəfindən fotoçəkilişlə lentə alınmışdır. Cavabdehin qeyd olunan qanunsuz əməlləri nəticəsində 30 sentyabr 2019-cu il tarixli akt əsasında iddiaçıya 172,8 manat, 30 oktyabr 2019-cu il tarixli aktla 32,4 manat, 29 noyabr 2019-cu il tarixli akt əsasında 100,8 manat, 30 dekabr 2019-cu il tarixli akt əsasında 252 manat, 30 yanvar 2020-ci il tarixli akt əsasında 252 manat, 28 fevral 2020-ci il tarixli akt əsasında 252 manat, 04 mart 2020-ci il tarixli akt əsasında 33,6 manat məbləğində ziyan vurulmuşdur. İtirilmiş qazın bərpası məqsədiləistehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1246,8 manat məbləğində aprel ayından 2020-ci ilin avqust ayı da daxil olmaqla, 451,7 manat məbləğində təbii qazdan istifadə etmiş, 83,5 manat ödəniş etmiş, 368,2 manat debitor borcu yaranmışdır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə elektron məhkəmə informasiya sisteminin SMS bildirişləri vasitəsi ilə məlumatlandırılmış, habelə onun qeydiyyat ünvanına məhkəmə bildirişləri göndərilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Mülki iş materiallarında olan: - 04 mart 2020-ci il tarixli, 2020/B44 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ- 4” cihazı, 1 ədəd QSQ cihazı, 1 ədəd radiator göstərilmişdir. - 30 sentyabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 1728 kub-metr müəyyən edilmişdir. - 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 324 kub-metr müəyyən edilmişdir. - 29 noyabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. - 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2520 kub-metr müəyyən edilmişdir. - 30 yanvar 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2520 kub-metr müəyyən edilmişdir. - 28 fevral 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2520 kub-metr müəyyən edilmişdir. - 04 mart 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 04 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 336 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2013-cü ilə 151,2 manat, 2019-cu ilə 558 manat, 2020-ci ilə 537,6 manat, sərfiyyat üzrə isə 368,2 manat debitor borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İşin müəyyən edilən hallarına görə cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından əvvəl qanunsuz olaraq qaz xəttinə qoşulmaqla cavabdehə ziyan vurmuş, bu hal “Tabii qazdan istifada qaydalarının pozulması” haqqında” tərtib olunmuş 30.09.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1728 m3, dəyəri 172,8 manat; 30.10.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,4 manat; 29.11.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1008 m3, dəyəri 100,8 manat; 30.12.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2520 m3, dəyəri 252 manat; 30.01.2020-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2520 m3, dəyəri 252 manat; 28.02.2020-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2520 m3, dəyəri 252 manat; 04.03.2020-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 336 m3, dəyəri 33,6 manat aktlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasan cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azarbaycan Respublikası Nazirlar Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qararı ila tasdiq edilmiş “Qazdan istifadə qaydaİarı”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xatti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından iddia həmin aktlara əsasən hesablanmış borc məbləğinə və debitor borcuna münasibətdə təmin edilməlidir. Habelə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı vəkil xərci kimi 65 manat ödəniş etmişdir. Bu xərc məhkəmə məsrəflərinə aid edildiyindən iddia bu hissədə də təmin edilməlidir. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 37,86 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 1246,8 manat, debitor borc kimi 368,2 manat, vəkil xərci olaraq 65 manat və dövlət rüsumunun əvəzi kimi 37,86 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1415/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1415/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver