Məhkəmə qərarları › İş №e-2(001)-142/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-142/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-142/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı BOKT ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00012-EY №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 12803,92 manat məbləğində qalıq, ona hesablanmış 8610,61 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3672 manat dəbbə pulu, cəmi 25086,53 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 148,76 manat və 75 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22, mənzil 24 yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 50000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borc üzrə 12803,92 manat məbləğində qalıq, ona hesablanmış 8610,61 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3672 manat məbləğində dəbbə pulu, cəmi 25086,53 mnaat borcun və dövlət rüsumu kimi ödənilmiş 148,76 manat və 75 manat məbləğində pulun İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-142/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi üzrə “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00012-EY №-li Kredit Müqaviləsinin ləğv edilməsi” və “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” tələbləri hissəsində icraata xitam verilməsi qərara alınmışdır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00012-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 17.000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsi, 22 saylı evin, 24 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞS:eriya MA 0384601, tarix: xx.xx.2012) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2021-ci il tariхli, 2021/00012-01EY №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞQ, eydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 50.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.

4. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı BOKT ASC-yə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00012-01 nömrəli kredit müqaviləsinin və İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00012-01RY nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi" barədə ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbinin təmin edilərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00012-01 nömrəli kredit müqaviləsinin və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 2021/00012-01RY nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00012-01 nömrəli kredit müqaviləsinin 1.5-ci bəndinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 36%-ni (otuz altı) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 45,66% təşkil edir. Bundan əlavə həmin müqavilənin 1.9-cu bəndinə əsasən borcalan borcverǝnə müqavilə məbləğinin 11% (on bir) həcmində bir dəfəlik komisyon haqqı ödəyir. Komissiyon haqqı kredit verilərkən ödənilir. O müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirmiş, bundan sonra da faizləri və əsas borcun bir hissəsini hər ay ödəniş etmişdir. Müqaviləyə əsasən, o, hər ay illik 36%-lǝ (otuz altı) kredit ödənişini həyata keçirməli olduğu halda, bank ona ən yuxarı hədd olan 45,66%-lǝ faiz borcu hesablamışdır ki, bu da onun kreditn ödənilməsində çətinliklər yaratmasına səbəb olmuşdur. Bundan əlavə, o, banka müqavilə məbləğinin 11% (on bir) həcmində bir dəfəlik komisyon haqqı ödətmişdir. Bu da qeyd etdiyi kimi, onun kredit ödənişini həyata keçirməyində problemlərin yaranmasına səbəb olmuşdur. Nəticədə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ondan əsassız olaraq əsas kredit və faiz borcu, həmçinin dəbbə pulu tələb etməklə, tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Göründüyü kimi, sözügedən müqavilələr bağlanarkən onlar aldadılmışlar və aralarında mülki qanunvericiliyə uyğun olmayan müqavilə bağlanmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanıb, müqavilə əsasında tərəfə pul verilib və borcun təminatı kimi göstərilən əmlak girov qoyulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin pozulması, pulunun qaytarılması və ödəmənin ipoteka predmetinə yönəldilməsi zərurəti yaranıb. Sonuncu dəfə iddia tələbinin artırılması barədə ərizə verilərkən, Konstitusiya Məhkəməsinin müvafiq qərarı nəzərə alınmayıb. Ona görə də, təklif edir ki, ipoteka predmetinin boşaldılması hissəsində iş üzrə icraata xitam verilməlidir. Təqdim edilən ekspert rəyi ilə bağlı qeyd edir ki, 71 kv.m sahənin qiymətləndirilməsi nəticəsində müəyyən edilən məbləğ ipoteka predmetinin hərraca çıxarılma qiyməti kimi müəyyən edilə bilməz. Çünki ipoteka predmeti beş mərtəbəli binada olan mənzildir. Mənzilin balkonu isə qanunsuz hesab edilən tikilidir. Mənzilin çıxarışında hansı ölçü həcmi göstərilibsə, ona uyğun da, cavabdehə kredit verilmişdir. Əmlak ipotekaya qoyulan zaman heç bir halda ümumi sahə nəzərə alınmır. Cavabdeh tərəf özü komissiya haqqının qanunsuz olduğunu sübut etməlidir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı rəyə nəzər yetirərkən, ekspert ona verilməyən suala cavab vermişdir. Belə ki, ekspert tədqiq olunan mənzilin ümumi sahəsinin 41 kv.metr təşkil etdiyi nəzərə alındıqda mənzilin orta bazar qiymətlərinə uyğun likvid dəyərini 78500 manat, həmin mənzilin faktiki sahəsinin 71 kv.metr təşkil etdiyi nəzərə alındıqda isə mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin 135000 manat təşkil etdiyini müəyyən etmişdir. Hesab edirəm ki, ekspert mənzilin çıxarışda qeyd olunan sahəsinin orta bazar qiymətlərinə uyğun likvid dəyərini hesablamalı idi. Bundan başqa mənzilin artırılan hissəsinin başqa şəxsin mülkiyyətində olub-olmaması bizə məlum deyil. Belə ki, artırılan sahə çıxarışda qeyd olunmayıb. Bu səbəbdən irəli çıxarılmış eyvan qanunsuz tikilidir və hər an sökülə bilər. Eyni zamanda bildirirəm ki, ipoteka predmeti hərraca çıxarıldığı təqdirdə evin çıxarışda qeyd olunan sahəsi hərraca çıxarılacaqdır.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, qarşı tərəfin istinad etdiyi hallarla bağlı onu qeyd etmək istəyir ki, müqavilə tərəflərin iradə ifadəsidir. Amma qeyd etmək istəyir ki, bağlanan müqavilə Bank və bank fəaliyyəti haqqında qanunun tələbinə uyğun tərtib edilməlidir. İlkin ödənişi hesab edirlər ki, bu İddiaçı BOKT ASC –nin o vaxtki “şapka” məsələsinin rəsmiləşdirilməsidir. BOKT əvvəl 10 % şapka alırdı, sonradan 11 % almağa başlamışlar. Mərkəzi Bank özü də nəzarət edir ki, ödənilən komissia haqqı nə üçün ödənilir. Vətəndaş bankdan pulu alıb, alan kimi də, 11 % komissiya haqqı ödəyib. Hansı ki, komisisya haqqının əsas borca, faiz və ya cərimə borcuna çıxıldığı məlum deyil. Faktiki olaraq, belə hesab edilir ki, cavabdehə 17000 manat yox, 15300 manat kredit verilmişdir. Kreidt götürüldüyü tarixdən isə BOKT başlayıb tərəfə 17000 manatın 36 % hesablayıb. Ban öz kredit müqaviləsindən müəyyən edə bilmir ki, ödənişləri hansı faizlə silib. Faiz məbləğinin 36 % və ya 45 % olaraq hesablanması və yaxud hansı hallarda hansı faiz dərəcəsi il hesablanacağı müqavilədən aydın deyil. İpoteka predmetinə tutma yönəldilməsinə münasibətdə isə hesab edir ki, bu mümkün ola bilməz. Belə ki, tərəfin ipoteka müqaviləsindən məlumatı olmayıb. Cavabdehə kredit verilən zaman, ipoteka predmeti kimi mənzilin özü və artırması olan balkon nəzərə alınmışdır. Ümumiyyətlə həmin mənzil hərrac vasitəsilə satılsa belə, balkon və ev bir-birindən ayrılıqda satılmayacaq.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi ipoteka predmetinin artırılan hissəsi ilə bağlı həmin tikilinin qanunsuz olduğunu bildirir. Lakin ilkin iddia üzrə iddiaçının nümayəndəsi buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bildirmək istəyir ki, mənzildə artırılan hissə eyvandır. Eyvan mənzilin tərkib hissəsidir. Bundan başqa mənzil xüsusi biliyə malik olan ekspert tərəfindən qiymətləndirilmişdir. Həmçinin mənzillərin qiymətləri günü-gündən daha da bahalaşır. Mənzil ipoteka ilə yüklü edilən zaman bankın əməkdaşları mənzilə baxmışlar və kredit məbləğini məhz artırılan hissəyə görə vermişlər. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 17000 manat məbləğində kredit məbləğinin verilməsi üçün 50000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı istehlak krediti müqaviləsindən görünür ki, borcverən (İddiaçı BOKT ASC) borcalana ( Cavabdeh1) 36 ay müddətinə, 17000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.5-ci maddəsinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 36 % təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 45,66 % təşkil edir. Müqavilənin 1.9-cu maddəsinə əsasən borcalan borcverənə müqavilə məbləğinin 11 % həcmində birdəfəlik komisyon haqqı ödəyir.

11. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2021/00012-01EY saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 29 yanvar 2021-ci il tarixli 2021/00012-01EY saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzildir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 50000 manatdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzil Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 41.37 kv.m sahəlik əmlakı İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1638 nömrəli reyestr kitabının 150277 nömrəli vərəqində qeydiyyat aparmışdır.

14. 01.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 hesabına 17000 manat ödəniş edilmişdir.

15. İddiaçı BOKT ASC tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, 22 saylı evin 24 saylı mənzilinə dair tutmanın yönəldiməsinə dair bildiriş qeydə alınmışdır.

17. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 12803,92 manat əsas, 2827,94 manat məbləğində faiz borcu, 3281 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 18912,76 manat borcun yaranması barədə məlumat verilmiş edilmiş, borcun 21 gün müddətində ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv ediləcəyi, kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 0096 saylı mütəxəssiz rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən ev 22, 24 saylı mənzilin real bazar qiyməti nəzərə alınmaqla, likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 51300 manat məbləğində müəyyən edilir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/1732 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı BOKT ASC-yə əsas borcu 13372,61 manat, faiz borcu 4025,16 manat olmaqla, ümumilikdə 17397,77 manat müəyyən edilir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/5274 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı BOKT ASC-yə əsas borcu 13372,61 manat, faiz borcu 5616,50 manat olmaqla, ümumilikdə 18989,11 manat müəyyən edilir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 9/5273 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 41,37 kv.m təşkil etdiyi nəzərə alındıqda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən 22 saylı evin, 24 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 78500 manat, həmin mənzilin faktiki sahəsinin 71 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən 22 saylı evin, 24 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 135000 manat müəyyən edilir.

22. İddiaçı BOKT ASC tərəfindən verilən borc haqqında xx.xx.2024-cü il tarixli sonuncu arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 12803,92 manat əsas, 8610,61 manat faiz, 3672 manat cərimə borcu olmaqla, cəmi 25086,53 manat məbləğində borcu vardır.

23. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 148,76 manat, tələb artırılarkən 75,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı istehlak krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 36 ay müddətinə, 17000 manat kredit vermişdir.

25. xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı istehlak krediti müqaviləsinin 1.5ci maddəsində əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 36 %, faktiki illik faiz dərəcəsinin 45,66 % təşkil etdiyi qeyd edilir. Həmçinin müqavilənin 1.9-cu maddəsinə əsasən borcalan borcverənə müqavilə məbləğinin 11 % həcmində birdəfəlik komisyon haqqı ödəyir.

26. İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2021/00012-01EY saylı ipoteka müqaviləsi ilə 29 yanvar 2021-ci il tarixli 2021/00012-01EY saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzili ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka predmetinin dəyəri müqavilə ilə 50000 manat qiymətləndirilmişdir.

27. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanan kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını, tələbin isə ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Tələb edilən borc məbləğinə münasibətdə bir neçə dəfə iddia tələbini artırsa da, sonuncu dəfə məhkəmədən xx.xx.2024-cü il tarixinə hesablanan 12803,92 manat əsas, 8610,61 manat faiz, 3672 manat cərimə borcu olmaqla, cəmi 25086,53 manat məbləğində borcun borcludan tutulmasını xahiş etmişdir.

28. Cavabdehlər isə ilkin iddianı qəbul etməməklə, qarşılıqlı iddialarını müdafiə edərək, əslində iddiaçı ilə aralarında bağlanan kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər. Qarşılıqlı iddianın verilməsinə əsas isə müqavilə bağlanarkən banka ödənilən 11% komisyon haqqının 17000 manat kreditə görə necə silinməsinin məlum olmaması və illik faiz dərəcəsinin 36 % olmasına, komisyon ödənilməsindən sonra bank tərəfindən 17000 manat borcun görə illik 45,66 manat faiz ilə tələb edilməsidir.

29. Mübahisənin həlli üçün yaranmış borc məbləğinin hesablanması zərurəti olduğundan məhkəmə tərəfindən iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1732 saylı rəyi ilə xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı BOKT ASC-yə əsas borcunun 13372,61 manat, faiz borcunun 4025,16 manat olmaqla, ümumilikdə 17397,77 manat, xx.xx.2023-cü il tarixli 9/5274 saylı rəyi ilə xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı BOKT ASC-yə əsas borcunun 13372,61 manat, faiz borcunun 5616,50 manat olmaqla, ümumilikdə 18989,11 manat borcunun olduğu müəyyən edilmişdir.

30. İpoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün də, iki dəfə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş, "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 0096 saylı mütəxəssiz rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən ev 22, 24 saylı mənzilin real bazar qiyməti nəzərə alınmaqla, likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 51300 manat məbləğində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023cü il tarixli, 9/5273 saylı ekspert rəyi ilə tədqiq olunan mənzilin ümumi sahəsinin 41,37 kv.m təşkil etdiyi nəzərə alındıqda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən 22 saylı evin, 24 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin təqribən 78500 manat, həmin mənzilin faktiki sahəsinin 71 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsində yerləşən 22 saylı evin, 24 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin təqribən 135000 manat olduğu müəyyən edilmişdir.

31. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilən digər bir məqam ondan ibarətdir ki, İddiaçı BOKT ASC Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişində borclulara xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 12803,92 manat əsas, 2827,84 manat məbləğində faiz borcu, 3281 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 18912,76 manat borcun yaranması barədə məlumat verməklə, həmin məbləğin ödənilməsini tələb etmiş, lakin sonuncu dəfə məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə xx.xx.2024-cü il tarixinə hesablanan 12803,92 manat əsas, 8610,61 manat faiz, 3672 manat cərimə borcu olmaqla, cəmi 25086,53 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.

32. Həmçinin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 142/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi üzrə “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00012-EY №-li Kredit Müqaviləsinin ləğv edilməsi” və “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” tələbləri hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

36. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

37. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

38. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

40. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

41. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

42. - xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı müqavilə üzrə tələb edilən borc məbləğinə məhkəmənin münasibəti aşağıdakı qaydada olmuşdur:

43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər

44. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2022-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehlərin ünvanına bildiriş göndərərkən, onlardan xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 12803,92 manat əsas, 2827,94 manat məbləğində faiz borcu, 3281 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 18912,76 manat borcun 21 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda isə iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışına görə isə cavabdehlərdən xx.xx.2024-cü il tarixinə hesablanan 12803,92 manat əsas, 8610,61 manat faiz, 3672 manat cərimə borcu olmaqla, cəmi 25086,53 manat məbləğində borcun ödənilməsini tələb edir.

45. Göründüyü kimi iddiaçı müqavilədən imtinadan sonrakı dövr üçün müqaviləyə əsaslanaraq borcluya faiz və cərimə borcu hesablamışdır. Bu isə yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin tələbinə uyğun deyildir.

46. Odur ki, məhkəmə faiz məbləğinin tutulması hissəsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir və müqavilədən imtina edildiyi vaxta olan əsas və faiz borcunun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlir.

47. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit razılaşması üzrə əsas borcun məbləği nəzərə alınmaqla 1200 manat məbləğində müəyyən edilməlidir.

51. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

53. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;

54. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;

55. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;

56. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

57. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

58. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

59. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:

60. 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

61. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

62. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

63. 34.1.4.-cü maddəsinə əsaəsn bu Qanunda nəzərdə tutulmuş digər hallarda;

64. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

65. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

66. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

67. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;

68. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.

69. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 24 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

70. Həmçinin, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ekspert rəyi ilə mənzilin çıxarışda göstərilən sahəsinə münasibətdə müəyyən olunmuş məbləğdə müəyyən edilməlidir.

71. Odur ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzilin likvid dəyəri 78500 manat müəyyən edilməlidir.

72. Cavabdehlərin nümayəndəsinin bu hissədə etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir. İşin halları ilə isə müəyyən edilir ki, ipoteka müqaviləsində ipoteka predmeti haqqında məlumat əks olunarkən cavabdeh tərəfin istinad etdiyi hissə nəzərə alınmamışdır. Eyni zamanda həmin hissə tərəflərin bildirdiyi kimi mənzilin eyvanının sonradan artırılmasıdır və həmin hissənin özbaşına tikili olması mübahisə doğurmur, çünki cavabdeh tərəf həmin tikili barədə hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Halbuki Mülki Məcəllənin 135.10cu maddəsində qeyd edilmişdir ki, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Odur ki, tələb ipoteka qoyanın mülkiyyətində olan hissəyə yönəldilməli və yalnız həmin hissənin likvid dəyəri ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

73. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

74. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, kreditin faktiki illik faiz dərəcəsi və komissiya haqqının məbləği həddindən artıq çoxdur və müqavilə bağlanarkən bu barədə aldadılmışdırlar.

75. Mülki Məcəllənin 339-cu maddəsində qeyd edilmişdir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

76. Lakin işin halları ilə əqdin etibarsızlığı müəyyən edilmədiyi kimi, həmçinin iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut da təqdim etməmiş və formal mülahizələrlə tələbini əsaslandırmağa çalışmışdır.

77. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Tətbiq edilən prosessual normalar:

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

79. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

80. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

81. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

82. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

83. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, 2021/00012- 01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12803,92 manat, faiz borcuna görə 2827,84 manat, cərimə borcuna görə 1200 manat olmaqla, ümumilikdə 16831,76 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə 16831,76 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzilə yönəldilməli; Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiyməti 78500 manat müəyyən edilməklə açıq hərracdan satılmalı; satışdan əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə borc ödənilməli; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalı; ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı BOKT ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.

84. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 157 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT ASCyə ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.

85. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 134 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 66 manat hissəsi isə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətindən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 100 manat məbləğində vəsait isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.

86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12803,92 manat, faiz borcuna görə 2827,84 manat, cərimə borcuna görə 1200 manat olmaqla, ümumilikdə 16831,76 (on altı min səkkiz yüz otuz bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci il tarixli, 2021/00012-01 saylı kredit müqaviləsi üzrə 16831,76 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 22 ünvanında yerləşən 41.37 kv.m ümumi, 29,47 kv.m yaşayış, 11,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiyməti 78500 (yetmiş səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2021-ci il tarixli, 2021/00012- 01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 157 (yüz əlli yeddi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı BOKT ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizə üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 134(yüz otuz dörd) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 66(altmış altı) manat hissəsi isə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətindən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 100(yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar